Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

​Rəqəmsal BSQ: Müasirləşmə, yoxsa Şagird və Müəllim üçün Psixoloji Sınaq?

​Azərbaycan təhsil sistemində rəqəmsallaşma istiqamətində atılan addımlar ideya olaraq nə qədər müasir görünsə də, son günlərdə keçirilən rəqəmsal Böyük Summativ Qiymətləndirmələr (BSQ) acı bir reallığı üzə çıxardı: Sistem ideyaya hazır deyil. Şagirdlərin göz yaşları, müəllimlərin tükənmişliyi və valideynlərin haqlı narazılığı fonunda keçirilən bu proses "qiymətləndirmə" məqsədindən uzaqlaşaraq, bir "xaos" mənzərəsinə çevrilib.

tehsilmedia.info qeyd edir ki, ​qiymətləndirmənin ən fundamental prinsipi obyektivlik və elmi dürüstlükdür. Lakin qarşılaşdığımız mənzərə budur: 32 sualdan ibarət test blokunda çoxsaylı texniki səhvlər, eyni cavabın iki variantda
verilməsi və yaş xüsusiyyətlərinin nəzərə alınmaması.

Sinif səviyyəsinin uyğunsuzluğu: 5–11-ci sinif səviyyəsində olan dinləmə mətnlərinin 4-cü sinif şagirdinə təqdim edilməsi hansı pedaqoji məntiqə sığır?

Proqramdan kənar mövzular: Dərsliklərdə toxunulmayan arqumentativ yazı tapşırıqlarının imtahana salınması şagirddən bilik yox, "olmayanı tapmaq" bacarığı tələb edir.

Məxfilik və Ədalət Prinsipinin İtirilməsi
​İmtahanın keçirilməsinə saatlar qalmış sualların müxtəlif qruplarda "dolaşması", bəzi şagirdlərin nəzarətsizlikdən istifadə edərək "Google" vasitəsilə cavabları tapması prosesin şəffaflığına böyük zərbə vurur. Əgər bir imtahanın məxfiliyi qorunmursa, orada hansı sağlam rəqabətdən və real bilik səviyyəsindən danışmaq olar? Bu, dürüst çalışan şagirdin əməyinə və psixologiyasına qarşı edilən ən böyük haqsızlıqdır.

​Texniki Baza və Təşkilati Xaos
​Məktəblərdə texniki təminatın və internet sürətinin yetərsizliyi rəqəmsal imtahanın "kağız üzərində" qalmasına səbəb olur.

Kompüter çatışmazlığı səbəbindən imtahan vaxtlarının dəfələrlə dəyişdirilməsi;
​Xəstə uşaqların "ya gəl, ya da bahalı arayış gətir" təzyiqi ilə imtahana məcbur edilməsi;
​Rəqəmsal bacarıqları formalaşmamış şagirdlərdən yüksək texnoloji performans tələb olunması.

​Sistemi müəllim qurmayıb, sualları müəllim tərtib etməyib, texniki təminatı müəllim həll etməyib. Amma günün sonunda valideynlə üz-üzə qalan, hər bir texniki nasazlığa görə günahlandırılan və prosesin bütün ağırlığını çiyinlərində daşıyan yenə müəllim olur. Bu, nə pedaqoji yanaşmadır, nə də insafdır.

Oxşar xəbərlər

Bütün xəbərlər