Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nəzdində fəaliyyət göstərən "Kurort" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzarətində olan "Bilgəh" Kardioloji Sanatoriyasında baş verən faciə – təsərrüfat şöbəsinin müdiri İlkin Fərəcovun lift şaxtasına yıxılaraq ağır bədən xəsarətləri alması – təkcə fərdi bədbəxtlik deyil, sistemli səhlənkarlığın və məsuliyyətsizliyin nəticəsidir.
İlkin Fərəcovun hazırda Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində vəziyyəti ağır olaraq qalır. Tibbi mənbələrə görə, İlkinin qanına infeksiya düşmüş, yüksək hərarət müşahidə olunur və onun yenidən əməliyyata ehtiyacı var. Lakin bu faciənin fonunda AHİK sədri Sahib Məmmədov və "Kurort" QSC rəhbərliyi vəziyyətin ciddiliyini ictimaiyyətdən gizlətməyə çalışır. Sahib Məmmədov İlkinin sağlamlığı ilə bağlı həqiqəti gizlədərək, 30 iyun tarixində "Bilgəh" Sanatoriyasının təmir edilmiş korpusunun təmtəraqlı açılışını təşkil etməyi planlaşdırır. Görünür, rəhbərliyin əsas narahatlığı insan həyatı deyil, kosmetik görüntülərlə reputasiyasını qorumaqdır.
Qeyd edilməlidir ki, İlkin Fərəcov sıravi işçi deyil, "Kurort" QSC-nin müxtəlif sanatoriyalarında məsul və təcrübəli təsərrüfat müdiri kimi uzun illər işləmiş, müvəqqəti olaraq "Abşeron" Sanatoriyasından "Buzovna"ya, oradan da "Bilgəh" Sanatoriyasına təmir işlərini tezliklə yekunlaşdırmaq tapşırığı ilə göndərilmişdi. Bu isə o deməkdir ki, rəhbərlik İlkinin peşəkarlığından sistemin natamamlığını ört-basdır etmək üçün istifadə edib. Lakin texniki təhlükəsizlik tədbirləri təmin edilmədiyinə görə faciə baş verib.
Ən narahatedici məqamlardan biri isə odur ki, hadisədən dərhal sonra "Kurort" QSC rəhbərliyi İlkinin düşdüyü vəziyyəti onun ehtiyatsızlığı ilə izah etməyə çalışır. Rəsmi bəyanatlarda onun təmir sahəsinə öz təşəbbüsü ilə getdiyi deyilir. Lakin müəssisə daxilində İlkinin bu işə konkret olaraq rəhbərlik tapşırığı ilə cəlb edildiyi hər kəsə məlumdur.
"Kurort" QSC-nin baş direktoru Çingiz Hacıyev isə sistemli rəhbərlik təcrübəsinə malik olmayan, müəssisəni səriştəsiz idarə edən şəxs kimi tanınır. Onun dövründə ixtisaslı kadrlardan çox, şəxsi münasibətlər və qeyri-peşəkar təyinatlar ön plana keçmişdir. AHİK sədri Sahib Məmmədov isə "Kurort" QSC-nin ştat strukturunu qısa müddət ərzində süni şəkildə 100 nəfərdən çox şişirdərək, müxtəlif dövlət orqanları və biznes qurumlarından uzaqlaşdırılmış tanışlarını, qohumlarını və onların övladlarını burada işlə təmin edib. Bu arada sanatoriyaların sıravi işçiləri – tibbi və texniki heyət – qəpik-quruş maaşlarla aylarla əmək haqlarını gözləyirlər.
Ən təhlükəlisi isə odur ki, bu kimi faciələr sanatoriyalarda texniki təhlükəsizlik qaydalarının, əmək mühafizəsinin və əmək qanunvericiliyinin necə kobud şəkildə pozulduğunun göstəricisidir. Əmək Məcəlləsinin müddəalarına əsasən işəgötürən işçilərin təhlükəsiz iş şəraiti ilə təmin edilməsinə borcludur. Lakin bu hadisə bir daha göstərdi ki, "Kurort" QSC-də bu öhdəliklər kağız üzərində qalır.
Əgər hüquq-mühafizə orqanları bu hadisəyə hüquqi qiymət verməkdə maraqlıdırsa, o zaman yalnız hadisə anını deyil, İlkin Fərəcovun bu riskli və təhlükəli təmir prosesinə hansı əsasla cəlb edildiyini, texniki təhlükəsizlik tədbirlərinin olub-olmadığını, tikinti işlərinə rəhbərlik edənlərin kimliyini, işə verilən tapşırıqların yazılı olub-olmadığını və məsuliyyət daşıyan şəxsləri ciddi şəkildə araşdırmalıdır.
Bu cür sistemli səhlənkarlıq nəticəsində İlkin Fərəcovun həyatı təhlükədədir. Onun timsalında həm də yüzlərlə digər sanatoriya işçisinin taleyi sual altına düşür. İctimaiyyət bu hadisəyə səssiz qalmamalı, məsul şəxslər isə hüquq qarşısında cavab verməlidir.

Qafqaz.az

Oxşar xəbərlər

Bütün xəbərlər