Xəbər lentiwidget-title-icon

QS reytinqləri, universitetlərimiz və quru rəqəmlər
Elm və Təhsil Nazirliyi bizi niyə məşğul edir?
BDU tələbələri NARAZIDIR: İmtahan nəticələri biliyə görə yox, vərəqin hansı müəllimə düşdüyünə görə müəyyən edilir? - İDDİA
Qabiliyyət imtahanlarına elektron qeydiyyat başlayır
Elm və Təhsil Nazirliyi bizi niyə məşğul edir?
Tələbənin pulunu mənimsədi, özünü də blok etdi - DƏLƏDUZLUQ!
Azərbaycanda məktəblər sürətlə bağlanır! - SƏBƏB
Vahid müəllim geyimi: Yeni biznes layihəsi, yoxsa hicab qadağası üçün bəhanə?
Azərbaycanda İLK - 3 universitetimiz TOP 800-ə daxil OLDU
Məktəblilər ADNSU-da ekskursiyada olublar
Deputat məktəbli formaları ilə bağlı məsələyə aydınlıq GƏTİRDİ
BMU-dan QS reytinqində tarixi nailiyyət
Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
II və III qrupların nəticələri AÇIQLANDI
12 nəfərin nəticəsi ləğv olunub
Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb

Eşqi Bağırovun işdən çıxarılması xəbəri yayıldı - Elnur Əliyev yenə qalib gəldi?

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) rəhbəri Eşqi Bağırovun məcburi məzuniyyətə göndərildiyi bildirilir. Pravda.az modern.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı ETN daxilindəki mənbələr bildirib.

İddialara görə, o, faktiki olaraq vəzifəsindən azad edilib, lakin hələlik rəsmi məlumat açıqlanmır.

MÜTDA-nın mətbuat xidmətinin rəhbəri Zemfira Sevdimalıyeva qeyd edib ki, müraciətə baxılıb və dəqiqləşdirəndən sonra cavab veriləcək.

Bu qeyri-müəyyənlik təbii ki, müxtəlif ehtimalları gücləndirir. Dövlət orqanlarında belə səviyyəli kadr dəyişikliyi haqda xəbərlər yayıldıqda onların tezliklə rəsmi şəkildə təsdiqlənməsi və ya təkzibi gözlənilir.

Bu dəfə məsələ nə təkzib, nə də təsdiq edildi. Bu, ictimaiyyət üçün sual doğurur, əgər Eşqi Bağırov hələ də vəzifəsindədirsə, niyə bu barədə açıq bəyanat verilmir? Əgər deyilsə, niyə rəsmi qərar gizli saxlanılır?

Yəqin ki, müvafiq qurumlar məsələyə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, son iki həftə ərzində Elm və Təhsil Nazirliyində bu, artıq üçüncü böyük kadr dəyişikliyidir. Belə ki, oktyabrın əvvəlində Elm və Təhsil Nazirliyinə tabe olan iki qurumunun rəhbəri öz ərizəsi ilə işdən çıxıblar. Təhsilin İnkişaf Fondunun sədri Elnur Nəsibov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov tutduqları vəzifədən azad edilib.

Belə qısa müddətdə ardıcıl böyük üç dəyişiklik, təsadüfən baş vermiş proses təsiri bağışlamır. Bu, nazirliyin daxilində gərginliyə işarə edə bilər.

Hazırkı mənzərədən görünən odur ki, Elm və Təhsil Nazirliyi daxilində müəyyən dəyişiklik prosesi gedir. Lakin bu prosesin məqsədyönlü islahat olub-olmaması hələlik aydın deyil. Əgər məqsəd sistemin yenilənməsi və effektiv idarəetməyə keçiddirsə, bu, təqdirəlayiq haldır. Amma dəyişikliklər şəffaf aparılmırsa və səbəblər izah olunmursa, bu, etimad böhranına gətirib çıxara bilər.

Pravda.az-ın xəbərinə görə, bir müddət əvvəl, təhsil məsələləri üzrə ekspert Elşən Qafarov demişdi ki, Elm və Təhsil Nazirliyində ciddi mövqe müharibəsi gedir, nazirlikdə bir neçə qruplaşma var.

“Bunların arasında ən güclü, əsas fiqur Elnur Əliyevdir. Zaman-zaman bütün agentlikləri ələ keçirir. Nazirlikdə dörd agentlik var. Niyə Elnur Əliyev Təhsil İnstitutuna gəldi? Çünki Əmrullayev İnstitutun rəhbəri olduğu müddətdə layihələrdə xeyli neqativlər var idi. Əmrullayev Əliyevi İnstituta gətirdi ki, neqativlərin üstü açılmasın, həm də “işlərinə” davam etsinlər. Sonra Elnur Əliyev Təhsildə Keyfiyyət Təminatı Agentliyini ələ keçirdi. Xüsusilə, Ülkər Səttarova Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə getdikdən, Mehriban Vəliyeva deputat seçildikdən, Orxan Abbasov icra başçısı təyin edildikdən sonra Elnur Əliyev Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyini ələ keçirdi. Hücum artıq Peşə Təhsili Agentliyinədir. Bildiyiniz kimi, Elnur Nəsibov da Peşə Təhsili Agentliyindən gəlmişdi. Əliyev Peşə Təhsili Agentliyini ələ keçirdi. Bundan sonra Eşqi Bağırov qalıb, tezliklə onun da işdən azad olunması gözlənilir. Çünki Elnur Əliyev öz kadrlarını müavin kimi yerləşdirib. Artıq bir neçə regional idarənin rəisi Elnur Əliyevin kadrıdır. Təlimçiləri də öz kadrları hesab edir. Hazırda regionlarda direktorlar, vəzifədə irəli çəkilənlər də əsasən təlimçilərdir. Bax belə, şəbəkə böyüyür...” – o qeyd etmişdi.

Oxşar xəbərlər

Bütün xəbərlər