Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Təhsili Pula Bağlayan Nazir və Müəllimləri Kiçildən Yanaşma

Elm və Təhsil Naziri Emin Əmrullayevin son brifinqdə söylədiyi fikirlər, cəmiyyətdə haqlı olaraq ciddi narazılıq doğurub. Təəssüf ki, bir ölkənin təhsil naziri, həm milli, həm də dini dəyərlərimizi ayaq altına atacaq qədər məsuliyyətsiz açıqlamalar verir.

Pulsuz Təhsil – Millətin İrsi

Nazir iddia edir ki, keyfiyyətli təhsil pulla bağlıdır. Bəs necə olur ki, 1920–1991-ci illərdə pulsuz təhsillə yüzlərlə alim, on minlərlə mütəxəssis yetişdi? Onların zəhməti ilə bu gün müstəqil Azərbaycan var, biz varıq, hətta özü kresloda oturub “islahat” adı altında təhsil sistemini dağıdır. O alimlərin sayəsində bu gün Emin Əmrullayev adında bir nazir var, amma görünür, tarixdən xəbərsizdir.

Müəllimi Kiçiltmək – Milləti Kiçiltməkdir

Nazir deyir ki, 4 saat dərs deyənə müəllim demək olmaz. Bəs minilliklər boyu müəllimə hörmətin əsasını qoyan dəyərlər necə olsun? Peyğəmbər deyib: “Mənə bir hərf öyrədənə min il nökər olaram.” Heydər Əliyev isə müəllimliyi ən şərəfli peşə adlandırıb. İndi isə nazirin bu sözlərinə görə belə çıxır ki, peyğəmbər də, ulu öndər də səhv ediblər?!

Müəllim 1 saat da dərs deyə bilər, 10 saat da. Məsələ saatda deyil, şagirdin qəlbinə, beyninə toxunan bilikdədir. Müəllimi “dərs saatı” ilə ölçmək, təhsili “pul”la bağlamaq ən yumşaq ifadə ilə desək, cahillikdir.

Rüşvət və İslahat Maskası

Əslində Emin Əmrullayevin bütün “reformaları” bir hədəfə xidmət edir – təhsili bazara çevirmək. Məktəbi, müəllimi, hətta uşağı belə biznes obyektinə çevirmək. Cəmiyyətin gözünə tüstü vermək üçün isə saxta “rəqəmsallaşma”, “keyfiyyət” vədləri səsləndirilir. Amma nəticə? Rüşvət, korrupsiya, bərbad məktəblər və demotivasiya olunmuş müəllim ordusu.

Son Söz

Tehsilmedia.az bildirir ki, müəllimi kiçildən, təhsili pula bağlayan bir nazir millətin gələcəyini düşünmür. Əksinə, o gələcəyi satır. Çünki millətin gələcəyi müəllimin əlindədir, müəllimi kiçiltmək isə gələcəyi məhv etməkdir.

Əgər Emin Əmrullayev bu kursu davam etdirəcəksə, cəmiyyət bir gün onun “təhsil islahatları”nı ən böyük təhsil fəlakəti kimi xatırlayacaq.

Oxşar xəbərlər

Bütün xəbərlər