Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Gömrük Akademiyası 2025-ci ildə necə inkişaf etdi?

2025-ci ilin başa çatmasına saylı günlər qaldığı bir vaxtda ali təhsil müəssisələrində aparılan islahatlar və tətbiq olunan yeniliklər xüsusi maraq doğurur.

Bu çərçivədə AzEdu.az Təhsil Portalı ölkənin aparıcı universitetlərinə sorğular ünvanlayıb. Sorğunun məqsədi il ərzində ali təhsil sahəsində baş verən institusional, akademik və innovativ dəyişiklikləri ümumiləşdirərək ictimaiyyətə təqdim etməkdir.

Maraqlıdır, Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) 2025-ci il ərzində hansı yeniliklər və strateji təşəbbüslərlə yadda qalıb və tələbə həyatına, təhsil keyfiyyətinə hansı töhfələri verib?

Akademiyadan sorğumuza cavab olaraq bildirilib ki, 2025-ci il Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) üçün mühüm inkişaf və nailiyyətlərlə yadda qalıb.

Dövlət İmtahan Mərkəzinin 2025/2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə qəbul üçün keçirdiyi müsabiqənin nəticələrinə əsasən, Akademiyanın qəbul planı 100 faiz yerinə yetirilib. Xüsusilə I və II ixtisas qrupları üzrə formalaşan keçid bal göstəriciləri ölkənin bir sıra aparıcı ali təhsil müəssisələri ilə müqayisədə daha yüksək olub ki, bu da Akademiyaya artan marağın və təhsilin keyfiyyətinin göstəricisidir.

Bu ilk dəfə DGKA-da IELTS nəticələrinin semestr imtahanına tətbiqinə başlanılıb.Cari il ərzində Akademiya tələbələri respublika və beynəlxalq səviyyəli müsabiqələrdə yüksək nəticələr əldə ediblər. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin müsabiqəsində 5000 iştirakçı arasından Akademiyanın 4 tələbəsi qalib seçilmiş, tələbələr VII Robot Olimpiadasında respublika birincisi olublar.

Bundan əlavə, Zəfər Gününə həsr olunmuş Respublika yazı müsabiqəsində I yer, “Yaşıl kimya” hakatonunda, Respublika Hüquq Olimpiadasında, Hüquq viktorinasında və ingilis dili üzrə Beynəlxalq Olimpiadada II yerlər qazanılıb. “Milli Kosmik Hakaton”unda 150 komanda arasından final mərhələsinə yüksəlmək və 11 tələbənin IT sahəsi üzrə beynəlxalq sertifikat əldə etməsi də ilin mühüm nailiyyətləri sırasındadır. Həmçinin, bu il 10-dan çox tələbəmiz Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən, “Coders Azerbaijan” və “Xploit Academy”nin İT sahəsi üzrə IT üzrə intensiv tədris proqramlarından məzun olublar.

2025-ci ildə Akademiya yerli və beynəlxalq əməkdaşlıqlarını genişləndirib. Türkiyənin “Siber Koza” şirkəti, “Vitanur Baku”, “UNICER Group”, “166 Cargo”, “Abşeron Logistika” MMC, “Azera Holdinq” və Qazaxıstanın Almatı Menecment Universiteti ilə əməkdaşlıq memorandumu imzalanmış, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” ilə əməkdaşlıq qurulub.
Ümumilikdə, 2025-ci il ərzində Dövlət Gömrük Komitəsinin Akademiyasında yaradılan müasir təhsil mühiti, tələbə uğurları və genişlənən əməkdaşlıq əlaqələri Akademiyanın inkişafını və nüfuzunu daha da gücləndirilib.

Oxşar xəbərlər

Bütün xəbərlər