Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

MEK-də 28 May – Müstəqillik Günü qeyd edilib - FOTO

MEK-də 28 May – Müstəqillik Günü qeyd edilib - FOTO

Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 105 illiyi münasibətilə MEK-in baş direktoru, professor Məmməd Əliyev kitabxananın kollektivini təbrik edərək dövlətçilik tariximizin bünövrəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixinə nəzər salıb.
AMEA-dan "tehsilmedia.info”a verilən məlumata görə, baş direktor qeyd edib ki, 28 may 1918-ci ildə müsəlman Şərqində yaranan ilk demokratik dövlət olan AXC cəmi 23 ay yaşamasına baxmayaraq, milli tariximizdə müstəsna yer tutur.
“İkinci dəfə müstəqillik qazanan Azərbaycan Respublikasının bünövrəsi məhz həmin dövrün ideyaları üzərində qurulur. Müstəqilliyimiz dövründə ağrılı-acılı, kədərli günlərimiz olsa da, Azərbaycan regionun güclü dövlətinə çevrilməyi bacardı. Müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin sarsılmaz təməllərini yaratdı. Ümummilli Liderin həm genetik, həm də siyasi davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmiz dünya arenasında haqlı nüfuz qazanıb.
Bu gün hər bir Azərbaycan vətəndaşı öz dövləti, dünya azərbaycanlıları Vətəni ilə qürur duyurlar. Artıq üçrəngli şanlı bayrağımız işğaldan azad olunmuş ərazilərdə, orda olan hər bir yüksəklikdə qürurla dalğalanır. Hazırda bu torpaqlarımızda Böyük Qayıdış – genişmiqyaslı quruculuq bərpa işləri aparılır. Şuşada beynəlxalq tədbirlər, forumlar, festivallar keçirilir.
Müstəqil Azərbaycan dövləti daha da güclənəcək və bayrağımız daim zirvələrə yüksələcək! Yaşasın Azərbaycan!”, - deyə baş direktor vurğulayıb.
Çıxışı zamanı baş direktor, həmçinin AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin bu gün münasibətilə kollektivə ünvanlanan təbrikini də səsləndirib.
Daha sonra MEK-in Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Züriyə Qarayeva demokratik ənənələri olan tariximizin dərinliyindən danışıb. Qeyd olunub ki, XX əsrin əvvəllərində, hətta ABŞ-ın bir çox ştatında qadınlara seçki hüququ verilmədiyi bir vaxtda AXC-də bu hüquq tanınmışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulan müstəqillik ənənələrinin davam etdirildiyini, Ulu Öndər Heydər Əliyevin bu ənənələr əsasında fundamental, müstəqil dövlətçilik qurduğunu və hazırda Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən bu ideyaların ən yüksək səviyyədə inkişaf etdirildiyini vurğulayıb.
Xatırladaq ki, 28 May – Müstəqillik Günü ilə əlaqədar MEK-də sərgi də təşkil edilib. İki həftə müddətində davam edəcək sərgidə bu günün, eləcə də müasir və müstəqil Azərbaycanın tarixini özündə əks etdirən kitabxananın fondlarındakı dəyərli nəşrlər təqdim edilir.

MEK-də 28 May – Müstəqillik Günü qeyd edilib - FOTO
MEK-də 28 May – Müstəqillik Günü qeyd edilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər