Xəbər lentiwidget-title-icon

Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Paytaxt məktəbliləri zona birinciliyində QALİB olublar
Əlavə təhsil üzrə sənəd qəbulu başlayır

İlham Əliyev beynəlxalq sülh mükafatına layiq görülüb

Birləşmiş Ərəb Əmirliklərinin təşkil etdiyi Zayed İnsan Qardaşlığı Mükafatının qalibləri müəyyən olub.

Modern.az-a istinadən xəbər verir ki, 2026-cı ilin qalibləri arasında Azərbaycan və Ermənistan liderləri də yer alır.

Təşkilat buna səbəb kimi Azərbaycanla Ermənistan arasında 8 avqust tarixli Vaşinqton görüşündə əldə edilən tarixi sülh razılaşmasını göstərib.

Təşkilatın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev mükafata görə, minnətdarlığını bildirərək, Cənubi Qafqazda və dünyada sülhün bərqərar olması səylərinin yüksək qiymətləndirildiyini qeyd edib. Prezident İlham Əliyev mükafatın Şeyx Zayed bin Sultan Əl-Nəhyanın adını daşımasının, həmçinin Papa Fransisk və Əl-Əzhərin Böyük İmamı Əhməd Əl-Tayebin dəstəyinin bu tanınmanı “ikiqat şərəf”ə çevirdiyini vurğulayıb.

Xatırladaq ki, 2026-cı ilin laureatları müstəqil qlobal münsiflər heyəti tərəfindən seçilib. Komitədə Avropa Şurasının keçmiş prezidenti və Belçikanın keçmiş baş naziri Şarl Mişel, Afrika İttifaqı Komissiyasının keçmiş sədri və Çadın keçmiş baş naziri Musa Faki Məhəmməd, UNICEF-in icraçı direktoru Ketrin Rassel, Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva, Müqəddəs Taxt-tac Dikasteri prefekti Kardinal Xose Tolentino de Mendonsa və Zayed Mükafatının baş katibi Hakim Məhəmməd Əbdülsəlam yer alıb.

Komitənin baş katibi Hakim Məhəmməd Əbdülsəlam bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi qlobal barışın inkişafında mühüm mərhələdir və Qafqazda onilliklərdir davam edən gərginliyin səhifəsini açaraq hər iki xalq üçün daha təhlükəsiz gələcək naminə möhkəm təməl qoyur. UNICEF-in icraçı direktoru Ketrin Rassel isə Zarqa Yaftalinin əfqan qızlarının təhsil hüquqlarının qorunmasındakı yorulmaz səylərini yüksək qiymətləndirib.

2026-cı ilin mükafatlandırma mərasimi 4 fevral 2026-cı ildə, Beynəlxalq İnsan Qardaşlığı Günü ilə eyni vaxtda keçiriləcək. Əbu-Dabi təşkil olunacaq mərasim YouTube vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Zayed İnsan Qardaşlığı Mükafatı 2019-cu ildən bəri 19 ölkədən 19 laureatı təltif edib. Onlar arasında Papa Fransisk (fəxri), Əl-Əzhərin Böyük İmamı Əhməd Əl-Tayeb (fəxri), BMT Baş Katibi Antonio Quterreş, İordaniya Kralı II Abdullah və Kraliça Rania, Haiti FOKAL, İtalyan Sant’Egidio İcması, Keniyalı sülh qurucusu Şəmsa Abubakar Fadhil, İndoneziya xeyriyyə təşkilatları Nahdlatul Ulama və Muhammadiyah, Misirli ürək cərrahı professor Magdi Yacoub, Çili QHT qurucusu Nelly León Correa, Barbados Baş naziri Mia Amor Mottley də var.

Mükafat, insan qardaşlığı, sülh, təhsil və humanitar dəyərlərə xidmət edən fərdləri və təşkilatları tanıyaraq daha harmonik, şəfqətli və inkluziv bir dünya yaratmaq missiyasını davam etdirir.

Oxşar xəbərlər

Bütün xəbərlər