Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

"Şuşa maarifi" adlı sənədli filmin təqdimatı olub - FOTO

"Şuşa maarifi" adlı sənədli filmin təqdimatı olub - FOTO

Mayın 31-də Şuşada Elm və Təhsil Nazirliyinin və İctimai TV-nin birgə hazırladığı "Şuşa maarifi" adlı sənədli filmin təqdimatı keçirilib.

tehsilmedia.info xəbər verir ki, təqdimat mərasimində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və digər qonaqlar iştirak ediblər.

Mərasimdə çıxış edən filmin ssenari müəlliflərindən biri, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı qələbə sayəsində bu gün məhz Şuşada film təqdimatının gerçəkləşməsindən məmnunluğunu ifadə edib.

Filmin çəkiliş prosesi ilə bağlı təəssüratlarını bölüşən, Azərbaycanın dünyəvi təhsil tarixinin məhz Şuşadan başladığını bir daha vurğulayan Cəsarət Valehov Şuşanın yetişdirdiyi görkəmli şəxsləri təhsilimizin öndərləri olaraq qiymətləndirib.

Bildirilib ki, 49 dəqiqəlik film Şuşanın maarif tarixindən bəhs edir. Filmin ssenari müəlliflərindən digəri Ramil Ələkbərov, rejissoru isə Elçin Qasımovdur. Azərbaycanın ilk dünyəvi məktəbi – Şuşada açılan qəza məktəbindən başlanan tarixdən söz açılan filmdə bu qədim şəhərin xalqımız üçün tarixi və mədəni əhəmiyyəti, həmçinin maarifçilik sahəsində önəmli rolu xüsusilə qeyd olunur.

Filmdə Şuşanın Azərbaycanın təhsil və elm sahəsinə tanınmış alimlər, görkəmli ziyalılar bəxş etdiyi diqqətə çatdırılır, eləcə də maarif tarixini yaradan şəxsiyyətlər barədə danışılır.

Sonra isə film nümayiş etdirilib. “Şuşa maarifi” filmi izləyicilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, sözügedən film "Şuşa İli” çərçivəsində hazırlanıb.

"Şuşa maarifi" adlı sənədli filmin təqdimatı olub - FOTO

"Şuşa maarifi" adlı sənədli filmin təqdimatı olub - FOTO

"Şuşa maarifi" adlı sənədli filmin təqdimatı olub - FOTO

"Şuşa maarifi" adlı sənədli filmin təqdimatı olub - FOTO

"Şuşa maarifi" adlı sənədli filmin təqdimatı olub - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər