Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

​1,1 Milyonluq "Təhlükə": MÜTDA-nın Sükutu və "Görünməz" Himayədarların Kölgəsi

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) bütün ifşaedici faktlara rəğmən "Baku Rent Service" (BRS) ilə yenidən milyonluq müqavilə imzalaması artıq sadə bir "tender udmaq" məsələsi deyil. Bu, həm hüquqi, həm də etik müstəvidə ciddi təhlil tələb edən bir idarəçilik rüsvayçılığıdır.

​Bir neçə ay öncə tehsilmedia.info olaraq BRS şirkətinin qanunsuzluqlarını, 75 yaşlı sürücüləri və çatışmayan avtobus sayını (24 avtobusdan 16 avtobus işləyir, 8 avtobus çatışmır) ictimailəşdirdik. Lakin bu gün şahid oluruq ki, dövlət qurumları bu faktları araşdırmaq əvəzinə, həmin şirkətə yenidən 1,1 milyon manatlıq etimad göstərirlər. Bu "etimadın" arxasında nə dayanır: Uşaqların təhlükəsizliyimi, yoxsa kimlərinsə şəxsi maraqları?

​Dövlət satınalmaları haqqında qanuna görə, xidmətindən kütləvi şikayət olan və öhdəliklərini icra etməyən şirkətlə yenidən müqavilə bağlamaq qeyri-mümkündür. Əgər MÜTDA bu addımı atırsa, deməli qanunlar işləmir

Şirkətin 24 avtobus əvəzinə 16 avtobus çıxarması, sürücülərin sənədsiz işləməsi rəsmən görməzdən gəlinir.
​tehsilmedia.info olaraq AYNA, MÜTDA, Etn-ə sorğu məktubu göndərsək də, rəsmi sorğulara cavab verilməmişdir. Bu qənaətə gəlmək olar ki, onların susması informasiya blokadası yaratmaq və "vaxt qazanmaq" cəhdidir. Bu, İnformasiya əldə etmək haqqında Qanunun birbaşa tapdanmasıdır.

​Mətbuatda və ictimaiyyətdə bu qanunsuzluqların başında Elm və Təhsil nazirinin müavini Firudin Qurbanovun dayandığına dair ciddi iddialar səsləndirilir. Əgər bu məlumatlar doğrudursa, vəziyyət daha da acınacaqlıdır. Nazir müavini səviyyəsində bir şəxsin adı uşaqların həyatı bahasına qazanc əldə edən bir şirkətlə hallanırsa, bu, təhsil sistemindəki islahatların sadəcə "vitrin" olduğunu göstərir.

​Firudin Qurbanov rəsmi tədbirlərdə uşaq hüquqlarından, "gələcəyimiz olan gənclərdən" bəhs edərkən, onun himayəsində olduğu iddia edilən BRS şirkəti həmin uşaqları antisanitar, tıxac və təhlükəli şəraitdə daşıyır. Bu, tam bir idarəçilik riyakarlığıdır.

​Bu gün imzalanan 1,1 milyonluq müqavilə sadəcə bir kağız parçası deyil, sabah baş verə biləcək hər hansı qəzanın, bədbəxt hadisənin sığortasızlığıdır.

Nazirlik niyə susur? Nazir müavini haqqında iddialara niyə rəsmi aydınlıq gətirilmir?
​MÜTDA-nın marağı nədir? Niyə daha keyfiyyətli xidmət təklif edən şirkətlər kənarlaşdırılaraq, BRS-in qanunsuz fəaliyyəti "milyonlarla" mükafatlandırılır?

​tehsilmedia.info olaraq bildiririk: 1,1 milyon manat uşaqlarımızın həyatını qumara qoymaq üçün deyil, onlara xidmət etmək üçün ayrılıb. Əgər Firudin Qurbanov və ya digər yüksək rütbəli məmurlar bu prosesdə iştirak edirlərsə, bilməlidirlər ki, bu, sadəcə inzibati xəta deyil, dövlətə və xalqa xəyanətdir.

Oxşar xəbərlər

Bütün xəbərlər