Xəbər lentiwidget-title-icon

Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI
98 balla yenidən ölkə BİRİNCİSİ OLDU
Azərbaycanda Məhərrəm ayı başlayıb
Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə 2 milyard dollar ayrılıb
UNEC 30 ölkədən 128 universitetlə tərəfdaşdır - Rektor
Rezidentura üzrə qəbul imtahanı keçiriləcək
"ADPU tələbələri NARAZIDIR: 'Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər' iddiası"
Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Məktəblərdə mədəniyyətin tədrisi nələri dəyişəcək? - MÖVQE
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına - Müraciət ünvanladı
"Siniflər doludur, müəllimlər isə çatışmır" - Rus bölmələrini nə gözləyir?
Nazirdən mesajlar, "Son zəng" tədbirləri, məktəblərdə qadağalar... -“Həftənin təhsil icmalı”
Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək
Tovuzda keçiriləcək qabiliyyət imtahanlarının yeri dəyişdirildi

Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul olmaq üçün 14 may 2023-cü il tarixində keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının birinci cəhdinin nəticələrini elan edib.

Bu barədə "tehsilmedia.info"a mərkəzdən məlumat verilib.

Hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1302 namizəddən 14 nəfəri imtahana gəlməyib.

371 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib.

Müsabiqə şərtini ödəyənlərdən 170 nəfər 4 və ya 5-ci kurs tələbələridir.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul” alan 4-cü və 5-ci kurs tələbələri ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olmaq hüququ əldə etdikdən sonra buraxılırlar.

Mayın 14-də keçirilən imtahanda 98 nəfər bu ilin,103 nəfər isə əvvəlki illərin məzunları olmaqla, ümumilikdə 201 namizəd ikinci mərhələyə buraxılıb.

Əvvəlki illərdə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul” nəticə əldə etmiş və bu il rezidenturaya qəbul olmaq üçün qeydiyyatdan keçən 390 namizəd də birbaşa ikinci mərhələyə – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılır.

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apellyasiya komissiyasına 17 may saat 10:00-dan 18 may saat 17:00-dək müraciət edə bilərlər.

Qeyd edək ki, baza fənləri üzrə biliklərin qiymətləndirilməsinin təkrar imtahanının (2-ci cəhd) iyulun 16-da keçirilməsi nəzərdə tutulur. İmtahanda iştirak etmək üçün qeydiyyat 20 iyun-4 iyul 2023-cü il tarixlərində DİM-in saytında internet vasitəsi ilə aparılacaq.

İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (II mərhələ) avqustun 13-də keçirilməsi planlaşdırılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından 40 və daha çox bal toplayaraq "məqbul” nəticə əldə edən və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər buraxılırlar.

Oxşar xəbərlər

Bütün xəbərlər