Xəbər lentiwidget-title-icon

Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır
155 azərbaycanlı dünyanın TOP-10 universitetlərində təhsil alacaq - Nazir müavini
Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI
5000-dən çox müəllim üçün müsahibə mərhələsi başladı
Yenə səhv suallar, yenə müəllimlərin taleyi ilə oynanılmağa davam edir...
1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
"Dədə-baba qaydası ilə direktor təyinatı" !FÖVQƏLMÜDİR QURBAN VERİLİR?
​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!
Təmayül məktəblərdə işləmək istəyən müəllimlərin seçiminə BAŞLANILIR
Bu gün dövlət qulluğuna qəbul imtahanı olacaq
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir
DİM-in beynəlxalq sertifikatlarla bağlı tətbiq etdiyi yanaşma yeni hüquqi suallar doğurur: Attestat və qəbul imtahanları arasındakı fərq niyə araşdırılmır?
ETS: “TOEFL iBT Home Edition nəticələri rəsmidir”. Bəs DİM əlavə qiymətləndirməni hansı qanuna əsasən tətbiq edir?
1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür
IT tələbəsi: 580 balla qəbul olduğum ixtisasa 150 balla başqalarının qəbul olunması HAQSIZLIQDIR. Abituriyentin o balla nə biliyi olacaq?

"Təhsilin inkişafında innovativ metodlar” müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO

Mayın 16-da Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Təhsilin inkişafında innovativ metodlar” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

tehsilmedia.info xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə keçirilən müsabiqəni tələbələrin potensialının qiymətləndirilməsi istiqamətində təqdirəlayiq addım hesab edib. V.Vəliyev müasir çağırışların sənaye və təhsilin inteqrasiyasını qaçılmaz faktora çevirdiyindən, bu yolda ali təhsil müəssisələrinin müstəsna rolundan danışıb. Bu önəmli missiyanın icrasına Azərbaycan Texniki Universitetinin çox ciddi hazırlaşdığını qeyd edən rektor AzTU-da müasir innovasiyalara uyğun islahatların həyata keçirildiyini, texnopark və inkubasiya mərkəzinin yaradılması istiqamətində mühüm işlər görüldüyünü bildirib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov tədbir iştirakçılarının diqqətinə Fondun fəaliyyət istiqamətləri haqqında məlumatları çatdıraraq bildirib ki, qurumun məqsədi ölkəmizdə təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri dəstəkləmək, təhsil və iqtisadiyyatın inteqrasiyasına və gücləndirilməsinə töhfə vermək, dövlət təhsil müəssisələrinin infrastrukturunun inkişafı ilə bağlı proqramlar həyata keçirməkdir.

E.Nəsibov "Təhsilin inkişafında innovativ metodlar” müsabiqəsinin keçirilməsində əsas məqsədin Ulu Öndərin elmə, təhsilə və gənclərə qayğısını rəhbər tutaraq, tələbələrin təhsilin inkişafına töhfə verəcək ideyalarının dəstəklənməsi olduğunu qeyd edib. Bildirilib ki, müsabiqə zamanı 28 dövlət və özəl ali təhsil müəssisəsindən 150 müraciət daxil olub. Tələbələr "İnklüziv təhsilin inkişafı”, "Qeyri-formal təhsil metodları”, "Təhsildə texnologiyanın tətbiqi” və "Təhsildə idarəetmə” mövzuları üzrə ideya və təkliflərini təqdim ediblər.

Çıxışının sonunda Elnur Nəsibov qalibləri və finalçıları təbrik edib, onlara uğurlar arzu edib.

Tədbir "Təhsil TV”nin təqdimatında müsabiqənin gedişatına dair video-çarxın nümayişi ilə davam edib.

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Ümummilli Liderin ölkəmizdə elmə və təhsilə göstərdiyi qayğı və diqqətindən bəhs edib. Ulu Öndərin təşəbbüsü ilə 15 mindən çox gəncin SSRİ-nin 170-ə yaxın ali təhsil müəssisələrinə təhsil almağa göndərildiyini, bu siyasətin müstəqillik illərində Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, dövlət proqramları ilə minlərlə gəncin dünyanın aparıcı universitetlərində təhsil aldıqlarını diqqətə çatdırıb.

Üç qalib tələbə ideyalarını tədbir iştirakçılarına təqdim etdikdən sonra I, II və III yerin sahibləri elan olunub, qaliblər mükafatlandırılıblar. I yerə Bakı Ali Neft Məktəbinin tələbəsi Zahid Abdullayev, II və III yerlərə isə müvafiq olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri Nuray Nəzərli və Asim Əzizov layiq görülüblər.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru Lətafət Qardaşova çıxışlarında müasir təhsil idarəçiliyinə töhfə verəcək bu cür müsabiqələrin önəmini vurğulayaraq Təhsilin İnkişafı Fonduna minnətdarlıqlarını bildiriblər.

Tədbirin yekununda müsabiqənin həlledici mərhələsində böyük rolu olan münsiflər heyətinin üzvləri Təhsilin İnkişafı Fondu tərəfindən mükafatlandırılıblar.

Oxşar xəbərlər

Bütün xəbərlər