Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

“Təmayül sinifləri bu il 90 məktəbdə fəaliyyətə başlayır” - Nazir

“Bu il Azərbaycanda 125 mindən artıq şagird birinci sinfə qədəm qoyur. Onları və valideynlərini, eləcə də əziz müəllimlərimizi yeni tədris ilinin başlanması münasibətilə təbrik edirəm”.

Tehsilmedia.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bilik Günü münasibətilə keçirilən tədbirdən sonra jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, yeni tədris ilində təmayül sinifləri üzrə işlər daha geniş miqyasda davam etdiriləcək:

“Bu il də gördüyünüz kimi, bu məktəbdə bir neçə istiqamətdə işlərimiz davam edir. Bu məktəb nümunə olaraq tam orta təhsil səviyyəsində başladığımız təmayül sinifləri bu il daha geniş miqyasda, 90 məktəbdə fəaliyyətə başlayır. Əvvəl bu, 14 məktəb idi.

İnandığımız budur ki, bu model bir neçə mənada faydalıdır. Çünki həm şagirdlərin ehtiyaclarını nəzərə alır, həm valideynlərə müəyyən mənada dəstək olur. Eyni zamanda, bu tip siniflərdə şagirdlərin öz istək və arzularına uyğun təmayüllər üzrə təhsil alaraq daha yaxşı nəticələr göstərəcəklərinə ümid edirik”.

Emin Əmrullayev qeyd edib ki, layihənin nəticələri uğurlu olarsa, gələcəkdə daha geniş miqyasda
tətbiqi mümkün ola bilər:

“İnandığım budur ki, bu il və növbəti il - daha çox növbəti il bu layihənin qiymətləndirilməsini aparmaq daha düzgün olar - əgər nəticələr uğurlu olarsa, bu halda daha geniş miqyasda tam orta təhsil modelinə keçə bilərik.

Bir çox ölkələrdə belə model var. Şagirdlər 9-cu sinfi bitirdikdən sonra 10-cu, 11-ci sinifdə və yaxud tam orta təhsil 11-12 il davam edirsə, son iki ili artıq ixtisaslaşmış məktəblərdə oxuyurlar”.

Nazir məktəbəhazırlıq qruplarının əhatəliliyinə də diqqət çəkib:

“Mən burada olanda da məktəb rəhbərliyindən, məktəbin direktorundan soruşdum. Məsələn, bu il burada birinci sinfə gələn uşaqların, demək olar, əksəriyyəti - 90 faizdən artığı məktəbəhazırlıqdan gəlir.

Xüsusilə şəhər yerlərində inanıram ki, bu məsələ demək olar ki, 100 faizə yaxın həll olunub. Bu da çox vacib göstəricidir ki, məktəbə gələn uşaqların böyük əksəriyyəti heç olmasa bir il məktəbəhazırlıqdan keçir. İnanıram ki, uzunmüddətli vədədə bu, onların təhsil nəticələrinə təsir edəcək və ölkənin də təhsilini irəli aparacaq”.

Emin Əmrullayev yeni tədris ilində sertifikatlaşdırma, tədris məzmunu və qiymətləndirmə istiqamətlərində işlərin davam etdiriləcəyini də vurğulayıb:

“Digər sahələrdə də artıq xeyli danışılıb, təkrar eləmək istəmirəm. İstər sertifikatlaşdırma, istər məzmun, istər qiymətləndirmə sahəsində bizim işlərimiz davam edəcək”.

Nazir yeni tədris ilinin Azərbaycan məktəbi və ölkə üçün uğurlu olacağına inandığını bildirib:

“İnanıram ki, bu tədris ili Azərbaycan məktəbi üçün və ölkəmiz üçün faydalı bir il olacaq, uğurlu bir il olacaq və qarşıda duran məqsədlərə doğru bir addım da irəli atmış olacağıq”.

Oxşar xəbərlər

Bütün xəbərlər