Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

“ADPU 2030” Strateji İnkişaf Planı qəbul olunub

“ADPU 2030” Strateji İnkişaf Planı qəbul olunub

Fevralın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasınının növbəti iclası keçirilib.

ADPU-nun rektoru professor Cəfər Cəfərov iclası giriş sözü ilə açıq elan edərək ötən dövrdə elmi ad və dərəcələr almış əməkdaşlarlara müvafiq diplomları təqdim edib. Dos. Anaxanım Yusifovaya elmlər doktoru diplomu, Filologiya fakültəsinin dekanı f.ü.f.d. Könül Həsənovaya dosent attestatı, Günel Əliyevaya fəlsəfə doktoru diplomu təqdim edilib. Daha sonra prof. Cəfər Cəfərov ötən dövr ərzində universitetin sturukturları tərəfindən icra edilmiş layihələr və həyata keçirilən tədbirlər barədə danışıb.

Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov ADPU-nun 2023/2024-cü tədris ili üzrə məzunlarının məşğulluğu və məzunlarla keçirilmiş sorğunun nəticələri barədə məruzə ilə çıxış edib. Qeyd edilib ki, 2023/2024-cü tədris ili üzrə ADPU-dan məzun olan 2317 nəfər bakalavrdan 812 nəfəri Azərbaycanda, 72 nəfəri xaricdə magistraturaya qəbul olunub, 237 nəfəri isə hərbi xidmətə gedib. 1063 nəfər məzun MİQ imtahanlarında iştirak edib ki, bunlardan 984 nəfəri müsabiqə mərhələsində iştirak etmək hüququ qazanıb, 551 nəfəri isə dövlət ümumitəhsil müəssisələrində işlə təmin edilib. Həmçinin, məzunlardan 142 nəfər dövlət orqanlarında, 308 nəfər isə özəl təhsil müəssisələrində işə qəbul olunub.Beləliklə, Pedaqoji Universitetin 2024-cü ild əmək bazarında çıxmış məzunlarının məşğulluq faizi 83,7 %, işləyən məzunların ixtisas üzrə məşğullquları isə 85,8 % təşkil edir.

Məzunlar arasında keçirilən sorğunun nəticələrinə əsasən iştirakçıların 76.4%-i karyerasını təhsil aldığı sahə üzrə, 23.5%-i digər sahələr üzrə davam etdirməyi planlayır.

Daha sonra iclas cari məsələlərin müzakirəsi ilə davam edib. Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov Elmi Şuranın nəzdində fəaliyyət göstərən Elm Komissiyasının yeni tərkibinin təsdiq edilməsi, elmi-dövri jurnallarının redaksiya heyəti və redaksiya şuralarının yeni tərkibinin təsdiq edilməsi, professor və dosent elmi adlarının verilməsi üçün AAK qarşısında vəsatət qaldırılması, magistrlik dissertasiya mövzusunun və elmi rəhbərlərin dəyişdirilməsi barədə məsələlərlə bağlı çıxış edib. Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov “ADPU-2030” Strateji İnkişaf Planının təsdiq olunması, “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 2025-ci il üçün Fəaliyyət Planı”nın layihəsinin təsdiqi və “ADPU-da tələbələrin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə məruzə edib. Tədris departamentinin direktoru dosent Sənan Əliyev dərs vəsaitlərinin nəşrinə icazə verilməsi, Keyfiyyətin təminatı şöbəsinin müdiri dosent Qalib Şərifov Rektor yanında Keyfiyyət Komissiyasının yeni tərkibi və Keyfiyyət təminatı şöbəsi nəzdində işçi qrupunun yeni tərkibinin təsdiqi barədə çıxış ediblər.Çıxış edən rektorun müşaviri Ümid Mehdiyev ştat vahidlərində aparılan optimallaşdırma tədbirləri ilə bağlı təklifləri diqqətə çatdırıb. Sonra rektor köməkçisi Riyad Rüstəmlinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən bir neçə ali təhsil müəssisəsinə səfəri ilə bağlı hesabatı dinlənilib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin ikinci dəfə elan olunması ilə bağlı təkliflə çıxış edib.

Yekunda qeyd edilən təkliflərlə bağlı müsvət qərarlar verilib, o cümlədən “ADPU 2030” Strateji İnkişaf Planı təsdiq olunub.

Qeyd edək ki, “ADPU-2030 Strateji İnkişaf Planı”nın hazırlanması üzrə İşçi Qrupun katibliyi tərəfindən 6 strateji məqsəddən ibarət olan SİP təsdiq olunmamışdan əvvəl universitetdaxili, eləcə də yerli və xarici ekspertlərin rəyinə təqdim olunub və müvafiq qaydada rəylər, təkliflər toplanılaraq yekun sənəd ərsəyə gəlib

Oxşar xəbərlər

Bütün xəbərlər