Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

"2545 şagird risk qrupuna daxil edilib" - Şok Statistika

"4-cü siniflərdə 2545 şagird risk qrupuna daxil edilib".

Tehsilmedia.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, nazirin müşaviri Elnur Əliyev çıxışı zamanı bildirib.

O qeyd edib ki, 4-cü sinif şagirdlərinin qiymətləndirilməsi zamanı ibtidai səviyyədə oxu bacarığını müəyyənləşdirmək üçün üç minimum səviyyəli sualdan istifadə olunub.

Bu suallar şagirdlərin ən sadə oxu bacarıqlarına sahib olub-olmadığını və ciddi risk qrupunda olan şagirdlərin müəyyənləşdirilməsini nəzərdə tutub.

Elnur Əliyevin sözlərinə görə, qiymətləndirmədə birinci səviyyədən aşağı nəticə göstərən 2545 şagird həmin üç sualdan ən azı ikisinə səhv cavab verib. Bu isə ümumilikdə 150 min şagirdin təxminən 1,7 faizini təşkil edir.

“Bu şagirdlərin tapılıb nəticələrinin yerlərlə, məktəblərlə paylaşılması və onlarla fərdi şəkildə işlənilməsi vacibdir. Məhz bu sualdan yox, bu tip üç sual olub ki, həmin sualların ən azı ikisinə səhv cavab verən şagirdləri ayırmışıq ki, bunlar tapılmalı və xüsusi işlənməlidir”, – deyə Elnur Əliyev bildirib.

O, 4-cü siniflərdə riyaziyyat və oxu üzrə açıq sualların tətbiqinə də diqqət çəkib.

Bildirib ki, cari ildə ilk dəfə olaraq hər iki fənn üzrə şagirdlərin cavabı özlərinin yazdığı tam açıq suallardan istifadə olunub.

Qeyd olunub ki, açıq suallarda cavablandırma faizi qapalı test tapşırıqları ilə müqayisədə daha aşağı olub. 4-cü sinif şagirdlərinin 27 faizi riyaziyyat üzrə açıq sualları cavablandırmayıb.

Oxu üzrə isə bu göstərici 19 faiz təşkil edib.
Eyni zamanda, oxu üzrə şagirdlərin 98 faizi bütün qapalı sualları cavablandırıb.

Elnur Əliyev açıq sualların yoxlanılması zamanı müşahidə olunan dil və yazı problemlərinə də toxunub. Bildirib ki, bəzi şagirdlərin cavablarında Türkiyə türkcəsində olan sözlərdən, eləcə də rus mənşəli sözlərdən istifadə halları müşahidə edilib.

Onun sözlərinə görə, şagirdlərin Azərbaycan dilində daha düzgün və səlis yazı vərdişlərinin ibtidai təhsil mərhələsindən formalaşdırılmasına xüsusi diqqət yetirilməlidir.

Bundan əlavə, 4-cü sinif şagirdlərinin açıq suallara verdiyi cavablarda hüsnxətlə bağlı müəyyən problemlərin də müşahidə olunduğu bildirilib.

Oxşar xəbərlər

Bütün xəbərlər