Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

İctimai şura: Dərsliklərin tam rəqəmsallaşdırılması riskli ola bilər

Azərbaycanda orta məktəb dərsliklərinin rəqəmsallaşdırılması təklif olunur.

Bu təkliflə Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin Elm və Təhsil Komitəsinin bu gün keçirilən iclasında çıxış edib. Onun sözlərinə görə, rəqəmsallaşdırma dərsliklərdə səhvlər olduğu halda düzəldilməsini asanlaşdıracaq.

Bu halda sual yaranır ki, məktəb dərsliklərinin rəqəmsallaşdırılmasının hansı müsbət və mənfiləri var? Ümumiyyətlə, rəqəmsallaşdırma çap dərsliklərini tam əvəz etməlidirmi, yoxsa paralel tətbiq olunması daha düzgün yanaşma olar?

AzEdu.az-a mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova danışıb. O, qeyd edib ki, məsələ dərsliyin formatında deyil, onun məzmununda və keyfiyyətindədir:

"Orta məktəb dərsliklərinin rəqəmsallaşdırılması bu gün dünyanın bir çox ölkəsində müzakirə olunan və mərhələli şəkildə tətbiq edilən bir prosesdir. Bu yanaşmanın əsas üstünlüyü ondan ibarətdir ki, rəqəmsal dərsliklər daha çevikdir və mövcud məzmunlarda hər hansı fakt səhvi, termin uyğunsuzluğu və ya metodik boşluq yarandıqda, onların qısa müddətdə düzəldilməsi mümkündür. Bu, xüsusilə elm, texnologiya və sürətlə yenilənən sahələr üzrə dərsliklər üçün mühüm üstünlük hesab olunur.

Rəqəmsal format eyni zamanda təhsildə inklüzivliyi artırır. Görmə məhdudiyyətli şagirdlər üçün mətnin böyüdülməsi, audio materialların əlavə olunması, videolar və interaktiv tapşırıqlar vasitəsilə şagirdlərin fərdi öyrənmə tempinə uyğunlaşmaq daha asan olur. Beynəlxalq təcrübədə, xüsusilə Finlandiya və Cənubi Koreya kimi ölkələrdə rəqəmsal dərsliklər əsasən çap dərsliklərini əvəz etmək üçün deyil, onları tamamlayan və müəllimin işini zənginləşdirən resurs kimi tətbiq olunur. Bu ölkələrdə əsas diqqət texnologiyanın pedaqoji məqsədlərə xidmət etməsinə yönəlib".

Çap dərsliklərinin tamamilə ləğv olunması hazırkı mərhələdə məqsədəuyğun görünmür:

"Digər tərəfdən, rəqəmsallaşdırma ilə bağlı risklər də gözardı edilməməlidir. Ən ciddi problemlərdən biri bütün şagirdlərin eyni səviyyədə texniki imkanlara malik olmamasıdır. Planşet, kompüter və stabil internetə çıxış imkanları arasında fərqlər yaranarsa, bu, təhsildə yeni bərabərsizlik forması yarada bilər. Bundan əlavə, uzun müddət ekran qarşısında qalmaq xüsusilə ibtidai və aşağı sinif şagirdlərində diqqət dağınıqlığı, göz yorğunluğu və oxu vərdişlərinin zəifləməsi kimi problemlərə səbəb ola bilər. Bir sıra beynəlxalq araşdırmalar da göstərir ki, erkən yaşlarda kağız üzərində oxu mətnin daha yaxşı qavranılmasına və yadda saxlanmasına müsbət təsir edir.

Bu baxımdan, çap dərsliklərinin tamamilə ləğv olunması hazırkı mərhələdə məqsədəuyğun görünmür. Daha doğru yanaşma rəqəmsal və çap dərsliklərinin paralel tətbiqidir. İbtidai və aşağı siniflərdə çap dərslikləri əsas vasitə kimi saxlanılmalı, rəqəmsal materiallar isə əlavə və dəstəkləyici resurs rolunu oynamalıdır. Yuxarı siniflərdə isə rəqəmsal məzmunun payı mərhələli şəkildə artırıla bilər.

Nəticə etibarilə, məsələ dərsliyin formatında deyil, onun məzmununda və keyfiyyətindədir. Texnologiya təhsilin məqsədi yox, alətidir. Düşünülmüş, mərhələli və inklüziv şəkildə tətbiq edildiyi halda rəqəmsallaşdırma təhsilə real töhfə verə bilər. Əks halda isə gözlənilən fayda əvəzinə yeni problemlər yarada bilər".

Oxşar xəbərlər

Bütün xəbərlər