Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

“Yeniyetmələrin müəllimləri təhqir etməsi adi hala çevrilib” - Psixoloq




Son günlər yeniyetmələr arasında narahatedici və düşündürücü bir tendensiya müşahidə olunur. Yaxın vaxtlarda 15 yaşlı bir qız atasının anasına qarşı zorakılıq etdiyini əsas gətirərək onu bıçaqlayıb. Bu hadisədən sonra oxşar xarakterli hallar və iddiaların artması cəmiyyətdə ciddi narahatlıq doğurur.

Müxtəlif mənbələrdə səsləndirilən məlumatlara görə, bəzi yeniyetmələrin zorakılığa əl atmasının arxasında ailədaxili münasibətlər, valideynlər arasında yaşanan gərginlik və emosional problemlər dayanır.

Valideynlər arasındakı münasibətlər bir çox hallarda övladların psixoloji vəziyyətinə birbaşa təsir göstərir və bəzi hallarda onları zorakılığa, hətta cinayət törətməyə qədər aparıb çıxara bilir.

Bütün bunlar fonunda belə bir sual yaranır: bu mövzu ilə bağlı nə demək olar? Valideynlərə və yeniyetmələrə hansı tövsiyələr, hansı çıxış yolları təklif edilə bilər?

AzEdu.az-a mövzu ilə bağlı psixoloq Gülnar Orucova danışıb.

O, qeyd edib ki, məktəblər çox zaman “məktəbin adına xələl gəlməsin” düşüncəsi ilə problemi ört-basdır edir:

"Son dövrün yeniyetmələri illər əvvəlki yeniyetmələrdən xeyli fərqlənir. Bu fərq təkcə xarici görünüşdə, geyim tərzində deyil, eyni zamanda davranışlarında da açıq şəkildə hiss olunur. Əvvəllər yeniyetmələr tənqid və ya tənbeh olunarkən buna normal yanaşır, səhvlərini düzəltməyə çalışırdılar. Bu gün isə müəllim tərəfindən edilən tənqid bəzən aqressiya ilə qarşılanır, hətta müəllimə hücum halları müşahidə olunur. Son dövrlərdə baş verən və müəllimə qarşı silah işlədilən hadisə də bunun bariz nümunəsidir.

Əslində bu cür halların səbəblərini bir neçə istiqamətdə axtarmaq lazımdır: ailədə, məktəbdə və yeniyetmənin özündə. İlk növbədə ailə məsələsinə diqqət yetirməliyik. Əgər ailədə problemli bir uşaq varsa, bu problemi gizlətmək əvəzinə psixoloqa müraciət edilməli və çıxış yolu axtarılmalıdır. Bu gün Azərbaycanda kifayət qədər pulsuz psixoloji xidmət göstərən müəssisələr mövcuddur və valideynlər bu imkanlardan yararlana bilərlər.

Digər tərəfdən, məktəblərin mövqeyi də ciddi rol oynayır. Bir çox hallarda məktəb problemin mövcud olduğunu bildiyi halda onu gizlətməyə üstünlük verir. Halbuki bu sahə üzrə müvafiq inspektorlar var və çətin tərbiyə olunan uşaqlarla bağlı tədbirlər görülə bilər. Məktəblər isə çox zaman “məktəbin adına xələl gəlməsin” düşüncəsi ilə problemi ört-basdır edir. Əslində isə görülən tədbirlər digər şagirdlər üçün də nümunə olar və bu cür davranışların yolverilməz olduğu mesajı verər".

Bu gün yeniyetmələrin müəllimləri asanlıqla təhqir etməsi adi hala çevrilib:

"Fikir bildirmək, etiraz etmək mümkündür, lakin bu, hörmətsizlik və zorakılıq formasında olmamalıdır. Təəssüf ki, bəzi hallarda bu təhqirlər fiziki qarşıdurmaya, bıçaqlanma və digər ağır hadisələrə qədər gedib çıxır.

Burada valideyn məsuliyyəti də xüsusi qeyd olunmalıdır. Bir çox valideyn övladına sevgi, diqqət və nəzarət göstərmək əvəzinə, yalnız bahalı geyimlər, telefonlar almaqla kifayətlənir. Saatlarla işləyib pul qazanırlar, amma həmin pulun övladın psixoloji və mənəvi inkişafına necə təsir etdiyini düşünmürlər. Telefon alınırsa, ona nəzarət də edilməlidir.

Ən vacib məqamlardan biri isə toplum psixologiyasıdır. Keçmişdə ata-anasını öldürən uşaqlar barədə demək olar ki, eşitmirdik. Bu cür hadisələr nə vaxtdan yayılmağa başladı? Sosial şəbəkələrdə, internet saytlarında bu tip xəbərlərin artması ilə. Toplum psixologiyası anlayışı var və bu məlumatlar yeniyetməyə “mən də edə bilərəm” düşüncəsini aşılayır. Məhz bu fikir də yeniyetməni cinayətə sürükləyə bilir".

Əvvəllər azyaşlılarda depressiya halları da bu qədər geniş yayılmamışdı:

"Daha çox yüngül etiraz formaları müşahidə olunurdu. Bu gün isə vəziyyət elə bir həddə çatıb ki, valideynlər övladlarına düzgün yanaşma göstərmir, müalicə və dəstək yollarını axtarmır. Məktəblər problemli yeniyetmələri bildirməkdən çəkinir və nəticədə bu cür ağır problemlər ortaya çıxır.

Amma aqressiya, əslində, insanın daxilində kin, nifrət kimi duyğuların formalaşması nəticəsində ortaya çıxır. Bu duyğular zamanla yığılır və aqressiv davranışa çevrilir. Aqressiya dağıdıcı gücə malikdir. Bəzi insanlar aqressiv olduqda qışqırır, kobud sözlərdən istifadə edir, vurur, sındırır və dağıdır. Bəziləri isə aqressiyanı daha ağır formada göstərərək cinayətə qədər gedib çıxır.

Yəni aqressiyanın bu həddə çatması mərhələli şəkildə baş verir. Bu proses bir-iki günə yox, müəyyən zaman ərzində formalaşır. Məhz həmin müddət ərzində valideynlər və məktəblər diqqətli olmalı, bu dəyişiklikləri izləməli və vaxtında müdaxilə etməlidirlər.

Aqressiya ailədə formalaşır. Düzdür, cəmiyyət və ətraf mühit də təsir göstərə bilər, amma ən çox ailə mühiti bu davranışların yaranmasına təsir edir. Uşaq gördüyünü götürür və öyrənir. Əgər uşaq görürsə ki, evdə ata anasını döyür, ya da ailədə davamlı mübahisə və şiddət mövcuddur, bu davranışı sonradan cəmiyyətə də daşıya bilər.

Valideynlərə tövsiyəm odur ki, problemli uşaq olduqda mütləq psixoloqa müraciət etsinlər və açıq şəkildə desinlər: “Mənim övladımda problem var". Yəni valideynlər övladının cinayət xarakterli davranışlarını gizlədirsə, bu gələcəkdə həmin problem uşaqdan valideynə də yönələ bilər".

Oxşar xəbərlər


Bütün xəbərlər

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb