Xəbər lentiwidget-title-icon

ETİHİ-nin “Novruz 2026” düşərgəsinin ikinci mərhələsinə start verilib — FOTOLAR
Sumqayıtda Bahar Təravətli Novruz Şənliyi: 65 Saylı Bağçadan Rəngarəng Görüntülər
Yazını süni intellekt yazır, tələbə danışa bilmir - Şifahi imtahanlar geri qayıdır?
"Dünyanın ən yaxşı müəllimi" seçilən Andria 35 dildə dərs deyir
Fizika dərslikləri sadələşdirilməlidir - şagirdlər çətinlik ÇƏKİR
Elm Günü: Keçmişdən gələcəyə uzanan milli inkişaf xətti
Ali Məhkəmə cinayətkar Eldar Mahmudovu və oğlunu müdafiə edib. Bu necə ola bilər?
Yeni yaradılacaq Ələt Universitetinin diplomu Türkiyədə tanınacaqmı?
8-ci sinifdən beynəlxalq arenaya: Kənan Vəlizadənin uğur hekayəsi
GERİLƏYİRİK!!! Təhsilin "Qara Dəliyi": Üç Qurum, Sıfır Nəticə!
Azərbaycan təhsili dünyada neçəncidir? - REYTİNQ
Universitetdə 3 vakansiya: hər kəs müraciət edə bilər
Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib
UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub
Qlobal Təhsil Koalisiyası Azərbaycanda rəqəmsal bacarıqlar üzrə görülən işlər barədə məlumatlandırılıb
Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ

Həkim: Hər 10 uşaqdan 3-də skolioz əlamətləri müşahidə edilir

Uşaqlar arasında skolioz halları artıb. Hər il bu problemlə üzləşən uşaqların sayında yüksəliş müşahidə olunur. Demək olar ki, hər 10 uşaqdan 3-də qamət əyriliyi və skolioz əlaməti var.

TƏHSİL MEDİA APA-ya istinadən xəbər verir ki, Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 5 nömrəli Uşaq Poliklinikasının həkim-cərrahı Günel Acalovanın sözlərinə görə, uşaqların sürətli boy artımı dövründə valideynlər çox diqqətli olmalı, skolioza aid istənilən şübhə yarandığı zaman həkimə müraciət etməlidirlər:

"Skolioz etioloji faktora görə həm anadangəlmə, həm də sonradan qazanılan əsas 2 növə bölünür. Anadangəlmə skolioz adətən onurğa sütununun və qabırğaların anadangəlmə anomaliyaları və digər bir sıra səbəblərdən yarana bilər. Qazanılan skolioz isə müxtəlif səbəblərdən yaranır. Anadangəlmə çanaq oynağının çıxığı, diz və bud-çanaq oynağında kontrakturalar və bu qəbildən olan səbəblərdən yarana bilər. Bundan əlavə, uşaqlarda idiopatik skolioza da çox rast gəlinir”.
Skolioz onurğa sütununun frontal (yana əyilmə) səthdə davamlı olaraq əyilməsidir. Bu, əsasən, uşaqlarda erkən yaşlarda başlayır, məktəb dövründə isə bir qədər də inkişaf edir.

Həkim bildirib ki, skolioz ən çox sürətli boyatma dövründə və məktəb yaşlı uşaqlarda müşahidə edilir. Bu, qızlarda 11-13, oğlanlarda isə 14-16 yaşı əhatə edir:

"Skoliozu müayinə etmək üçün həm kliniki, həm də rentgenoloji metodlardan istifadə edilir. Kliniki olaraq müayinə zamanı onurğa sütununa və uşağa öndən, yandan və arxadan baxılır. Öndən baxış zamanı uşaqlarda qamətin əyilməsi, həmçinin, körpücük sümüyünün, baş və üzün assimmetriyası, döş qəfəsinin deformasiyası, göbəyin orta xətdən bir qədər kənara çıxması kimi hallar müşahidə edilir. Arxa hissədən baxdıqda əsasən, kürək sümüklərində assimmetriya, fəqərələrin çıxıntılarındakı deformasiyaları görmək olar. Yandan baxdıqda isə kifozun daha qabarıq olduğu görünür. Dəqiq diaqnoz qoyulması üçün rentgenoloji müayinələr aparılır. Bu zaman uşaqlarda ayaqüstü ön və arxa proyeksiyada, uzanıqlı vəziyyətdə rentgen çəkilir. Bununla da skoliozun 4 dərəcəsi müəyyənləşdirilir”.

Mütəxəssisin sözlərinə görə, skolioz zamanı dörd əyilmə dərəcəsi yaranır:

"Birinci halda 10, ikincidə 25, üçüncüdə 40, dördüncü halda 40 dərəcədən yuxarı deformasiya müşahidə edilir. Uşaqlarda skoliozun müalicəsi əsasən, konservativ və bəzən də cərrahi yolla aparılır. Konservativ müalicə zamanı birinci və ikinci dərəcə skolioz olan uşaqlara ağır əşyaları götürmək tövsiyə edilmir, düzgün hərəkət və yataq rejimi təyin olunur. Eyni zamanda bu cür proqressivləşmiş skoliozlarda uşaqlara müalicəvi bədən tərbiyəsi, masaj kursları, üzgüçülük və elektrostimulyasiya ampilpus aparatı təyin edilir.
Üçüncü və dördüncü dərəcəli skoliozlarda isə artıq cərrahi əməliyyatlara ehtiyac yaranır.

Təxminən 10-14 yaşa qədər xəstənin cərrahi əməliyyata məruz qalması məsələsi dəqiq müəyyənləşməlidir. 17-18 yaş ərzində isə əməliyyat icra edilməlidir. Bu səbəbdən də hər bir valideyn bu mövzuda diqqətli olmalıdır. Zamanında addım atılmalıdır. Uşaqlarda kürək, körpücük sümüklərində assimmetriya, döş qəfəsində deformasiya, oma-qalça nahiyəsində deformasiya müşahidə edilərsə, mütləq həkimə müraciət edilməli, zamanında lazımi tədbirlər görülməlidir”.

Həkim qeyd edib ki, bütün hallarda onurğa sütununda deformasiyaların yaranmaması üçün zamanında uşaqları düzgün oturmağa, düzgün yeriməyə, xüsusi ilə məktəb yaşlı uşaqlarda partada düzgün oturmaq kimi vərdişlər aşılamaq lazımdır.

Oxşar xəbərlər

Bütün xəbərlər