Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

"DİM-də biznes fəaliyyəti güdənlər var" - Ekspertdən Məleykə Abbaszadəyə CAVAB

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Trend"ə müsahibəsində qeyd edib ki, özünü təhsil eksperti adlandıranların çoxu təhsil sahəsində ödənişli xidmət göstərən biznesmenlərdir.

Redaktor.az DİM sədrinin açıqlaması ilə bağlı təhsil eksperti Ramin Nurəliyevin fikirlərini öyrəndi:

"Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə xanım Abbaszadə tərəfindən mətbuata çıxışı zamanı təhsil ekspertləri ilə bağlı təhqiredici, hörmətsizcəsinə ifadələrdən istifadə olundu. Təhsil ekspertlərini iş adamı kimi təqdim etməsi, “soyuducu açırsan, təhsil ekspertləri çıxır” şəklindəki ifadələr heç də dövlət qurumunun rəhbərinin çıxışı kimi xoş deyildi. Yəni hər hansı bir dövlət qurumunun rəhbəri həmin sahə üzrə fəaliyyət göstərən, ölkədə hörmət sahibi olan, bəlkə də onlarla təhsil ekspertinə təhqiredici ifadələrin işlədilməsi heç də arzuolunan bir hal deyil.

İş adamı - yəni hər bir kəs, hər bir sahənin mütəxəssisi, misal üçün mühəndislik sahəsidirsə, mühəndislik sahəsində qanuni bir şəkildə vergisini ödəyərək biznes fəaliyyəti göstərə bilər; iqtisadiyyat sahəsidirsə, burada da eyni şəkildə; təhsil sahəsidirsə, burada da eyni şəkildə. Burada hər hansı bir problem görünmür. Əksinə, dövlət tərəfindən də hər hansı bir biznes fəaliyyətinə tam dəstək verilir. Sadəcə, bu ifadədə aşağılayıcı, təhqiredici formada, yəni yumoristik və satirik ifadələrlə bunun dilə gətirilməsi dövlət qurumuna yaraşan bir çıxış deyil".

O vurğuladı ki, əgər söhbət biznes maraqlarından gedirsə, ən böyük biznes fəaliyyətini göstərən məhz DİM-in özüdür.

"DİM, əlbəttə ki, biznes fəaliyyəti göstərməlidir, publik hüquqi şəxsdir, vəsait dövlətin hesabına gedir, biz bunu alqışlayırıq, çox gözəl addımdır. Amma bəzi məqamlar var. Bu məqamlar xüsusilə də ictimaiyyətin diqqətinə çatdırılmalıdır. DİM qəbul proqramında hər il və yaxud iki ildən bir müəyyən yeniliklər formalaşdırır, yenilik gətirir və yaxud da müəyyən dəyişiklik edir və bu dəyişikliyin nəticəsində nəşr etdiyi test banklarını yeniləyir.

Düşünün ki, ailənin böyük övladı həmin vəsaitləri almışdısa, iki il sonra növbəti, ondan kiçik övlad artıq o vəsaitlərdən istifadə edə bilmir. Məcbur qalır yeni vəsait əldə etsin, çünki müəyyən dəyişikliklər var, artıq o vəsaitlər köhnədir, müəllim də məcburən yeni vəsaitin alınmasını təhrik edir.

Son 5 ildir DİM buraxılış imtahanının sınağını qətiyyən keçirmir, blok imtahanını ildə bir və yaxud da iki dəfə keçirir. Amma baxırsan ki, DİM başqa bir adla, OTK formasında sınaq imtahanları təşkil edir. Hər ay OTK sınaq imtahanlarının suallarını hazırlayan DİM-in ekspertləridir. Çünki elə təqdim olunur. Əgər bir MMC formalaşdırıb belə sınaq imtahanlarını hər ay keçirirsə, deməli, DİM də keçirə bilər. DİM keçirsə, həmin vəsaitlər dövlətə gedər, amma OTK isə xüsusi MMC-dir. O vəsaitlər OTK-nın rəhbərliyinə gedir. OTK-nın rəhbərliyinin kim olduğunu deyə bilmərəm. Amma əsas olan odur ki, OTK imtahanlarını hazırlayanlar DİM-in ekspertləridir. DİM rəhbərliyinin bunda müəyyən biznes marağı var. Demək ki, ən böyük biznes fəaliyyəti də budur.

Sınaq imtahanlarının az keçirilməsi istər-istəməz abituriyentləri OTK imtahanına istiqamətləndirir. Çünki DİM tərəfindən rəsmi olaraq sınaq imtahanları az keçirilir. DİM-in marağı nədir ki, sınaq imtahanlarını az keçirir? Bu düşündürücüdür. Əgər OTK hər ay keçirə bilirsə, demək ki, DİM də hər ay keçirə bilər. Az keçirməkdə məqsəd nədir? Çünki OTK imtahanlarından gələn vəsait DİM-in rəsmi olaraq dövlətin hesabına əlavə olunmur", - deyə Ramin Nurəliyev yekunlaşdırdı.

Oxşar xəbərlər

Bütün xəbərlər