Xəbər lentiwidget-title-icon

Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır
155 azərbaycanlı dünyanın TOP-10 universitetlərində təhsil alacaq - Nazir müavini
Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI
5000-dən çox müəllim üçün müsahibə mərhələsi başladı
Yenə səhv suallar, yenə müəllimlərin taleyi ilə oynanılmağa davam edir...
1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
"Dədə-baba qaydası ilə direktor təyinatı" !FÖVQƏLMÜDİR QURBAN VERİLİR?
​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!
Təmayül məktəblərdə işləmək istəyən müəllimlərin seçiminə BAŞLANILIR
Bu gün dövlət qulluğuna qəbul imtahanı olacaq
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir
DİM-in beynəlxalq sertifikatlarla bağlı tətbiq etdiyi yanaşma yeni hüquqi suallar doğurur: Attestat və qəbul imtahanları arasındakı fərq niyə araşdırılmır?
ETS: “TOEFL iBT Home Edition nəticələri rəsmidir”. Bəs DİM əlavə qiymətləndirməni hansı qanuna əsasən tətbiq edir?
1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür
IT tələbəsi: 580 balla qəbul olduğum ixtisasa 150 balla başqalarının qəbul olunması HAQSIZLIQDIR. Abituriyentin o balla nə biliyi olacaq?

TƏBİB-də səhv kadr siyasəti: SƏHİYYƏ SİSTEMİNİ İFLİC EDƏN TƏYİNATLAR

Son illər səhiyyə sahəsində aparılan islahatların mərkəzində dayanan TƏBİB-in kadr siyasəti ciddi suallar doğurur. Məqsəd şəffaflıq, peşəkarlıq və xidmət keyfiyyətinin yüksəldilməsi olsa da, reallıqda baş verənlər bunun tam əksini göstərir.
Mediatv.az-ın redaksiyasına daxil olan məlumatlar və apardığımız araşdırmalar göstərir ki, TƏBİB-in tabeliyində olan bir sıra tibb müəssisələrində peşəkarlıq yox, yaxınlıq və loyalıq əsas meyar kimi götürülür. İllərlə bu sahədə çalışan, ixtisaslı və təcrübəli həkimlər kənarda saxlanılır, onların yerinə isə idarəetmə təcrübəsi olmayan, tibblə əlaqəsi zəif şəxslər rəhbər vəzifələrə gətirilir.
Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, bəzi vəzifələrə təyin olunan şəxslərin nə müvafiq ixtisası, nə də sahə üzrə real iş təcrübəsi var. Bu isə təkcə idarəçilik problemi deyil, birbaşa vətəndaşların sağlamlığına yönəlmiş təhlükədir. Çünki səhv qərarlar, düzgün qurulmayan iş prosesi, məsuliyyətsiz yanaşma sonda həkim–pasiyent münasibətlərində gərginlik yaradır və tibbi xidmətin keyfiyyətini aşağı salır.Xüsusilə ayrı-ayrı həkimlərin təhsil və əmək fəaliyyətində müşahidə olunan zaman, məkan və status uyğunsuzluqları bu siyasətin ciddi boşluqlarla müşayiət olunduğunu göstərir.Belələrindən biri də Şamaxı rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyevdir.

Natıq Əliyevin rəsmi tərcümeyi-halında göstərilən təhsil və əmək fəaliyyəti illəri ciddi suallar doğurur. Sənədlərə əsasən, o, 2013–2018-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində, 2018–2022-ci illərdə isə yoluxucu xəstəliklər üzrə rezidentura təhsili alıb.
Eyni zamanda bildirilir ki, Natıq Əliyev:
2019–2020-ci illərdə Türkiyənin *“Kocaeli Üniversitesi Araştırma ve Uygulama Hastanesi”*ndə infeksion xəstəliklər və klinik mikrobiologiya bölməsində,
2020–2022-ci illərdə isə *“Marmara Üniversitesi”*ndə təhsilini davam etdirib.
Buraya qədər sadalananlar artıq özü-özlüyündə sual yaradır:
Rezidentura təhsili Azərbaycanda davam edərkən, eyni vaxtda Türkiyədə iki ayrı universitet və klinikada necə təhsil almaq mümkündür?
Məsələ bununla da bitmir. Daha əvvəl açıqlanan məlumatlara görə, Natıq Əliyev:
2018–2021-ci illərdə Naxçıvan Respublika Gigiyena və Epidemiologiya Mərkəzində həkim-laborant,
2021–2022-ci illərdə həmin qurumda sanitar həkim,
2020–2022-ci illərdə isə Bakı şəhərində yerləşən Mərkəzi Neftçilər Xəstəxanasında həkim-infeksionist kimi çalışıb.
Ortaya açıq-aşkar zaman və məkan uyğunsuzluğu çıxır. Bir şəxs eyni illərdə:
Naxçıvanda dövlət tibb müəssisəsində işləyib,
Bakıda xəstəxanada həkim kimi fəaliyyət göstərib,
Paralel şəkildə Türkiyədə iki ayrı universitetdə təhsil alıb,
Üstəlik Azərbaycanda rezidentura keçib.
Bu necə baş verib?
Natıq Əliyev faktiki olaraq harada olub – Naxçıvanda, Bakıda, yoxsa Türkiyədə?
Onun adı bəzi müəssisələrdə sadəcə ştat cədvəlində saxlanılıbmı?
Yoxsa diplom, rezidentura və iş stajı “kağız üzərində” formalaşdırılıb?
Xüsusilə qeyd edilməlidir ki, söhbət pandemiya dövrünü əhatə edən illərdən gedir. Həmin vaxt infeksionist həkimlərin hər gün fiziki iştirakı, növbələri və real xidməti həyati əhəmiyyət daşıyırdı. Belə bir dövrdə bir həkimin eyni vaxtda üç ölkə, bir neçə şəhər və müxtəlif statuslarda fəaliyyətdə olması inandırıcı görünmür.Mediatv.az-a daxil olan məlumata görə Natiq Əliyevin resdentura təhsili yoxdur.Rezidentura təhsili olmamaq natamam ali təhsil sayılır və belə şəxsin direktor kimi fəaliyyət göstərməsi müvafiq qanunvericiliklə ziddiyət təşkil edir.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi, TƏBİB, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eləcə də ali təhsil və rezidentura üzrə səlahiyyətli qurumlar aydınlıq gətirməlidir:
Bu təhsil və iş dövrləri hansı sənədlərlə təsdiqlənib?
Davamiyyət, ezamiyyət və ya distant əsaslar varmı?
Dövlət büdcəsindən ödənilən əməkhaqları real işə uyğun olubmu?
Cəmiyyət isə haqlı olaraq soruşur:
Bir həkim eyni vaxtda bu qədər yerdədirsə, bəs real məsuliyyəti kim daşıyıb?
Bu həkimlərin işə qəbulu hansı əsaslarla aparılıb?
Rezidentura, xarici təhsil və paralel əmək fəaliyyəti necə uzlaşdırılıb?
TƏBİB bu ziddiyyətləri bilə-biləmi görməzdən gəlib?
Əgər bu suallar cavabsız qalacaqsa, deməli problem təkcə ayrı-ayrı şəxslərdə yox, TƏBİB-in səhv və məsuliyyətsiz kadr siyasətindədir.
Araşdırmamaız davam edir...
Mediatv.az

Oxşar xəbərlər

Bütün xəbərlər