Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

APCICT təlim mərkəzinin heyəti və DİM nümayəndələri arasında görüş keçirilib

APCICT təlim mərkəzinin heyəti və DİM nümayəndələri arasında görüş keçirilib

İnkişaf Naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Asiya-Sakit Okean Təlim Mərkəzinin (APCICT) heyəti və Dövlət İmtahan Mərkəzinin (DİM) nümayəndələri arasında görüş keçirilib. Qonaqlar əvvəlcə DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzey, qəbul imtahanları ilə bağlı ölkə üzrə statistik məlumatları əks etdirən Azərbaycan Respublikasının elektron xəritəsi və imtahan materiallarının avtomatlaşdırılmış çap prosesi ilə tanış olublar.

DİM-dən "tehsilmedia.info"a bildirilib ki, görüşdə çıxış edən Direktorlar Şurasının sədri Məleykə Abbaszadə APCICT/ESCAP-ın direktoru Kiyonq Konun rəhbərlik etdiyi nümayəndə heyətinin işgüzar səfərinin Azərbaycanın 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etdiyi dövrlə üst-üstə düşməsindən məmnun qaldığını bildirib. Daha sonra M.Abbaszadə DİM-in İKT sahəsində əldə etdiyi nailiyyətlər haqqında məlumat verib və Mərkəzin fəaliyyətinin əsas istiqamətlərindən birinin imtahanların elektronlaşdırılması, elektron xidmətlərin sayı və keyfiyyətinin artırılması, həmin xidmətlərin vətəndaşlar üçün əlçatanlığının təmin edilməsi olduğunu bildirib.

Azərbaycanda ilk dəfə səfərdə olduqlarını qeyd edən Kiyonq Ko təşəbbüs üçün M.Abbaszadəyə təşəkkür edib və iki qurum arasında münasibətlərin uzunmüddətli olmasını arzulayıb. Qonaq İKT sahəsində bir sıra yeni və təkmilləşmiş akademiya modullarının vacibliyini qeyd edib, həmçinin gələcəkdə yuxarıda sadalanan mövzularla yanaşı, qadınların bu sahədə bilik və bacarıqlarının inkişafına yönəlmiş layihələrdə əməkdaşlıq etməklə bağlı fikirlərini səsləndirib.

Tərəflər, həmçinin İKT sahəsində dövlət qulluqçularının bacarıqlarının artırılması, hazırkı vəziyyət, görüləcək tədbirlər və əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Görüşdə DİM Direktorlar Şurası sədrinin müşavirləri Məhəbbət Əkbərli və Çingiz Xəlilov, aparat rəhbəri Vəfadar Misirov, digər struktur bölmələrin rəhbərləri, APCICT təlim mərkəzinin təlimçi-eksperti Fredi Tan və layihə rəhbəri Nuanke Vonkçavaçay iştirak ediblər.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi ilə APCICT təlim mərkəzi arasında əməkdaşlıq fəaliyyəti 2016-cı başlayıb. Əməkdaşlıq çərçivəsində ötən illərdə “Gənclər üçün İKT üzrə dərslik seriyaları” və “İKT layihəsinin idarə edilməsi üzrə təlimçilərin təlimi” mövzularında treninq keçirilib. Bundan əlavə, DİM APCICT təlim mərkəzinin “Qadın İKT Sərhəd Təşəbbüsü”, “İKT tətbiqləri və mənalı inkişaf arasında əlaqə”, “İnformasiya təhlükəsizliyi və məxfilik”, “İnternet idarəçiliyi”, “Elektron hökumət tətbiqləri” akademiya modullarının Azərbaycan dilinə tərcüməsinə töhfə verib.

Qeyd edək ki, APCICT nümayəndə heyəti DİM ilə birgə əməkdaşlıq çərçivəsində oktyabrın 4-5-də “İnformasiya təhlükəsizliyi və məxfilik” mövzusunda keçiriləcək milli təlimlə əlaqədar Bakıda işgüzar səfərdədir.

Oxşar xəbərlər

Bütün xəbərlər