Xəbər lentiwidget-title-icon

Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI
98 balla yenidən ölkə BİRİNCİSİ OLDU
Azərbaycanda Məhərrəm ayı başlayıb
Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə 2 milyard dollar ayrılıb

Tələbə olmaq istəyənlər çoxalır - Əmək bazarı hazırdırmı...

Tələbə olmaq istəyənlər çoxalır - Əmək bazarı hazırdırmı...

Cari ildə ali məktəblərə qəbul imtahanında iştirak etmək üçün 120 mindən çox abituriyent qeydiyyatdan keçib. Bu, əvvəlki illərlə müqayisədə rekord göstəricidir. Bu il, həmçinin ali təhsil müəssisələrində plan yerlərinin artırılması nəzərdə tutulub.

Plan yerlərinin artırılması, gənclərin ali təhsil müəssisələrinə və kolleclərə yüksək maraq göstərməsi bir çox hallarda müsbət hal hesab edilsə də, özü ilə bərabər bir çox suallar gətirir.

Bu suallardan ən vacibi məzun olan tələbələr üçün əmək bazarında yeni iş yerləridir. Hər il məzun sayı artır, ancaq əmək bazarında onlar üçün iş olub-olmaması sual altındadır.

Modern.az mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Elçin Əzimli ilə həmsöhbət olub.

O bildirib ki, ölkədə hər il ali məktəblərdən və texniki-peşə müəssisələrindən minlərlə gənc məzun olur:“Bu gənclər təhsillərini başa vurduqdan sonra öz bilik və bacarıqlarını iş həyatında tətbiq etmək, karyera qurmaq və cəmiyyətə faydalı olmaq ümidi ilə əmək bazarına daxil olurlar. Onların çoxu təhsil illərində böyük xəyallar qurur, gələcəkdə sabit bir iş, yaxşı qazanc və peşəkar uğur əldə etməyi hədəfləyir. Lakin həyatın reallıqları çox zaman onların arzu və gözləntilərinə uyğun olmur. İş imkanlarının məhdudluğu, rəqabətin yüksəkliyi və bəzən ixtisas seçimindəki uyğunsuzluqlar bu gənclərin planlarını alt-üst edir. Əvvəlki illərdə məzun olub iş tapa bilməyən və ya hələ də iş axtaranları da bu rəqəmin üzərinə əlavə etsək, ortaya böyük bir işsiz və işaxtaran ordusu çıxır.

Mövcud əmək bazarının bu qədər çox sayda iş axtaranı işlə təmin etmək imkanları məhduddur və iş yerlərinin sayı məzunların sayına adekvat artmır. Ölkədə iqtisadi inkişafın tempi bəzi sahələrdə yenə də arzuolunan səviyyədə deyil, bu da yeni iş yerlərinin açılmasını çətinləşdirir. Digər tərəfdən, bəzi məzunların ixtisası əmək bazarının tələblərinə tam cavab vermir və ya onların bacarıqları müasir iş dünyasının gözləntiləri ilə uyğunlaşmır. Məsələn, təhsil müəssisələrində akademik və nəzəri biliklərə çox yer verilsə də, praktiki təcrübə və müasir texnologiyalara uyğunlaşma kimi bacarıqlar tez-tez ikinci planda qalır. Bu uyğunsuzluq gənclərin işə qəbul prosesində çətinliklərlə üzləşməsinə səbəb olur”.Belə bir vəziyyətdə gənclərin yalnız diplom əldə etməklə kifayətlənməməsi, iş həyatının ehtiyac və gözləntilərinə uyğun əlavə bacarıqlar qazanması, öz peşəkar inkişaflarına investisiya qoyması mühüm əhəmiyyət kəsb edir. Məsələn, yumşaq səriştələrini güclündirmək, xarici dil öyrənmək, rəqəmsal bacarıqlar əldə etmək və ya sahələrinə uyğun sertifikat proqramlarına qoşulmaq kimi addımlar onların rəqabət qabiliyyətini artıra bilər. Çünki müasir dövrdə işəgötürənlər təkcə diplomu deyil, həm də real bacarıqları və uyğunlaşma qabiliyyətini dəyərləndirirlər”.

Əmək bazarında hansı sahələrin məzunlarına tələb çoxdur?

E.Əzimli bildirib ki, bu sualın cavabı ölkənin iqtisadi prioritetlərindən və qlobal tendensiyalardan asılı olaraq dəyişir:

“Son illərdə ölkəmizin aqrar sektorunda ciddi yüksəliş gözə çarpır və müşahidələrim bu sahədə ciddi mütəxəssis ehtiyacının olduğunu göstərir. Xüsusən, aqronom, zootexnik, baytar həkim, bioloq və s. bu sahədə tələb olunan ixtisasların başında gəlir. Aqrar sektorun inkişafı həm iqtisadi diversifikasiya, həm də kənd yerlərində məşğulluğun artması baxımından mühüm olduğundan, bu sahəyə maraq göstərən gənclər üçün geniş perspektivlər açılır.

Oxşar xəbərlər

Bütün xəbərlər