Xəbər lentiwidget-title-icon

Biləsuvarda məktəblərin birləşdirilməsi ciddi narazılıq yaratdı
DİM-də təlim: “Ünsiyyət bacarıqlarının inkişafı”
Məhkəmə Eşqi Bağırova 1 ay vaxt verdi
Bağça müəllimlərinin yerdəyişməsi başlayır
Diplomun rəngi tarix olur - “Tələbələrin motivasiyası sarsıla bilər”
Birinci sinfə qəbulun vaxtı UZADILDI
Şəki liseyində rekord nəticə: bir sinfin bütün şagirdləri müsabiqədə UĞUR QAZANDI
Bakı Təhsil İdarəsində yeni müavinlər - Kollektivə təqdim olundular
Müəllimləri təhdid edirlər? Bu zorakılığın səbəbi...
Təhsil məmurları “Rektorlar Forumu”ndan nə öyrənəcəklər?
Müəllimləri təhdid edirlər? Bu zorakılığın səbəbi...
Universitetdə imtahanlar ləğv edildi-TƏCİLİ
Qazaxıstan və Azərbaycan ali məktəblərinin II Rektorlar Forumu keçirilib
"BilBacar"ın IV “Yarış” mərhələsinə start verilib
Emin Əmrullayev qazaxıstanlı həmkarı ilə görüşüb
UNEC-də qızların elmə marağının artırılması üçün yeni layihə hazırlanır
LDU-da “Fibonacci” İntellektual oyunu keçirilib
Növbəti sertifikasiyada riskli qrup: ən çox kəsiləcək MÜƏLLİMLƏR
DİM mübahisəli sualla bağlı açıqlama yaydı - Foto dim-mubahiseli-sualla-bagli-aciqlama-yaydi
SUMQAYITDA "TƏHSİL MAFİYASI": 23 SAYLI MƏKTƏBDƏ SAXTA JURNALLAR VƏ ŞAGİRD ALVERİ İFŞA OLUNDU!
ŞƏFQƏTİN NURUNDA
Sabirabadda Təhsil "Mafiyası": Direktor Murad Dəmirovun Qanunsuzluqlarına Kim "Yaşıl İşıq" Yandırır? FOTOFAKT
PIRLS 2026 ilə bağlı görüş təşkil olunub
Orta məktəbdə direktor xadimə ilə dalaşdı
DİM TKT imtahanına qeydiyyat elan edir

ADNSU-da QALMAQAL: Nə baş verir? - Yeni rektorun...

Fevralın 3-də təyinatından bir il ötən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizovdan və onun ali məktəbin rəhbərliyinə gətirdiyi yeni komandadan ciddi narazılıqlar var.

"DİA-AZ" xatırladır ki, dosent R. Əzizov daha əvvəl Sumqayıt Dövlət Universitetinin rektoru olub və apardığı islahatlarla tanınıb. Onun rektor olduğu dövrdə bu universitetdə tüğyan edən rüşvətxorluq və digər neqativ hallar kəskin azalıb.

Elm və təhsil naziri Emin Əmrullayev də onu ADNSU kollektivinə təqdim edərkən bu nailiyyətlərini xatırladıb. Nazir onun əldə etdiyi uğurlardan bəhs edərək, Rüfət Əzizovun ADNSU-ya rəhbərliyi dövründə istər tədris, istərsə də elm sahəsində ciddi nailiyyətlər əldə olunacağına əminliyini vurğulayıb.

Rektor da nazir və kollektiv qarşısında söz verib ki, universitetin daha da inkişaf etdirilməsi istiqamətində çalışacaq və dövlət başçısının etimadını doğruldacaq.

Heç şübhəsiz, müsbət imici ilə ad qazanmış Rüfət Əzizovun rektor təyinatı uzun müddət bərbad idarəçilikdən doğan problemlərdən əziyyət çəkən ADNSU kollektivini də sevindirib. Çünki rektor əvəzi, dosent Vazeh Əsgərovun “dövründə” universitetin müəllim-professor heyəti yerli medianın gündəmindən düşmürdü. Qanunsuzluq və ədalətsizliklə bağlı şikayətlərin ardı-arası kəsilmirdi.

Görünür, məhz buna görə V. Əsgərovun rektor olmaq arzusu baş tutmadı. O, hazırda ADNSU-nun strateji məsələlər üzrə prorektorudur. Yeri gəlmişkən, universitetin strateji məsələlərinin əhatə dairəsi açıqlansa, ictimaiyyət Vazeh müəllimin böyük məsuliyyət yükünün mahiyyətini anlayardı.

Nə qədər qəribə də olsa, universitetdən “AzPolitika”ya verilən məlumatlar yeni rektorun da sələfinin yolunu davam etdirdiyi barədə təsəvvür yaradır. R. Əzizovun təyinatından sevinənlər indi məyusluq içərisindədirlər, çünki onların işi və karyerası təhlükə altındadır.

Məlumat verən mənbə bildirir ki, cənab Əzizovun "komandası” dekan və kafedra müdirlərini sıxışdıraraq vəzifədən çıxarır, onların yerinə isə öz “adamlarını” təyin etdirir.

Qeyd olunur ki, yeni komandanın əsas tələbi ingilis dilini bilməkdir.

“Ağzına gələni danış, amma ingiliscə! Tələb budur. Müəllimləri çox sıxışdırırlar, fikirlərini nəzərə almırlar, hərədə bir "səhv" tuturlar, tez-tez izahat yazdırırlar. ‘Köhnə kadrsan’, ‘səninlə işləmək istəmirəm’, ‘biz varıq, qalan heç kimdir’, – deyirlər”, – deyə mənbə şikayətlənir.

Məlumatda daha sonra qeyd olunur ki, yeni rəhbərliyin professorlara da münasibəti yaxşı deyil. Son zamanlar hərəsinə bir bəhanə ilə 6 professor həm işdən, həm də vəzifədən çıxarılıb.

Mənbə vurğulayıb ki, rektorun humanitar məsələlər üzrə müşaviri Nəsibə xanım və İnsan resursları şöbəsinin rəhbəri Günay xanım universitetin kadr heyətinə qarşı təzyiqlərdə xüsusi rola malikdirlər. Şöbə müdirinin aldığı maaş isə professorların maaşından 2 dəfə, dosentlərin maaşından 2.5 dəfə çoxdur...

Rüfət Əzizovun fəaliyyətindən narazı olan professor-müəllim heyəti onun kollektivə təqdimatı zamanı nazir Emin Əmrullayevin qarşısında verdiyi sözləri xatırladaraq, vədləri ilə əməllərinin uyğun gəlməməsindən təəssüfləndiklərini vurğulayırlar.

Oxşar xəbərlər

Bütün xəbərlər