Xəbər lentiwidget-title-icon

Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI
98 balla yenidən ölkə BİRİNCİSİ OLDU
Azərbaycanda Məhərrəm ayı başlayıb
Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə 2 milyard dollar ayrılıb
UNEC 30 ölkədən 128 universitetlə tərəfdaşdır - Rektor
Rezidentura üzrə qəbul imtahanı keçiriləcək
"ADPU tələbələri NARAZIDIR: 'Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər' iddiası"
Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Məktəblərdə mədəniyyətin tədrisi nələri dəyişəcək? - MÖVQE
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına - Müraciət ünvanladı
"Siniflər doludur, müəllimlər isə çatışmır" - Rus bölmələrini nə gözləyir?
Nazirdən mesajlar, "Son zəng" tədbirləri, məktəblərdə qadağalar... -“Həftənin təhsil icmalı”
Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək
Tovuzda keçiriləcək qabiliyyət imtahanlarının yeri dəyişdirildi

Nazir İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan Korpusunda olub

Mayın 25-də elm və təhsil naziri Emin Əmrullayev İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusunda olub.

Aztəhsil.az xəbər verir ki, səfər çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov və millət vəkili Şahin Seyidzadə ilə birgə korpusdakı mövcud emalatxanaların fəaliyyəti ilə tanış olub, tədris prosesini izləyib. Daha sonra planlaşdırılan yenidənqurma işləri və yaradılması nəzərdə tutulan yeni emalatxanalar barədə məlumat lövhəsinə baxış keçirilib.

Bildirilib ki, həyata keçiriləcək yeniliklər peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə, tələbələrin praktiki bacarıqlarının inkişafına və əmək bazarının tələblərinə uyğun müasir tədris mühitinin formalaşdırılmasına xidmət edəcək.

Sonra nazir korpusun müəllim və tələbə heyəti ilə görüşüb. Görüş zamanı peşə təhsilinin inkişaf istiqamətləri, praktiki təlim imkanlarının genişləndirilməsi, müasir ixtisaslar üzrə kadr hazırlığı və tələbələrin məşğulluq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Emin Əmrullayev çıxışında peşə təhsilinin ölkənin iqtisadi inkişafı və əmək bazarının tələblərinə cavab verən insan kapitalının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Nazir həmçinin müasir infrastrukturun yaradılması, innovativ yanaşmaların tətbiqi və istehsalatla inteqrasiyanın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamlılığının vacibliyini qeyd edib.

Qeyd olunub ki, Qobustan korpusu region üzrə kənd təsərrüfatı və texniki istiqamətlərdə ixtisaslı kadr hazırlığını həyata keçirən struktur bölmə kimi fəaliyyət göstərir. Korpusda hazırda bitkiçilik mütəxəssisi, baytar texniki, dərzi, kompüterlərin təmiri üzrə texnik və geniş profilli traktorçu-maşinist ixtisasları üzrə tədris aparılır. 2025–2026-cı tədris ili üzrə həmin ixtisaslar üzrə korpusa 78 nəfər tələbə qəbul olunub. 2026–2027-ci tədris ili üçün mərkəz üzrə ayrılmış 660 sifariş yerinin 180-i Qobustan korpusu üçün nəzərdə tutulub.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Mamedov korpusun fəaliyyəti, tədris prosesi, ixtisaslar, tələbə kontingenti və inkişaf perspektivləri barədə məlumat verib. Direktor müavini həmçinin peşə təhsilində praktiki bacarıqların gücləndirilməsi, müasir ixtisasların inkişafı və məzunların əmək bazarına inteqrasiyası istiqamətində görülən işlərdən bəhs edib.

Səfər zamanı korpusun gələcək inkişafı ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

Oxşar xəbərlər

Bütün xəbərlər