Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Müəllimlərin orta aylıq maaşı ilə bağlı deputatdan MÜHÜM AÇIQLAMA

Müəllimlərin orta aylıq maaşı ilə bağlı deputatdan MÜHÜM AÇIQLAMA

“Azərbaycanda müəllimlərin orta aylıq maaşı ölkə üzrə ümumi orta aylıq əmək haqqıdan aşağıdır. Elm və Təhsil Nazirliyinin məlumatına görə, yeni tədris ilin başlanğıcında müəllimlərin orta əmək haqqısı 830 manat olub. Bu ölkə üzrə orta aylıq əmək haqqından 10 faiz azdır.”

Bu fikirləri tehsilmedia.info-a açıqlamasında deputat Vüqar Bayramov səsləndirib. O bidlirib ki, Avropada ən yüksək əmək haqqı alan müəllimlər Luksenburqda yaşayır: "illik əmək haqqları 69,076 min avrodur. Daha sonra İsveçrə (66,972 min avro), Almaniya (54,129 avro) və Danimarka (47,980 avro) gəlirlər. Qardaş Türkiyədə bu ilin iyul ayının yekunlarına əsasən, orta məktəb müəllimlərinin illik maaşları 12 min dollardır. Bu qardaş ölkədə müəllimin orta hesabla ayda 1000 dollar maaş alması anlamına gəlir. Təbii ki, burada mülkiyyət növləri və bölgələr üzrə fərqlər da var. Bununla yanaşı, Türkiyədə müəllimlər öz ölkələrinin orta aylıq əmək haqqısı ilə müqayisədə təxminən 2 dəfə çox maaş alırlar. Qeyd edək ki. Türkiyədə minimum əmək haqqı (425 dollar) ilə ümumi orta aylıq maaş arasında fərq yüksək deyil. Bu baxımdan, Azərbaycanda da müəllimlərin orta aylıq maaşının ölkə üzrə orta aylıq əmək haqqından daha yüksək olması vacibdir".

Millət vəkilinin sözlərinə görə, təhsil ölkənin, cəmiyyətin və eləcə də iqtisadiyyatın inkişafında əsas lokomotivdir. Bunun üçün də təhsilverənlərin əməklərin daha yüksək qiymətləndirilməsi önəmlidir: "Müəllimlərin daha yüksək əmək haqqı almasına nail olunması üçün sertifikasiya imtahanlarında nəticələrin daha ədalətli və səmərli qiymətləndirilməsinə ehtiyac var. Mövcud qaydalara əsasən, sertifikatlaşdırma iştirak edib sualların 83.3 faizinə düzgün cavablandıran müəllim 50 faiz doğrusu olan ilə eyni əmək haqqı artımından faydalana bilir. 51 suala düzgün cavablandıran müəllimiz 35 faiz artımdan yaranlandığı halda, cəmi 1 düzgünü az, yəni 50 doğrusu (83.3 faiz nəticə) olan pedaqoqumuzun əmək haqqısında cəmi 10 faiz artım hesablanır. Qeyd edək ki, son illər təhsilə ayrılan vəsaitin həcmində artımlar qeydə alınır. Bu sahədə dövlət siyasəti güclənməkdədir. Belə ki, bu ilin büdcəsindən ən çox vəsait ayrılan sahələrdən biri təhsildir. Təhsilə ayrılan məbləğ 2023-cü ildə 4 milyard 423 milyon manat təşkil edir Bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat (42,4 faiz) çoxdur.

Deməli, vəsait var. Sadəcə, daha səmərəli əmək haqqı sisteminin yaradılması ilə bağlı islahatlar daha da dərinləşməlidir", - Vüqar Bayramov fikirlərini tamamlayıb.

Ülkər Abdurahmanlı

Oxşar xəbərlər

Bütün xəbərlər