Xəbər lentiwidget-title-icon

Məktəblilər PIRLS 2026 tədqiqatına cəlb olunub
Ağstafada bıçaqlanan məktəbli evə buraxılıb - YENİLƏNİB
Emin Əmrullayev internat məktəblərinin direktorları ilə görüşüb
Qəbul imtahanlarına qeydiyyat davam edir
Abituriyentlər asan yolu seçir - hədəf ixtisas deyil, tələbə olmaqdır...
Ayla Həsənova-Məmmədova: Azərbaycan gəncliyi əvvəl vətəni müdafiə etdi, bu gün isə qayıdışı qurur
Ayla Həsənova-Məmmədova: Azərbaycan gəncliyi əvvəl vətəni müdafiə etdi, bu gün isə qayıdışı qurur
Azərbaycanın təhsil yolu özünəməxsusdur - Nazir müavini
“Pligrim_edu” adlı təhsil şirkəti vətəndaşın 2000 manatını belə mənimsədi.
“Əlaçı” televiziya layihəsinin seçim turuna qeydiyyat BAŞLADI
Şagirdlər arasında texnoloji olimpiada keçirilib
Sertifikasiya imtahanları: bu fənn müəllimləri üçün riskli OLACAQ
ADNSU tələbələri beynəlxalq hakatonda birinci yerə layiq görülüblər
Emin Əmrullayev Yunanıstan səfiri ilə görüşüb
Disleksiya: oxuma çətinliyi, yoxsa fərqli öyrənmə tərzi?
Bu gün Beynəlxalq Yer kürəsi Günüdür
Şagirdlər üçün “Mənim qəhrəmanım” müsabiqəsi elan olunub
MDU-dan daha bir uğurlu əməkdaşlıq: Tələbələr PUA hazırlayacaq
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri AÇIQLANDI
Xaçmaz təhsil sektorunun müdiri vəzifəsindən azad EDİLDİ
Sumqayıtda “Esmanur” uşaq bağçası ilə bağlı narazılıq: Valideynlər qida keyfiyyətindən şikayət edir
Şəmkir məktəblisi Mançester Universitetinə qəbul olub
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə TƏYİNAT
BŞTİ-də yeni kadr təyinatı olub
55 mindən çox şagird buraxılış imtahanı verəcək

Ortaq dil, ortaq gələcək – bu gün ilk dəfə Beynəlxalq Türk Dili Ailəsi Günü qeyd edilir

15 dekabr tarixi türk dünyası üçün xüsusi məna daşıyan əlamətdar bir gündür - bu il ilk dəfə olaraq BMT tərəfindən Beynəlxalq Türk Dili Ailəsi Günü qeyd olunur.

15 dekabr tarixinin Türk Dili Ailəsi Günü kimi qeyd olunmasına dair razılıq bu il noyabrın 3-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən YUNESKO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində qəbul edilən qətnamədə əldə olunub. Bu tarix Orxon abidələrinin – bütün türk dillərinin ortaq köklərini və tarixi irsini əks etdirən ən qədim yazılı abidələrin oxunduğu günə təsadüf edir.Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi bildirib ki, bu qərar türk xalqlarını birləşdirən ortaq dilin, mədəni irsin və mənəvi dəyərlərin dünya miqyasında tanınmasının bariz nümunəsidir: “Qəbul edilən qətnamə yalnız rəmzi xarakter daşımır, eyni zamanda türk dillərinin ümumbəşəri mədəni irsin ayrılmaz tərkib hissəsi kimi qəbul olunduğunu rəsmi şəkildə təsdiqləyir. Türk dili sadəcə gündəlik ünsiyyət vasitəsi deyil, əsrlər boyu formalaşmış zəngin tarixi yaddaşın, milli düşüncə sisteminin və dünyaya baxışın daşıyıcısıdır”.

Ortaq dil - geniş coğrafiyada yaşayan türk xalqlarını bir-birinə bağlayan əsas amillərdən biridir. Türk dili bu gün yüz milyonlarla insanın ana dili olmaqla yanaşı, dünya sivilizasiyasına dəyərli ədəbi irs, dövlətçilik ənənələri, fəlsəfi baxışlar və humanist ideyalar qazandırıb.

Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi hesab edir ki, Beynəlxalq Türk Dili Ailəsi Gününün qeyd olunması türk xalqları arasında dilin qorunması və inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Bu gün gənc nəslin ana dilinə bağlılığının möhkəmləndirilməsinə, ortaq elmi terminologiyanın formalaşdırılmasına, eləcə də türk dilləri arasında akademik və mədəni əməkdaşlığın genişlənməsinə yeni imkanlar yaradır.Partiya sədri vurğulayıb ki, YUNESKO-nun bu qərarı türk sivilizasiyasının bəşəriyyətin mədəni xəzinəsinə verdiyi töhfələrin tanınması, dillərin qorunması və mədəni müxtəlifliyin təşviqi istiqamətində atılmış mühüm addım kimi dəyərləndirilə bilər: “Bu qərar bir daha sübut edir ki, türk xalqlarının dil və mədəni birlik ideyası artıq beynəlxalq müstəvidə qəbul olunmaqdadır. Lakin bu qərar bizim üzərimizə böyük məsuliyyət yükləyir - ortaq dilimizi yaşatmaq, onu zənginləşdirmək və gələcək nəsillərə olduğu kimi ötürmək kimi böyük məsuliyyət”

Oxşar xəbərlər

Bütün xəbərlər