Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

11 fevral “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günüdür

11 fevral “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günüdür

Bu əlamətdar gün 2025-ci ildə “STEM sahəsində karyera imkanlarının üzə çıxarılması: elmdə qadının səsi” mövzusuna həsr edilib.

Bu il, eyni zamanda, “Qadınlar və qızlar elmdə” Beynəlxalq Gününün təsis olunmasının 10-cu ildönümüdür. BMT Baş Assambleyasının 2015-ci il 22 dekabr tarixli qətnaməsinə əsasən qeyd edilən bu gün qadınların və qızların elm və texnologiyadakı rolunun vacibliyini vurğulayır.

UNESCO-nun məlumatına görə, ali təhsildə STEM sahəsində tələbələrin 35 faizindən bir qədər çoxu qadınlardır. İqlim dəyişikliyi, insan sağlamlığı problemləri və süni intellektin sürətli inkişafı kimi qlobal çağırışların olduğu dünyanın daha çox elmi biliyə ehtiyacı var və elmin daha çox qadına ehtiyacı var.

Azərbaycan qadını elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə nüfuzunu ilbəil artırır. Təsadüfi deyil ki, Azərbaycan Respublikası “Beynəlxalq Etimad Kral Elmlər Akademiyası” (RASIT) qeyri-hökumət təşkilatı tərəfindən 1 il müddətinə (sentyabr 2024 – sentyabr 2025) “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” elan edilib. Bu müddət ərzində ölkəmizdə qadın və qızların elmi-tədqiqat bacarıqlarının artırılması üçün layihələrin həyata keçirilməsi, elm sahəsində olan müxtəlif tədqiqat qrant və təqaüdləri barədə universitet tələbələrinin məlumatlandırılması və regionlarda təhsil alan qızların elm sahəsinə yönləndirilməsi üçün müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.Mənzil-qərargahı ABŞ-da yerləşən RASIT-in fəaliyyətində BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi, sosial-iqtisadi inkişaf və təhsil imkanlarının artırılması kimi məsələlər əsas yer tutur.

Qeyd edək ki, 2021-ci ildən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı” həyata keçirilir. 2024-cü ilin oktyabr ayına olan məlumata görə ümumilikdə 265 nəfər “Hənifə Məlikova-Zərdabi təqaüd proqramı”nı qazanıb və bu layihə 58 rayonu əhatə edir.

Xatırladaq ki, ötən ilin dekabr ayında dördüncü “Azərbaycan Qadınları IT-də Mükafatı (AWITA) 2024” mükafatlandırma mərasimi keçirilib. AWITA qadınların texnologiya sektorunda davamlı töhfəsini vurğulamaq və təqdir etmək üçün yaradılmış unikal bir imkandır.

Bu gün Azərbaycan qadınları elm və təhsildə yeni hədəflərə doğru irəliləyirlər. Bu hədəflər sırasında işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, ətraf mühitin, ekologiyanın sağlamlaşdırılması, sağlam və təhlükəsiz yaşam üçün imkanların genişləndirilməsi, dünya elminə daha geniş inteqrasiya, beynəlxalq elmmetriya reytinqlərində ölkənin göstəricilərinin yüksəldilməsi və digər məsələlər xüsusi yer tutur.

Oxşar xəbərlər

Bütün xəbərlər