Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Torontoda ilk dəfə “Arşın mal alan” operettası təqdim olunub - FOTO

Kanadanın Toronto şəhərində yerləşən "Meridian Arts Center” sənət mərkəzindəki Qrinvin Teatrında Azərbaycanın peşəkar musiqi sənətinin və milli operasının banisi, dahi bəstəkar Üzeyir Hacıbəyovun məşhur "Arşın mal alan” operettası ilk dəfə təqdim olunub.

"tehsilmedia.info"ın məlumatına görə, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və "Təbriz” Azərbaycan Musiqi və Rəqs Ansamblının təşkilatçılığı ilə müasir üslubda ərsəyə gələn tamaşanın premyerasında Azərbaycan icmasını və müxtəlif millətləri təmsil edən 300-dən çox izləyici iştirak edib.

"Təbriz” ansamblının milli və rəngarəng geyimli solistlərinin, rəqqaslarının, eləcə də musiqiçilərinin nümayiş etdirdikləri peşəkar performans, vokalçıların əsrarəngiz səsləri tamaşaçıları valeh edib. Onlar artistlərin hər ifasını gur alqışlarla qarşılayıblar.

Tamaşada rolları Arəş Yəhyapur (Əsgər), Kristina Rəhimova (Gülçöhrə), Rövşən Tagıyev (Süleyman), Nəsrin Əttari (Asya), Əsgər Yəhyapur (Soltan bəy), Nəcibə Fərşi (Cahan xala), Röya Şəmsazər (Telli), Səid Şirazi (Vəli) və ansamblın digər üzvləri ifa ediblər.

Qeyd edək ki, Üzeyir bəyin 1913-cü ildə yazdığı ölməz əsərin Kanadada səhnələşdirilməsi ideyasının müəllifləri "Təbriz” ansamblının prodakşn meneceri Şervin Şahadpur və musiqi rəhbəri Polad Kaşefdir. Tamaşadan sonra onlar bildiriblər ki, Üzeyir dühasının Azərbaycan musiqisinə bəxş etdiyi operettanın Toronto səhnəsində nümayişi hər bir soydaşımıza böyük qürur hissi yaşadıb. Nəzərə çatdırılıb ki, "Arşın mal alan” operettasını Kanadanın bütün böyük şəhərlərində nümayiş etdirməyə hazırlaşırlar.

Xatırladaq ki, 20 ilə yaxındır Toronto şəhərində fəaliyyət göstərən, çoxlu sayda beynəlxalq musiqi festivallarının iştirakçısı və icraçısı olan "Təbriz” ansamblı Kanadada Azərbaycanın milli mədəniyyətini və incəsənətini böyük ugurla təbliğ edir. Ansambl hazırda türk dövlətlərinin musiqi və rəqs festivalını təşkil etməyi planlaşdırır.

Oxşar xəbərlər

Bütün xəbərlər