Xəbər lentiwidget-title-icon

Yazını süni intellekt yazır, tələbə danışa bilmir - Şifahi imtahanlar geri qayıdır?
"Dünyanın ən yaxşı müəllimi" seçilən Andria 35 dildə dərs deyir
Fizika dərslikləri sadələşdirilməlidir - şagirdlər çətinlik ÇƏKİR
Elm Günü: Keçmişdən gələcəyə uzanan milli inkişaf xətti
Ali Məhkəmə cinayətkar Eldar Mahmudovu və oğlunu müdafiə edib. Bu necə ola bilər?
Yeni yaradılacaq Ələt Universitetinin diplomu Türkiyədə tanınacaqmı?
8-ci sinifdən beynəlxalq arenaya: Kənan Vəlizadənin uğur hekayəsi
GERİLƏYİRİK!!! Təhsilin "Qara Dəliyi": Üç Qurum, Sıfır Nəticə!
Azərbaycan təhsili dünyada neçəncidir? - REYTİNQ
Universitetdə 3 vakansiya: hər kəs müraciət edə bilər
Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib
UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub
Qlobal Təhsil Koalisiyası Azərbaycanda rəqəmsal bacarıqlar üzrə görülən işlər barədə məlumatlandırılıb
Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ
“Novruz 2026” düşərgəsi təhsil ictimaiyyətində həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında- FOTOLAR

Türkiyə-Azərbaycan qardaşlığı - MƏQALƏ

Türkiyə-Azərbaycan qardaşlığı - MƏQALƏ

Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı qədim tarixi irsə, zəngin ənənələrə malikdir. Eyni zamanda, Azərbaycan-Türkiyə əlaqələri Ulu Öndər Heydər Əliyevin dediyi kimi, "Bir millət, iki dövlət" tezisinə əsaslanır.

Bu iki dövlət arasındakı səmimi dostluq münasibətlərinin demək olar ki, dünyada analoqu yoxdur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin siyasi və mənəvi əhəmiyyəti böyükdür. Əlbəttə, bu, həm Türkiyəyə, həm Azərbaycana, həm də dünyaya bir mesajdır.

İkitərəfli əlaqələrin hazırkı yüksək səviyyəsinin məntiqi nəticəsidir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana ənənəvi səfərini edir və bu, dövlət səfəridir. Yəni, Türkiyə Prezidentinin budəfəki dövlət səfəri dövlətlərarası münasibətlərin ən yüksək həddini, ölkələrarası dostluq və əməkdaşlığın ali səviyyəsini nümayiş etdirir.

27 sentyabr 2020-ci il tarixində başlayıb, 8 noyabr 2020-ci ildə böyük tarixi Zəfərimizlə bitən Vətən müharibəsinin hər saatında və hər dəqiqəsində qardaş Türkiyə daim Azərbaycanın yanında yer aldı. Türkiyənin ölkəmizə və xalqımıza göstərdiyi bu siyasi, mənəvi dəstək həmin tarixi günlərdə hər birimizi sonsuz qürurlandırdı.

8 noyabr Zəfərimizə biz sevindiyimiz qədər qardaş türk xalqı da sevindi. 44 günlük Vətən müharibəsindən bir qədər sonra 10 dekabr 2020-ci ildə Türkiyə və Azərbaycan prezidentləri Azərbaycan ordusunun Zəfər paradını birlikdə qəbul etdilər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın haqq işinə dəstəyini açıq, birmənalı və sərt açıqlamalarla ifadə etməsi Azərbaycan xalqını çox sevindirdi. İstər hərbi əməliyyatların davam etdiyi dövrdə, istərsə də Qarabağın, Şərqi Zəngəzurun bərpasının davam etdiyi hal-hazırki günlərdə qardaş Türkiyə dövləti daim Azərbaycanın yanındadır.

2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır. Məhz həmin gün dini, dili, tarixi, mədəniyyəti və məqsədi bir olan Azərbaycan və Türkiyə arasındakı münasibətlərin yeni inkişaf mərhələsi başladı.

Bu elə bir inkişaf mərhələsidir ki, hər iki dövləti böyük nailiyyətlərə doğru aparacaq.Türkiyədə keçirilən Prezident seçkilərində Azərbaycan ictimaiyyətinin Rəcəb Tayyib Ərdoğana birmənalı dəstək göstərməsi, qalibiyyətinə sarsılmaz inamın bariz nümunəsi kimi Prezident İlham Əliyevin seçkilərin birinci turundan və ikinci turundan sonra Rəcəb Tayyib Ərdoğana zəngi, ilk olaraq təbrik etməsi bu deyilənlərin sübutudur. Seçkilərdən əvvəl də, seçki prosesində də səsləndirilən fikirlərdən aydın olurdu ki, Azərbaycan-Türkiyə əməkdaşlığı, liderlərin birgə sıx işbirliyi ilə görüləsi işlər, həyat keçiriləsi layihələr hələ çoxdur. Sirr deyil ki, Türkiyə-Azərbaycan münasibətləri, görüşləri, layihələri, atılan addımlar hər kəsin diqqət mərkəzindədir.

Budəfəki səfəri həm də bu prosesdə yeni mərhələnin başlanğıcı, yarımçıq qalmış işlərin davamı, daha böyük layihələrin startı kimi dəyərləndirmək olar.

Azərbaycan-Türkiyə münasibətlərinin yeni səhifəsi hər iki dövlətin, millətimizin gələcəyi, inkişafı, regionda sabitliyin və sülhün bərqərar olunması baxımından, həmçinin bütün Türk dünyası və Türk Dövlətləri Təşkilatı üçün də çox faydalı olacaq.

Məmləkət İbrahimova

Oxşar xəbərlər

Bütün xəbərlər