LDU-da “Fibonacci” İntellektual oyunu keçirilib
Lənkəran Dövlət Universitetində LDU-da Həmkarlar İttifaqı Komitəsinin maliyyə dəstəyi və LDU Tələbə Həmkarlar İttifaqı komitəsinin təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “ Fibonacci” intellektual oyunu keçirilib.
AzEdu.az xəbər verir ki, tələbələrə həmin dövrun əhəmiyyətini çatdırmaq, onların türkoloji irsə marağını artırmaq və milli kimlik şüurunu gücləndirmək məqsədi ilə keçirilən yarışda Lənkəran Dövlət Univeristeti ilə yanaşı, universitetin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecin tələbələri də iştirak ediblər.
Ümümlikdə yarışa 26 komanda qatılıb. Yarışın nəticələrinə əsasən ilk 3 yeri tutan komandalar diplom, medal və kubokla təltif olunublar.


























