Xəbər lentiwidget-title-icon

Qazax kollecində “acı bağırsağı” kim uzadır?
Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF

MİQ-də müsahibə!- Narazılıq: komissiya üzvləri naşı olurlar?

MİQ-də müsahibə!- Narazılıq: komissiya üzvləri naşı olurlar?

Nadir İsrafilov: “ Təhsil sistemində bu kimi müsabiqələri aparan şəxslər çox zaman ayrı-ayrı ixtisas sahibi olurlar. Bu, danılmaz faktır”

Xəbər verdiyimiz kimi, dünəndən etibarən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlər üçün müsahibə mərhələsinə start verilib. Müsahibələrdə namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müvafiq komissiya tərəfindən yoxlanılır.

Bu mərhələdə iştirak edən müəllimlərin bəziləri onlara verilən sualların olduqca çətin, mənasız olduğu ilə bağlı fikirlər irəli sürür. Bəziləri isə ümumilikdə sualların düzgün tərtib olunmadığını iddia edir.

Həmçinin, komissiya üzvlərinin təhsillə bağlılığının olmadığını iddia edənlər də var.

Bəs bu iddialar nə dərəcə əsaslıdır?

MİQ-də müsahibə!- Narazılıq: komissiya üzvləri naşı olurlar?

tehsilmedia.info bildirir ki., mövzu ilə bağlı azedu.az-a açıqlama verən təhsil məsələləri ilə mütəxəssis Nadir İsrafilov vurğulayıb ki, təhsil sistemində bu kimi müsabiqələri aparan şəxslər çox zaman ayrı-ayrı ixtisas sahibi olurlar:

“Bu, danılmaz faktır. Yəni bunu qabartmaq o qədər də lazım deyil, çünki sistem belə qurulub. Müsahibəni keçirənlərin hansı ixtisas sahibi olması o qədər də önəmsənilməməlidir. Çünki suallar öncədən hazırlanır. Bu sualların tərtib olunması üçün də müəyyən mütəxəssislər cəlb olunur. Amma deyə bilmərik ki, onların da peşəkarlıq səviyyəsi kifayət qədərdir.

Ona görə də mövcud sualların tərtibatında narazılıqlar, uyğunsuzluqlar olması hallarına rast gəlirik. Suallarda qəlizliyin anlaşılmazlıqların olması, artıq bizi təəccübləndirmir. Bu, təkcə Elm və Təhsil Nazirliyinin keçirdiyi müsabiqələrdə deyil, Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanlarda da belədir.

Sözügedən narazılıqlar hər zaman ictimailəşir. Burada müsbət tərəflərdən biri odur ki, istər DİM-də, istərsə də nazirlikdə xüsusi olaraq, Apellyasiya Komissiyası fəaliyyət göstərir. Nəzərə almalıyıq ki, sualı tərtib edən də insandır. Bu kimi hallar ola bilər”.

Ekspert qeyd edib ki, imtahanlarda səhv olduğu zaman istər nazirlik, istərsə də DİM bunu etiraf edir:

“Müşahidələrim onu göstərir ki, imtahanlarda müəllimlərə və yaxud abituriyentə verilən suallarda hər hansı bir uyğunsuzluq varsa, onlar apellyasiyaya şikayət verə bilər. Mütləq şəkildə onların şikayətlərinə baxılır və nəzərə alınır. Səhv aşkarlananda bu, hər zaman etiraf edilib və düzəldilib”.

Ekspert onu da qeyd edib ki, müəllimlərin “səhvdir” dediyi sualların çoxu məntiqə aiddir:

“İnsanların məntiq anlayışı da fərqli ola bilər. Həmçinin bu sahə orta məktəblərdə tədris olunmur. Birdən-birə müxtəlif imtahanlara bu istiqamətdən suallar salmaq düzgün deyil. Biz nə vermişiksə, onu da tələb etməliyik. Baxmayaraq ki, müstəqilliyimizdən 30 il keçib, təhsilimiz hələ də keçid dövrünü yaşayır. Hansısa ölkənin tətbiq etdiyi qaydaları, biz də etməyə çalışırıq. Bu əslində müsbət haldır, lakin sözügedən yenilikləri təkmilləşdirmək lazımdır”.

Oxşar xəbərlər

Bütün xəbərlər