Xəbər lentiwidget-title-icon

Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır
155 azərbaycanlı dünyanın TOP-10 universitetlərində təhsil alacaq - Nazir müavini
Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI
5000-dən çox müəllim üçün müsahibə mərhələsi başladı
Yenə səhv suallar, yenə müəllimlərin taleyi ilə oynanılmağa davam edir...
1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
"Dədə-baba qaydası ilə direktor təyinatı" !FÖVQƏLMÜDİR QURBAN VERİLİR?
​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!
Təmayül məktəblərdə işləmək istəyən müəllimlərin seçiminə BAŞLANILIR
Bu gün dövlət qulluğuna qəbul imtahanı olacaq
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir
DİM-in beynəlxalq sertifikatlarla bağlı tətbiq etdiyi yanaşma yeni hüquqi suallar doğurur: Attestat və qəbul imtahanları arasındakı fərq niyə araşdırılmır?
ETS: “TOEFL iBT Home Edition nəticələri rəsmidir”. Bəs DİM əlavə qiymətləndirməni hansı qanuna əsasən tətbiq edir?
1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür
IT tələbəsi: 580 balla qəbul olduğum ixtisasa 150 balla başqalarının qəbul olunması HAQSIZLIQDIR. Abituriyentin o balla nə biliyi olacaq?

İnternat tipli məktəb-liseyin yeni binasının açılışı olub

İnternat tipli məktəb-liseyin yeni binasının açılışı olub

Bu gün Biləsuvar şəhər K.Ağayev adına texniki fənlər təmayüllü internat tipli məktəb-liseyin yeni binasının açılış mərasimi keçirilib.

tehsilmedia.info məlumat verri ki, mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Şirvan-Salyan Regional Təhsil idarəsinin müdiri Sənan Mənsimli, təhsil işçiləri, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, əziz xatirəsini yad ediblər. Sonra Ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov “Bilik Günü” və yeni məktəbin açılışı münasibətilə pedaqoji kollektivi, şagird və valideynləri təbrik edərək onlara yeni dərs ilində uğurlar arzulayıb. Bildirib ki, ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinə, bu sahədə keyfiyyətin yüksəldilməsinə göstərilən dövlət qayğısı bir daha təsdiq edir ki, təhsil dövlətin prioritet sahəsidir. Natiq vurğulayıb ki, təhsil müəssisələrinin inşası, əsaslı təmiri, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər müəllimlərin iş, şagirdlərin təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından da böyük əhəmiyyət kəsb edir. Təhsil sahəsinin dövlət siyasətinin əsas hissəsi olduğunu əsas tutaraq təhsil işçiləri də üzərlərinə düşən vəzifələri layiqincə icra etməli və hər bir şagirdin elmə, təhsilə mükəmməl yiyələnməsinə, hərtərəfli yetişkin, vətənpərvər, savadlı gənclər kimi hazırlanmasına nail olmalıdırlar.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov 15 sentyabr - "Bilik Günü" və yeni məktəbin açılışı münasibətilə kollektivi təbrik ediblər, xoş arzularını bildiriblər.

Tədbirin sonunda qonaqlar məktəb binasına baxış keçirib, sinif otaqlarında və fənn kabinetlərində yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, 1964-cü ildən fəaliyyət göstərən məktəbin binası yararsız vəziyyətdə olduğu üçün Azərbaycan Prezidenti İlham ƏIiyevin müvafiq sərəncamına uyğun olaraq 1 fevral 2021-ci il tarixdən məktəbin tikintisinə başlanılmışdır. Hazırda istifadəyə verilən 624 şagird yerlik məktəb-liseyin yeni binasında sinif otaqlarından əlavə, fizika, kimya, biologiya laboratoriyaları, hərbi hazırlıq, əmək otaqları, kitabxana və oxu zalı, informatika otağı, akt zalı, idman zalı, yeməkxana və 100 yerlik yataqxana inşa edilib. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib.

Oxşar xəbərlər

Bütün xəbərlər