Xəbər lentiwidget-title-icon

İxtisas qrupları tənqid olundu - “dünyada belə sistem yoxdur”
Xəstələr üçün hazırladıqları forma ilə qələbə qazandılar – indi ISEF-ə hazırlaşırlar
Nihat Məcidov: Alimlərə patentləşmədə dəstək göstəriləcək
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
Rektor: İnklüziv təhsil ali məktəblərin qarşısına ciddi vəzifələr qoyur
Peşə tanınması imtahanında iştirak edənlərin yalnız 12%-i uğur qazanıb
Mətbəxdə 180 dəqiqəlik mübarizə: Şanxaya gedəcək aşpaz seçildi
Lökbatandakı 233 nömrəli məktəblə bağlı sensasiya: Direktor bütün pəncərələri dəmir setkalarla niyə bağlayır?
Nazir: Müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi və motivasiyasının artırılması prioritet məsələlərdəndir
Lənkəranda “Sağlam və dayanıqlı şəhər naminə” ağacəkmə aksiyası təşkil edilib
Nadir şah haqqında yeni kitab təqdim olundu
Ailə başçısını itirənlərin ödənişində yeni QAYDA
Kamran Əsədovun məhkəməsində şahidlər dindirilib
Sabirabadda içərisində 7 şagird olan mikroavtobus aşıb. AzEdu.az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Osmanlı kəndində baş verib.
Peşəkar MÜHASİB sertifikatı imtahanının I mərhələsi keçiriləcək
Diplomlu, amma işsiz: “İşəgötürənlər təhsilə yox, bacarığa baxır”
“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş
69 minlik dələduzluqda ittiham olunan məktəb direktoru Azərbaycana ekstradisiya edildi
Bakıda məktəbdə xuliqanlıq edən şagirdə elektron qolbaq taxıldı
TKTA: 2026-cı ilin I rübündə 10 nəfər peşə sənədi əldə edib
Eşqi Bağırov: İnklüziv təhsilə cəlb ediləcək şagirdlərin sayı 500-ü keçəcək
Bu dəyişiklik repetitorluğu LƏĞV EDƏCƏK
Nazir müavinindən direktorlara: "Müəllim əməyinə dəyər verilsin"
Qəbələdə "açıq dərs"lərin keyfiyyəti müzakirə olunub
Gəncə-Daşkəsən regionunda müəllimlər üçün USTAD dərslərinə başlanıldı

İxtisas qrupları tənqid olundu - “dünyada belə sistem yoxdur”

İxtisas qrupları tənqid olundu - “dünyada belə sistem yoxdur”
"Abituriyent əvvəlcə qrup seçir və yalnız bundan sonra, şansı olarsa, arzuladığı ixtisasa qəbul olur. Halbuki dünyanın əksər ölkələrində qəbul bu cür qruplarla məhdudlaşdırılmır".

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli qeyd edib.

"Ümumiyyətlə, Azərbaycan təhsil modelinə görə 11 illik təhsil sistemində şagird bütün fənlər üzrə kifayət qədər bilikli, bacarıqlı və məlumatlı olmalıdır. Bu isə onun gələcəkdə ali təhsil müəssisəsində özünü sübut etməsi üçün çox vacibdir. Amma gəlin görək, bizdə bu fənlər üzrə ali təhsil müəssisəsində seçim imkanları varmı? Təbii ki, yoxdur. Niyə? Ona görə ki, bizdə bütün ixtisaslar yalnız qruplar üzrə müəyyənləşir.

Yəni ali təhsil müəssisəsinə sənəd verən hər bir abituriyent əvvəlcə öz qrupunu seçməlidir və yalnız bundan sonra, əgər şansı olsa, arzuladığı ixtisasa qəbul ola bilər. “Şansı olsa” deməkdə məqsəd odur ki, heç bir yerdə, dünyanın əksər ölkələrində ali təhsil müəssisələrinə qəbul zamanı ixtisaslar qruplar üzrə bu şəkildə məhdudlaşdırılmır.

Bizdə isə sistem elə qurulub ki, seçim birbaşa ixtisas üzrə deyil, əvvəlcədən müəyyən edilmiş qruplar üzrə aparılır. Beləliklə, biz qəbul sistemini beş qrupa bölmüşük".

Ali təhsil müəssisələrinə qəbul zamanı şagirdlərin yalnız imtahan nəticələrinə deyil, təhsil müddətində əldə etdikləri nailiyyətlərə də əsaslanaraq seçim imkanı yaradılsın:

"Digər tərəfdən, ümumtəhsil məktəblərindən məzun olan şagirdlər məntiq fənnini ayrıca tədris etmədikləri halda, kifayət qədər məntiqi yüklü suallarla qarşılaşırlar. Bu isə onlara əlavə vaxt itkisinə səbəb olur. Məsələn, Azərbaycan dili fənni üzrə açıq tipli sualların əksəriyyəti məhz məntiqə əsaslandığından, şagirdlər bu sualların üzərində daha çox düşünməli olurlar və nəticədə əlavə vaxt sərf edirlər.

Başqa bir məsələ isə ondan ibarətdir ki, bu gün buraxılış imtahanları ali təhsil müəssisələrinə qəbul üçün əsasən yalnız 11-ci sinif üzrə nəzərdə tutulur. 9-cu sinif buraxılış imtahanları isə, əsasən kollec seçənlər üçün nəzərdə tutulduğundan, digər şagirdlər üçün ciddi əhəmiyyət daşımır.

Buna görə də qəbul sistemində belə bir dəyişiklik edilməsi daha məqsədəuyğun olardı: ali təhsil müəssisələrinə qəbul zamanı şagirdlərin yalnız imtahan nəticələrinə deyil, ümumtəhsil məktəblərindəki ümumi göstəricilərinə və təhsil müddətində əldə etdikləri nailiyyətlərə də əsaslanaraq seçim imkanı yaradılsın.

Dünya praktikasında, xüsusilə Avropa ölkələrində bu sistem mövcuddur: əgər bir şəxs nümunəvi şəkildə təhsil alıb, ümumtəhsil məktəbini uğurla bitirirsə, o, ali təhsil müəssisəsinə qəbul olmaq imkanını daha asan şəkildə əldə edir. Belə hallarda əlavə blok imtahanlarına ehtiyac azalır və ya ümumiyyətlə olmur".

Ümumilikdə təhsil sisteminə yenidən baxılması, xüsusilə qəbul qaydalarında ciddi dəyişikliklərin aparılması zəruridir:

"Ali təhsil müəssisələrində, xüsusilə bakalavr səviyyəsində məntiq fənni bir çox hallarda ya ümumiyyətlə tədris olunmur, ya da kifayət qədər zəif şəkildə keçirilir. Buna baxmayaraq, bakalavr təhsilini başa vurmuş tələbələr növbəti mərhələ olan magistratura səviyyəsinə qəbul zamanı məntiq üzrə imtahan verməli olurlar. Bu isə məntiq bazası zəif olan tələbələr üçün əlavə çətinlik yaradır.

Buna görə də ümumilikdə təhsil sisteminə yenidən baxılması, xüsusilə qəbul qaydalarında ciddi dəyişikliklərin aparılması zəruridir. Belə ki, ali təhsil müəssisələrinə qəbul prosesində bəzi səlahiyyətlər birbaşa universitetlərin özünə də verilə bilər. Məsələn, ümumtəhsil məktəbini yüksək nəticələrlə bitirən şagirdlərin universitetlər tərəfindən təqaüd və ya xüsusi proqramlar vasitəsilə seçilməsi imkanı yaradıla bilər.

Necə ki, hazırda SAT imtahanı ilə qəbul olunan şagirdlər bir çox Avropa ölkələrində universitetlər tərəfindən xüsusi təqaüd təklifləri ilə cəlb edilirlər, eyni imkanların bizim universitetlərə də verilməsi məqsədəuyğun olardı".

Oxşar xəbərlər

Bütün xəbərlər