Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

“İlin Gənc Müəllimi” qrant müsabiqəsinin qalibi bəlli oldu

“İlin Gənc Müəllimi” qrant müsabiqəsinin qalibi bəlli oldu

İyulun 28-də təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin nəticələri elan olunub.

Müsabiqənin qaliblərindən biri də Milli Məclisin Mədəniyyət Komitəsi ilə azedu.az təhsil portalının birgə keçirdiyi "İlin Gənc Müəllimi-2022" müsabiqəsinin qaliblərindən olan ibtidai sinif müəllimi Səidə Quliyevadır.

“Məktəbin savadlı maliyyəçiləri” adlı layihə ilə müsabiqəyə qatılmış Səidə Quliyeva 63.2 balla qrant alanlar siyahısına düşüb. Onun layihəsinin məqsədi şagirdlərin maliyyə savadlılığının artırılmasına yönəlib.

tehsilmedia.info xəbər verir ki, azedu.az Səidə müəllimə ilə əlaqə saxlayaraq, müsabiqə ilə bağlı təəssüratlarını öyrənib.

"Müsabiqəyə "Ümumtəhsil müəssisələri" kateqoriyası üzrə qatılmışdım.

İlk dəfə Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsində “Həmkardan həmkara dəstək” adlı layihəmlə iştirak etmişəm. O zaman necə həyəcan və sevinc vardısa, bu dəfə də elə idi. V və VI qrant müsabiqəsinə də fərdi kateqoriya üzrə layihə ilə qoşulmuşdum. Təəssüf ki, qalib ola bilmədim. Ancaq geri çəkilmədim və bu dəfə yenidən layihə təqdim etdim. Bu dəfə layihəm "Ümumitəhsil müəssisələri" kateqoriyasında qalib oldu.

Maliyyə savadlılığının artırılması ilə bağlı layihələr daha çox böyük şəhər məktəblərində, yaxud da rayon mərkəzi məktəblərində həyata keçirilir. Hazırda regionda yaşayan və işləyən bir gənc kimi iqtisadi - maliyyə savadlılığının artırılması ilə bağlı layihələrin, görüşlərin, təlimlərin ucqarlarda keçirilməsinə ehtiyac olduğunu öz təcrübəmdən bilirəm. Bundan ötrü yaşadığım Ucar rayon kənd məktəblərində araşdırma aparmışam və bu araşdırmaların nəticəsi olaraq məktəblilərin maliyyə savadlılığının aşağı olması, lakin onların bu sahədə bilik və bacarıqlarının artırmaq istəklərinin isə yüksək olması qənaətinə gəlmişəm. Layihə maliyyə savadlılığı, gələcəkdə öz rifah hallarını yaxşılaşdıra bilmək üçün maliyyə məhsulları və konsepsiyalarını başa düşmək, maliyyə risklərini və imkanlarını qiymətləndirmək, məlumatlı seçimlər etmək və digər səmərəli addımlar atmaq üzrə bacarıqlar əldə olunmasına yardımçı olacaq. Bunu 5-6-7-ci sinif şagirdləri arasında təbliğ etmək daha məqsədəuyğun sayılar. Çünki onların bu yaşda maliyyə savadlılığı ilə bağlı qazandıqları bilik və bacarıqlar gələcək şəxsi və peşəkar həyatlarında çox lazım olacaqdır.

Layihə ucqar kənd məktəbi şagirdlərinin qənaət və israf, pulun tarixi, büdcə anlayışı mövzularında maarifləndirilməsində və onların müasir maliyyə alətlərindən istifadə üzrə biliklərinin artırılmasında mühüm rol oynacaq”.

Qeyd edək ki, Səidə Quliyeva Ucar rayonu A.Abdullayev adına Alpı kənd tam orta məktəbinin direktorudur.

Oxşar xəbərlər

Bütün xəbərlər