Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Türkiyənin Elazığ şəhərində Heydər Əliyevin 100 illiyi qeyd edilib - FOTO

Türkiyənin Elazığ şəhərində Heydər Əliyevin 100 illiyi qeyd edilib - FOTO

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Türkiyə Cümhuriyyətinin Elazığ şəhərində Fırat Universitetinin və Manas Kültür Mərkəzinin birgə təşkilatçılığı ilə konfrans keçirilib.

tehsilmedia.info xəbər verir ki, tədbiri giriş sözü ilə açan Fırat Universitetinin professoru, tarix elmləri doktoru Məhəmməd Bəşir Aşan konfransın “Heydər Əliyev və çağdaş Azərbaycan” mövzusunda olduğunu, 100 illiyi qeyd edilən Ulu Öndərin Azərbaycan xalqının tarixində və taleyində oynadığı mühüm rolu, Türk dövlətləri arasında iqtisadi, sosial, ictimai-siyasi, ədəbi-mədəni əlaqələrin genişləndirilməsi, intensivləşdirilməsi istiqamətindəki xidmətlərini yeni və maraqlı faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Asif Rüstəmli “Heydər Əliyev və Türk dünyası” mövzusunda məruzə ilə çıxış edib.

Professor Asif Rüstəmli Azərbaycan-Türkiyə ictimai-siyasi, ədəbi-mədəni əlaqələrinin möhkəmlənməsində 100 illik yubileyi qeyd edilən Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıb. Məruzəçi Ümummilli Liderin Türk xalqlarının ortaq ədəbi-bədii abidələrdən olan, “Müdrikliyin, zəkanın, qəhrəmanlığın, cəsarətin rəmzi” adlandırdığı “Kitabi-Dədə Qorqud-1300”, “Manas-1000” eposlarının yubiley tədbirlərindəki çıxışlarından nümunələr səsləndirib, “Türk Dünyası Yazıçılarının III qurultayındakı nitqi”ndə “Kitabi-Dədə Qorqud”, “Manas”, “Alpamış”, “Koroğlu” dastanları, eyni kökə, eyni soya mənsub dahi mütəfəkkirlərdən, söz ustadlarından Nizami Gəncəvi, Yunus Əmrə, İmadəddin Nəsimi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Məhtimqulu Fəraqi və digərləri haqqında Ulu Öndərin düşüncə və dəyərləndirmələrini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Konfransda Fırat Universitetinin kafedra müdiri, professor Ercan Alkaya, fakültə üzvlərindən professor Əhməd Buran, dosent. Şəbnəm Fərzəli, Manas Kültür Mərkəzinin rəhbəri Mühəmməd Şener Bulut, Muammer Aksoy, Zekeriyyə Bican və başqaları çıxış edərək Heydər Əliyevin dünya çapında fenomenal şəxsiyyət, dövlət adamı, Türk dövlətləri arasında birləşdirici lider olduğunu xüsusi vurğulayıblar.

Tədbirdə Elazığlı şairlərdən Tuncer Sönmez, Günerkan Aydoğdu, Hadi Önal, İlhami Bulut, Mahir Gürmüz, Ziya Tunctəkin Azərbaycana və Heydər Əliyevə həsr etdikləri şeirlərini oxuyub, sənətçi-bəstəkar Mustafa Öztürk Ulu Öndərin sevdiyi Azərbaycan mahnılarından ifalar səsləndirib.

Konfransı Elazığ şəhərində fəaliyyət göstərən “Kanal-23” və “Kanal Fırat” televiziya kanalları və “Fırat” qəzeti işıqlandırıb.

Türkiyənin Elazığ şəhərində Heydər Əliyevin 100 illiyi qeyd edilib - FOTO

Türkiyənin Elazığ şəhərində Heydər Əliyevin 100 illiyi qeyd edilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər