Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

AzMİU Rusiyanın Don Dövlət Texniki Universiteti ilə əməkdaşlıq edəcək

AzMİU Rusiyanın Don Dövlət Texniki Universiteti ilə əməkdaşlıq edəcək

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Rusiya Federasiyasının Don Dövlət Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və Don Dövlət Texniki Universitetinin rektoru professor Besarion Mesxi imzalayıblar.

Bu barədə "tehsilmedia.info"a AzMİU-dan bildirilib.

İmzalama mərasimindən sonra AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova qonaqlara rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. Rektor AzMİU-nun elmi-texniki potensialı, müəllim-tələbə kontingenti, xarici əlaqələri, fakültə və ixtisasları haqqında danışıb.

Professor Gülçöhrə Məmmədova qeyd edib ki, 1975-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və gərgin səyləri ilə yaradılan AzMİU memarlıq və inşaat sahəsində ölkəmizin və regionun aparıcı ali təhsil müəssisəsinə çevrilib. AzMİU-nun hazırda on bir minə yaxın tələbəsinin, əlli mindən çox məzununun olduğunu deyən rektor vurğulayıb ki, ölkəmizdə aparılan sürətli və genişmiqyaslı tikinti-quruculuq işləri bu rəqəmin artacağından xəbər verir.

İşğaldan azad olunan ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə diqqət çəkən professor Gülçöhrə Məmmədova bildirib ki, bu prosesdə AzMİU məzunları da iştirak edir: “Təəssüflər olsun ki, 30 illik işğal dövründə Ermənistan tərəfindən o ərazilər yerlə-yeksan edilib. Bir vaxtlar gözəlliyi ilə hər kəsi cəlb edən şəhər və rayonlarımıza indi baxanda İkinci Dünya müharibəsində dağıdılan Stalinqradın fotosu göz önündə canlanır. Həmin ərazilər tarixi torpaqlarımızdır və oranın dirçəldilməsi bizim üçün ən vacib məsələlərdəndir. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunan ərazilərimizin yenidən qurulması üçün hərtərəfli işlər həyata keçirilir. “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyaları işlənib hazırlanıb və şəhərsalmada, inşaatda ən müasir texnologiyalar tətbiq olunur. Əlbəttə ki, bu prosesdə çox sayda məzunumuz çalışır və onların iştirakı universitet olaraq bizim üçün qürurvericidir”.

Professor Besarion Mesxi də çıxış edərək rəhbərlik etdiyi ali məktəbdə tədris olunan ixtisaslar barədə məlumat verib. O, Don Dövlət Texniki Universitetinin elmi-texniki potensialı və beynəlxalq əlaqələrindən danışıb. Rektor qeyd edib ki, Don Dövlət Texniki Universiteti beynəlxalq əlaqələrin qurulmasında maraqlıdır. Hazırda əllidən çox universitetlə fəal əməkdaşlıq etdiklərini deyən Besarion Mesxi bu istiqamətdə fəaliyyətlərini genişləndirəcəklərini bildirib.

Görüş zamanı birgə təhsil proqramlarının hazırlanması, elmi layihələr, ikili təhsil layihələri, həmçinin tələbə və müəllimlərin akademik mübadilə proqramının qurulması istiqamətində görüləcək işlər və qarşıda duran hədəflərlə bağlı nümayəndə heyətlərinin iştirakı ilə müzakirə aparılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər