Xəbər lentiwidget-title-icon

ETİHİ-nin “Novruz 2026” düşərgəsinin ikinci mərhələsinə start verilib — FOTOLAR
Sumqayıtda Bahar Təravətli Novruz Şənliyi: 65 Saylı Bağçadan Rəngarəng Görüntülər
Yazını süni intellekt yazır, tələbə danışa bilmir - Şifahi imtahanlar geri qayıdır?
"Dünyanın ən yaxşı müəllimi" seçilən Andria 35 dildə dərs deyir
Fizika dərslikləri sadələşdirilməlidir - şagirdlər çətinlik ÇƏKİR
Elm Günü: Keçmişdən gələcəyə uzanan milli inkişaf xətti
Ali Məhkəmə cinayətkar Eldar Mahmudovu və oğlunu müdafiə edib. Bu necə ola bilər?
Yeni yaradılacaq Ələt Universitetinin diplomu Türkiyədə tanınacaqmı?
8-ci sinifdən beynəlxalq arenaya: Kənan Vəlizadənin uğur hekayəsi
GERİLƏYİRİK!!! Təhsilin "Qara Dəliyi": Üç Qurum, Sıfır Nəticə!
Azərbaycan təhsili dünyada neçəncidir? - REYTİNQ
Universitetdə 3 vakansiya: hər kəs müraciət edə bilər
Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib
UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub
Qlobal Təhsil Koalisiyası Azərbaycanda rəqəmsal bacarıqlar üzrə görülən işlər barədə məlumatlandırılıb
Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ

Sabiq nazir kurikulumun ləğvini təklif etdi - "Bu sənədlər başdansovdu, alayarımçıq hazırlanıb..."

Sabiq nazir kurikulumun ləğvini təklif etdi - "Bu sənədlər başdansovdu, alayarımçıq hazırlanıb..."

Sabiq nazir kurikulumun ləğvini təklif etdi
Keçmiş Təhsil naziri, professor Firudin Cəlilov maraqlı təkliflə çıxış edib. O, hesab edir ki, kurikulumu təhsilimizdən çıxarmaq lazımdır. Eks nazir vurğulayıb ki, bu addım şagirdlərimizin dilinın açılmasına, onların danışa bilməsinə kömək edəcək.

Həqiqətənmi kurikulumu təhsilimizdən çıxarmaq lazımdır?

Keçmiş deputat, təhsil üzrə ekspert Etibar Əliyev "AzPolitika-ya açıqlamasında bildirib ki, təhsil çoxparametrli, çoxməqsədli, çoxtərəfli elmi əsaslar üzərində inkişaf edən mürəkkəb prosesdir.

Onun sözlərinə görə, təhsilin məzmunu, quruluşu, müddəti, vasitə və yolları, metodologiyası, idarə olunması, qiymtləndirmə üsulları və qarşılıqlı əlaqə əsasında həyata keçirilən digər məsələlər mürəkkəbliyi təsdiq edən amillərdir: "Bu mürəkkəb prosesi tənzimləmək və məqsədyönlü idarə etmək üçün elmə “kurikulum” analayışı gətirilib. Latın sözü olan “kurikulum”un dilimizə tərcüməsi “qaçış”, “yol”, “meydan”, “sahə” kimidir. Müasir pedaqogikada isə bu söz, əsasən, “fənnin öyrənilməsi prosesi” anlamında işlənir. Kurikulum sənəd kimi müxtəlif dövlətlərdə müxtəlif adlarda və anlamlarda işlədilir.

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanunununda kurikulum anlayışı verilib.

Maddə 10. Təhsil proqramı (kurikulum)

10.1. Təhsil proqramı dövlət təhsil standartlarına uyğun ayrı-ayrı təhsil pillələri və səviyyələri üzrə təhsilin məzmununu və mənimsənilmə qaydalarını müəyyən edir".

Ekspert vurğulayıb ki, dünyanın bir çox inkişaf etmiş dövlətlərində təhsilin məzmunu mükəmməl kurikulumlar əsasında qurulub və yüksək nəticələr əldə olunub: "Bizdə isə bu sənədlər başdansovdu, alayarımçıq şəkildə hazırlanaraq məktəblərin istifadəsinə verilib. Yəni geriləmələrin səbəbini kurikulum anlayışının təhsilimizə gətirilməsində yox, onun qeyri-peşəkarcasına hazırlanmasında axtarmaq lazımdır.

Bu söz təhsilimizə gətirildikdən sonra hər şey dolaşdırıldı və məktəblərimizdə böyük çaşqınlıq yarandı. Təhsil haqqında qanunun müvafiq maddəsindən göründüyü kimi kurikulum sözü “təhsil proqramı (kurikulum)” kimi daxil edilib. Buradan belə çıxır ki, “kurikulum”la “təhsil proqramı” eyni anlayışlardır. Belə bir sual ortaya çıxır: “Kurikulum” əvəzinə hamı üçün anlaşıqlı olan və diləyatımlı “təhsil proqramı” ifadəsindən niyə istifadə etmirik? Gürcüstanda bu sözün əvəzinə “milli tədris planı”, Baltikyanı ölkələrdə “dərs proqramı”, Türkiyədə “təhsil proqramı” kimi ifadələr işlədilir. Qazaxstanda isə bu sözdən yalnız akademik səviyyədə, yəni elmi yazışmalarda istifadə olunur".

E.Əliyev hesab edir ki, "Təhsil haqqında" Qanunda “kurikulum” sözünün mötərizə içərisində yazılmasından istifadə edərək onun ətrafında yaranmış xaosun qarşısını almaq olar.

"Konseptual sənəd kimi onun içərisinə məzmun standartları, təhsil alanların hazırlığına qoyulan tələblər, təlim texnologiyaları, qiymətləndirmə standartlar və cədvəlləri daxil edilir. Əslində bu sadalanların hər biri kurikulumun mühüm komponentləri hesab olunur. Belə olan halda bunun nəyi pisdir?", - o, sual edir.

Oxşar xəbərlər

Bütün xəbərlər