Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Məktəblərdə repetitorluq mexanizmləri tətbiq olunsun - YENİ TƏKLİF



"Ölkəmizdə son illər təhsil sahəsində həyata keçirilən ən mühüm və effektiv yeniliklərdən biri yeni təmayül tədris modelinin tətbiqidir. Emin Əmrullayevin də çıxışlarında vurğuladığı kimi, bu modelin tətbiqi şagirdlərin akademik nailiyyətlərini artırmaqla yanaşı, eyni zamanda cəmiyyətin sosial çağırışlarına cavab verən mühüm addımdır. Yeni modelin tətbiqi ilə cəmiyyətimizdə yanlış təfəkkür kimi formalaşmış “məktəbin əsas vəzifəsi imtahana hazırlıqlı şagird yetişdirməkdir” yanaşmasının aradan qaldırılması ilə yanaşı, məktəbin bu istiqamətdəki mühüm öhdəliyini də daha effektiv şəkildə yerinə yetirməsi üçün əlverişli şərait yaranacaq".

Tehsilmedia.com bildirir ki, bu fikirləri Redaktor.az-a coğrafiya müəllimi, təhsil eksperti Tuqay Rzazadə səsləndirib.

"“Məktəbin əsas funksiyası buraxılış və qəbul imtahanlarında yüksək nəticə göstərən şagirdlər hazırlamaq olmalıdırmı?” sualını versəniz, birmənalı şəkildə “xeyr” deyərdim. Kurikulum sənədində də qeyd edildiyi kimi, ümumi təhsil müəssisələri, yəni məktəblər, əldə etdiyi bilikləri həyatda tətbiq edə bilən, müstəqil düşünən, problem həll edən, yaradıcı, məsuliyyətli və fəal vətəndaş yetişdirməlidir".

Müsahibimiz yeni təmayül tədris modelinin tətbiqi zamanı tədrisin keyfiyyətini necə artırmaq, hansı metodlardan istifadə etməklə daha effektiv nəticələrin əldə edilməsi barədə fikirlərini bölüşdü:



O qeyd etdi ki, Azərbaycanda repetitorluq sistemi kifayət qədər geniş yayılıb və artıq müəyyən mənada kölgə təhsil sisteminə çevrilib:

"Hər il repetitor xidmətlərindən istifadə edərək yüksək nəticələr əldə edən şagirdlərin nəticələrində məktəbdən daha çox repetitorluq sisteminin payının olduğunu görürük. Bu isə onu deməyə əsas verir ki, repetitorların məktəbdənkənar dərs saatlarında tətbiq etdikləri hazırlıq mexanizmlərini təmayül tədris modeli tətbiq olunan məktəblərdə də tətbiq edə bilsək, son nəticədə bu modelin repetitorluq qədər uğurlu olmasına nail ola bilərik.

Repetitor yanında dərslər yalnız məktəb proqramları əsasında deyil, Dövlət İmtahan Mərkəzinin qəbul və buraxılış imtahanlarına hazırlıq proqramları və tələbləri əsasında təşkil olunur. Yəni bütün dərslərdə məktəb dərslikləri və nəzəri vəsaitlərlə yanaşı, Dövlət İmtahan Mərkəzinin və digər nəşrlərin test banklarından istifadə edilir".

Ekspertin sözlərinə görə, hər bölmənin sonunda keçirilən KSQ və BSQ-ləri daha da ciddiləşdirərək sınaq imtahanı formatında yoxlamaların təşkil olunması məqsədəuyğun olardı:

"Əgər bu modelin repetitorluq qədər effektiv və məhsuldar olmasını istəyiriksə, müəyyən mənada məktəb proqramlarının çərçivəsindən kənara çıxmalı və müəllimlərə daha çox sərbəstlik verməliyik. Çünki indiyədək yalnız məktəb proqramları əsasında tədrisin bütün hallarda imtahanlara tam hazırlıqlı şagirdlər yetişdirmədiyinin şahidi olmuşuq. Yeni modelin tətbiqinə ehtiyac yaranmasının səbəblərindən biri də məhz budur. İndi isə yüksək nəticə göstərən repetitorların öz təcrübələrini məktəblərdə tətbiq etməsinə şərait yaratmalı və müəyyən mənada onların fəaliyyətinə müdaxilə edilməməlidir. Onlardan əsasən tədris ilinin sonunda nəticə tələb olunmalıdır. Tədris prosesinin təşkili mexanizmlərinin seçimində müəllimə sərbəstlik verilməli və ən əsası, müəllim və şagirdlər güclü maddi-texniki baza, eləcə də müasir əyani və virtual vəsaitlərlə təmin edilməlidir".

T.Rzazadə təklif edir ki, yeni təmayül tədris modelinin tətbiq olunduğu məktəblərdə yüksək nəticə göstərən repetitorların və təcrübəli müəllimlərin effektiv tədris metodlarından istifadə edilməsinə şərait yaradılsın:

"Müəllimlərə tədris prosesinin təşkili və metodların seçimində daha geniş sərbəstlik verilsin, onların fəaliyyətinə həddindən artıq inzibati müdaxilələr məhdudlaşdırılsın və əsas diqqət əldə olunan nəticələrə yönəldilsin. Eyni zamanda, məktəblərdə DİM-in qəbul və buraxılış imtahanlarının tələblərinə uyğun əlavə test və sınaq mexanizmlərinin tətbiqi, müasir əyani və virtual tədris resurslarının əlçatanlığının artırılması təmin edilməlidir. Düşünürəm ki, müəllimə düzgün istiqamət, kifayət qədər sərbəstlik və lazımi resurslar verildiyi halda, məktəb təhsilinin nəticələrini əhəmiyyətli dərəcədə yüksəltmək mümkündür. Əsas məqsədimiz isə yalnız yüksək bal toplayan deyil, həm də qazandığı bilikləri həyatda tətbiq edə bilən, müstəqil düşünən, yaradıcı və məsuliyyətli şagird yetişdirmək olmalıdır. Çünki uğurlu məktəbin göstəricisi yalnız imtahan nəticələri deyil, məzunun gələcək həyata nə dərəcədə hazırlıqlı olmasıdır".

Oxşar xəbərlər


Bütün xəbərlər

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb