Xəbər lentiwidget-title-icon

Masazır 5 nömrəli məktəbdə iki ildir dərslər zirzəmidə keçirilir – VİDEO
Ekspert elm və təhsil nazirinin məruzəsindəki tezislər və təhsil reallığı arasındakı uçurumdan yazdı... - TƏHLİL
Tələbə universitetdən qovuldu, amma bu qərar qanunidirmi? – Vəkildən CAVAB
“Uşağın əvəzinə hər şeyi etməyin”: Məktəbə adaptasiyanın əsas şərtləri
Universitetdən xaric edilən tələbə ilə bağlı AÇIQLAMA: "Təhdidlər arta bilərdi"
Ceyhun Məmmədovdan tələbənin xaric edilməsinə etiraz: “Doğru yanaşma olmaya bilər”
Prezident: "Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi çox vacibdir"
Məktəbdə uşaq itib, dublikat direktor da yerində tapılmır
13 yaşdan aşağı uşaqlara sosial media qadağan ediləcək
Uşaq evlərindən 28 gənc tələbə olub
Fərid Məmmədov: “Şəxsi maraq və daxili motivasiya ən yaxşı stimuldur”
Birinci kurs tələbələrini təhdid edən şəxs universitetdən qovuldu
"Qarşılaşdığımız çətinlikləri qəbul edirik, onları inkar etmirik” - Nazir
Rövşən Nəcəf “SABAH.city”də texnoloji gələcəkdən və kibertəhlükəsizlikdən danışıb
UNEC “Süni İntellekt üzrə Etik və Məxfilik Kodeksi” qəbul edib
"Əsas baza riyaziyyatdır"- Nazirdən AÇIQLAMA
Rövşən Nəcəf: “Peşə məktəblərimizdə başqa şirkətlər üçün də kadrlar hazırlayırıq”
Nazir: "Hər il 300-dən çox gənci xaricə göndəririk - 10 ilə minlərlə ekspertimiz olacaq"
Bu məktəbdə müəllimlər vahid formaya keçdilər - FOTO
Vakant vəzifələr üzrə işə qəbul müsabiqəsinin test imtahanı keçirilib
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
Məktəbə gedəcək şagirdlərin sayı sürətlə azalır: rəqəmlər nə deyir?
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib - FOTO
Təhsil haqları artırıldı - Tələbələr ayağa qalxdı
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər

İxtisas seçiminin builki mənzərəsi: “Bəzilərinin tək məqsədi Bakıda oxumaqdır”

Dünəndən etibarən ixtisas seçimi yekunlaşıb.

Maraqlıdır ki, əvvəlki illərlə müqayisədə bu il seçim prosesində hansı fərqliliklər oldu? Abituriyentlər və valideynlər artıq proseslər haqqında tam məlumatlıdırlarmı, yoxsa yenə də mütəxəssislərin yönləndirməsinə ehtiyac duyurlar? Həmçinin, valideynlərin övladlarının seçiminə münasibəti necədir, onlarda hər hansı təzyiq hiss olunurmu?

Tehsilmedia.com bildirir ki, azedu.az-ın suallarını "İlin gənc müəllimi" müsabiqəsinin qalibi, repetitor Xəzri Muradov cavablandırıb.

O, qeyd edib ki, bəziləri üçün əsas məqsəd sadəcə Bakıda oxumaq və diplom sahibi olmaqdır:

"Ötən illə müqayisədə ixtisas seçimi prosesində ən müsbət dəyişikliklərdən biri valideynlərin yanaşmasında özünü göstərir. Artıq təxminən 80 faiz valideyn övladının seçiminə əvvəlki kimi müdaxilə etmir, onun istəyinə və qərarına hörmətlə yanaşır. Bu, çox vacib dəyişiklikdir. Çünki ixtisas seçimi valideynin deyil, ilk növbədə həmin ixtisas üzrə illərlə oxuyacaq və gələcəkdə o peşəni icra edəcək gəncin seçimidir.

Əlbəttə, hər abituriyent öz seçimini özü edə bilər. Amma seçim zamanı mütəxəssisə müraciət etməyin də böyük üstünlüyü var. Burada əsas məsələ sadəcə ixtisasları sıralamaq deyil, abituriyentin topladığı bala uyğun düzgün interval qurmaq, riskləri nəzərə almaq və onun gələcək perspektivini düşünməkdir. Təəssüf ki, bəzi hallarda bu xidmətin qiymətləri həddindən artıq şişirdilir. Halbuki, düzgün yanaşma və təcrübə olduqda, ixtisas seçiminin mahiyyətində əlçatmaz bir çətinlik yoxdur.

Mən özüm də kodlaşdırma prosesində iştirak edən müəllim kimi düşünürəm ki, yaxşı mütəxəssis yalnız abituriyentin yerinə seçim edən insan deyil. Əsl mütəxəssis əvvəlcə şagirdin fikrini dinləməli, onun marağını anlamalı, daha sonra isə həmin seçimə peşəkar baxış gətirməlidir. Çünki abituriyentlərin bir qismi hələ də qərarlarını daha çox hissləri ilə verirlər. Bəziləri üçün əsas məqsəd sadəcə Bakıda oxumaq və diplom sahibi olmaqdır. Amma diplom gələcəyin özü deyil".

Şagirdə izah etmək lazımdır ki, “bu ixtisası seçirəm” deməklə iş bitmir:

"Əsas sual bundan sonra başlayır: Bu ixtisasla hansı sahədə işləyəcəyəm? Əmək bazarında perspektivi necədir? Beş-on ildən sonra bu peşəyə ehtiyac olacaqmı? Özümü həmin sahədə görə bilirəmmi?

Məncə, belə məqamlarda abituriyentin əvəzinə düşünmək yox, onunla birlikdə düşünmək lazımdır. Çünki gələcəyi haqqında qərar verən gəncə hazır cavab verməkdənsə, düzgün suallar vermək daha faydalıdır. Necə deyərlər, “məsləhətli don gen olar”.

Bu il də əsas məqsədimiz abituriyentləri yalnız universitetə yerləşdirmək deyil, onları gələcəyi olan ixtisaslara yönəltmək olub. Bir çox seçimlərdə şəxsən müdaxilə edib şagirdlərlə söhbət apararaq daha perspektivli istiqamətləri izah etmişik. Çalışmışıq ki, onlar bu günün deyil, sabahın seçimini etsinlər. Çünki bizim üçün nəticə sadəcə “tələbə oldu” xəbəri deyil; əsas odur ki, illər sonra öz peşəsində uğurlu, savadlı və ölkəsinə fayda verən bir mütəxəssis olsun.

Əvvəlki illərlə müqayisədə qruplar üzrə ümumi mənzərədə ciddi dəyişiklik müşahidə olunmadı. Yenə III qrupda ballar yüksək oldu. Bunun əsas səbəblərindən biri həmin qrupu seçən abituriyentlərin yüksək bal toplamaq potensialının daha çox olmasıdır. Digər qruplarda da nəticələr ümumilikdə ürəkaçan idi. Ən çox sevinənlər isə yenə II qrupun abituriyentləri oldu".

Valideynlərin universitet seçiminə münasibətində də maraqlı dəyişiklik var:

"Əvvəllər bir çox valideyn övladının özəl universitetdə oxumasına tərəddüdlə yanaşırdı. İndi isə bu düşüncə tədricən dəyişir. Valideynlər daha yaxşı anlayırlar ki, universitetin adı qədər, hətta bəzən ondan da vacib olan tələbənin öz potensialı, çalışqanlığı və özünü inkişaf etdirməsidir. Güclü tələbə harada oxumasından asılı olmayaraq özünə gələcək qura bilər.

Ümumilikdə, ixtisas seçimi prosesi normal və kifayət qədər aktiv keçdi. Əlbəttə, yenə tərəddüd edən, son anda fikrini dəyişən abituriyentlər oldu. Bu da təbiidir. 17-18 yaşında bir gəncdən həyatının ən mühüm qərarlarından birini tam dəqiqliklə verməsini gözləmək asan deyil. Elə buna görə də bu mərhələdə onların yanında olmaq, onları dinləmək və düzgün istiqamət göstərmək vacibdir.

Bizim məqsədimiz sadəcə şagirdləri universitetə göndərmək deyil. İstəyirik ki, onlar sabah peşəsini sevən, savadına güvənən, öz ayaqları üzərində dayanan və ən əsası, vətəninə, millətinə fayda verən insanlar olsunlar. Çünki nə qədər çox savadlı və düzgün istiqamətlənmiş gənc yetişdirsək, ölkəmizin gələcəyi də bir o qədər işıqlı olacaq".

Oxşar xəbərlər

Bütün xəbərlər