Xəbər lentiwidget-title-icon

Biləsuvarda məktəblərin birləşdirilməsi ciddi narazılıq yaratdı
DİM-də təlim: “Ünsiyyət bacarıqlarının inkişafı”
Məhkəmə Eşqi Bağırova 1 ay vaxt verdi
Bağça müəllimlərinin yerdəyişməsi başlayır
Diplomun rəngi tarix olur - “Tələbələrin motivasiyası sarsıla bilər”
Birinci sinfə qəbulun vaxtı UZADILDI
Şəki liseyində rekord nəticə: bir sinfin bütün şagirdləri müsabiqədə UĞUR QAZANDI
Bakı Təhsil İdarəsində yeni müavinlər - Kollektivə təqdim olundular
Müəllimləri təhdid edirlər? Bu zorakılığın səbəbi...
Təhsil məmurları “Rektorlar Forumu”ndan nə öyrənəcəklər?
Müəllimləri təhdid edirlər? Bu zorakılığın səbəbi...
Universitetdə imtahanlar ləğv edildi-TƏCİLİ
Qazaxıstan və Azərbaycan ali məktəblərinin II Rektorlar Forumu keçirilib
"BilBacar"ın IV “Yarış” mərhələsinə start verilib
Emin Əmrullayev qazaxıstanlı həmkarı ilə görüşüb
UNEC-də qızların elmə marağının artırılması üçün yeni layihə hazırlanır
LDU-da “Fibonacci” İntellektual oyunu keçirilib
Növbəti sertifikasiyada riskli qrup: ən çox kəsiləcək MÜƏLLİMLƏR
DİM mübahisəli sualla bağlı açıqlama yaydı - Foto dim-mubahiseli-sualla-bagli-aciqlama-yaydi
SUMQAYITDA "TƏHSİL MAFİYASI": 23 SAYLI MƏKTƏBDƏ SAXTA JURNALLAR VƏ ŞAGİRD ALVERİ İFŞA OLUNDU!
ŞƏFQƏTİN NURUNDA
Sabirabadda Təhsil "Mafiyası": Direktor Murad Dəmirovun Qanunsuzluqlarına Kim "Yaşıl İşıq" Yandırır? FOTOFAKT
PIRLS 2026 ilə bağlı görüş təşkil olunub
Orta məktəbdə direktor xadimə ilə dalaşdı
DİM TKT imtahanına qeydiyyat elan edir

Universitetin maliyyə səhvlərinə görə tələbələr cavabdeh deyil - RƏSMİ

Dövlət sifarişi əsasında təhsil alan tələbələrdən hər hansı formada ödəniş tələb olunması qanunvericiliyə ziddir.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, belə tələbələrin təhsil xərcləri dövlət büdcəsi hesabına qarşılanır və bununla bağlı hər hansı maliyyə yükü tələbənin üzərinə qoyula bilməz.

Bu baxımdan, təhsil müəssisəsinin özəl statusu dövlət sifarişi əsasında qəbul olunmuş tələbələrin maliyyələşdirilməsi ilə bağlı dövlət tərəfindən müəyyən edilmiş hüquqi rejimi dəyişmir. Təhsil müəssisəsinin daxili maliyyə planlaşdırması, ayrılmış vəsaitin idarə olunması, yaxud ilin sonuna istifadə olunmamış vəsaitlə bağlı yaranmış hallar tələbələr üçün əlavə öhdəlik yaratmır. Universitet tərəfindən maliyyə məsələlərinin düzgün tənzimlənməməsinin nəticəsinə görə tələbə cavabdeh deyil.

Məsələ ilə bağlı aidiyyəti ali təhsil müəssisəsinin müraciətinə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılıb və rəsmi qaydada cavab verilib. Bildirilib ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.5-ci maddəsinə əsasən, ilin sonunda istifadə olunmamış və vahid xəzinə hesabına köçürülmüş vəsaitin geri qaytarılması Elm və Təhsil Nazirliyinin səlahiyyətləri çərçivəsində mümkün deyil.

Qeyd edək ki, Qərbi Kaspi Universitetində dövlət sifarişi ilə təhsil alan tələbələrdən hər birindən 375 AZN məbləğində əlavə ödəniş tələb edildiyi barədə məlumatlar yayılıb.

Belə ki, bəzi tələbələrin sözlərinə görə, dövlət sifarişi əsasında təhsil almalarına baxmayaraq universitet rəhbərliyi onlardan hər birindən 375 AZN tələb edir. Rəhbərlik bu ödənişi dövlət tərəfindən təhsil haqqının tam ödənilməməsi ilə əsaslandırır.

Oxşar xəbərlər

Bütün xəbərlər