Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Naxçıvan Orta İxtisas Polis Məktəbində buraxılış mərasimi keçirilib

Naxçıvan Orta İxtisas Polis Məktəbində buraxılış mərasimi keçirilib

İyunun 30-da Azərbaycan polisinin yaranmasının 105 illiyi və ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində təntənəli buraxılış mərasimi keçirilib.

tehsilmedia.info "Report"a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Süleyman Neymətov və daxili işlər orqanlarının əməkdaşları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərində əzəmətlə ucalan abidəsini ziyarət edib, ulu öndərin xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra tədbir Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin buraxılış mərasimi ilə davam etdirilib.

Səlahiyyətli nümayəndə kursantları salamlayıb, onları Azərbaycan Polisi Günü və məktəbi bitirmələri münasibətilə təbrik edib.

Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək bildirib ki, daxili sabitliyin və ictimai təhlükəsizliyin qarantı olan daxili işlər orqanları ötən 105 ildə çətin və şərəfli yol keçib.

“Ümummilli lider Heydər Əliyev daxili işlər orqanlarının səmərəli fəaliyyətini, maddi-texniki bazasının möhkəmləndirilməsini, şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsini hər zaman diqqətdə saxlayıb. Ulu öndərimizin siyasi və quruculuq yolunu uğurla davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan polisi Vətən müharibəsindəki zəfərimizə öz imzasını atdı, böyük şücaət və qəhrəmanlıqlar göstərdi, şəhidlər verdi, - deyə Fuad Nəcəfli vurğulayıb.

Səlahiyyətli nümayəndə sürətlə inkişaf edən və güclənən Azərbaycanda polisin qarşısında bundan sonra daha mühüm vəzifələrin durduğunu bildirib, polis əməkdaşlarına daxili sabitliyin və ictimai təhlükəsizliyin qorunması naminə şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Süleyman Neymətov bildirib ki, Azərbaycanda daxili işlər orqanları Prezident İlham Əliyevin yüksək qayğısı ilə əhatə olunub. Hər bir Azərbaycan polisi bu qayğıya cavab olaraq qürurla xidmət edir, daxili sabitliyin keşiyində şərəflə dayanır, cinayətkarlığa qarşı qətiyyətlə mübarizə aparır.

Oxşar xəbərlər

Bütün xəbərlər