Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

UNEC-də “REFRESH” layihəsinin təqdimatı olub

UNEC-də Avropa komissiyasının Erasmus+ proqramının KA2 (Ali təhsildə bacarıqların artırılması) fəaliyyət növü üzrə qalib olduğu "REFRESH” layihəsinin təqdimatı keçirilib.

tehsilmedia.info xəbər verir ki, "Azərbaycan universitetlərində yaşıl və davamlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji mənbələrinin və iqlim dəyişikliyinin mitiqasiyası (REFRESH)” mövzusunda qalib olan layihənin təqdimatında Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, SDU, MDU, LDU və Azərbaycan Texnologiya Universitetinin rektorları, Erasmus+ Azərbaycan Milli Ofisinin direktoru Pərviz Bağırov və digər qonaqlar iştirak ediblər.

UNEC-in rektoru professor Ədalət Muradov qonaqları salamlayaraq, layihə barədə məlumat verib. Bildirib ki, ümumi dəyəri 703 min avro olan "REFRESH” layihəsinin məqsədi bərpa olunan enerji mənbələri üzrə universitetlərdə milli kadr hazırlığı ilə yanaşı, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədindən irəli gələn vəzifələrin icrasına mühüm töhfələr qazandırmaqdır. Layihə 3 il müddəti əhatə edir və konsorsiumu 6 yerli, 4 Avropa universiteti (İspaniyanın Barselona Universiteti, İtalyanın Bolonya Universiteti, İsveçin Royal Texnologiya Universiteti, Danimarka Texniki Universiteti) və qeyri-hökumət təşkilatı olmaqla, 15 tərəfdaşdan ibarətdir. Rektor layihənin Azərbaycanın dayanıqlı inkişafına mühüm töhfələr qazandıracağından əminliyini ifadə edib.

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko yaşıl iqtisadiyyat və bərpa olunan enerji mənbələrinin dünyada prioritet istiqamətlərdən olduğunu diqqətə çatdıraraq, UNEC-in koordinatoru olduğu layihəni bu baxımdan yüksək qiymətləndirib. Həmçinin universitetlərin bu cür layihələrdə iştirakının əhəmiyyətli olduğunu, ölkə üçün yeni kadrların hazırlanmasında mühüm rol oynayacağını vurğulayıb. Erasmus+ proqramının büdcəsinin 30 milyard avro olduğunu qeyd edən səfir, ölkə universitetlərini layihələrdə fəal iştirak etməyə çağırıb.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bərpa olunan enerji və yaşıl iqtisadiyyatın "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ində yer aldığını və yaşıl enerji istehsalının genişləndirilməsinin ölkəmiz üçün mühüm məsələlərdən olduğunu bildirib. UNEC-in bərpa olunan enerji və yaşıl iqtisadiyyatla bağlı önəmli layihələr həyata keçirdiyini yüksək qiymətləndirən C.Abdullayev, bu istiqamətdə universitetə Agentlik tərəfindən zəruri dəstəyin göstəriləcəyini diqqətə çatdırıb.

Erasmus+ Azərbaycan Milli Ofisinin direktoru Pərviz Bağırov isə layihənin əhəmiyyətindən danışıb, eləcə də Erasmus+ proqramı çərçivəsində universitetlərlə əməkdaşlıq barədə məlumat verib. Erasmus+ layihəsinə region üzrə müraciət edən ölkələr arasında ən yüksək faizin Azərbaycan universitetləri olduğunu bildirərək, bunu sevindirici hal adlandırıb.

Sonra layihənin tərəfdaşı olan yerli ali təhsil müəssisələrinin rektorları çıxış edərək, layihənin ölkənin sosial-iqtisadi inkişafı, bərpa olunan enerji sahəsində milli kadr hazırlığı, tədqiqatların aparılması, region universitetlərin inkişafı istiqamətindəki mühüm rolundan danışıblar.

Tədbir yerli və Avropa İttifaqının tərəfdaş universitetlərinin nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələrlə davam edib.

Oxşar xəbərlər

Bütün xəbərlər