Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

“Bakı Gənclər Debat Forumu: Qış, 2024” layihəsinə yekun vurulub

“Bakı Gənclər Debat Forumu: Qış, 2024” layihəsinə yekun vurulub

Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyinin təşkilatçılığı ilə “Yaşıl dünya üçün müzakirə platforması” çərçivəsində keçirilən “Bakı Gənclər Debat Forumu: Qış, 2024” layihəsi yekunlaşıb.

Tədbirin açılış mərasimində Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyinin icraçı direktoru Aydan Hüseynova, debat hakimləri, müxtəlif qurumların nümayəndələri və debatçı gənclər iştirak ediblər.

İctimai Birlikdən Tehsil.biz-ə bildirilib ki, mükafatlandırma mərasimində DVC İB-nin Milli Debat Proqramının rəhbəri Ərhun Baxış və Sabunçu Gənclər evinin direktoru Kamil Yaqubov çıxış edib.

“Enerji tələbatının yenilənə bilən enerji mənbələri ilə təmin edilməsinə yatırılan sərmayə bu sektorun iqtisadi səmərəliliyindən üstün tutulmalıdır” mövzusunda keçirilən Debat Forumunda 11 ali təhsil müəssisəsini təmsil edən 39 komanda, 1000-dən çox gənc - spiker, hakim, auditoriya kimi iştirak edib. Forumun final mərhələsində Azərbaycan bölməsi üzrə Bakı Dövlət Universitetinin “Əl-Qərəz” komandası və Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Gəl qaytar eşqimi” komandası, Rus bölməsi üzrə isə Azərbaycan Dövlət İqtisad Universitetinin “Alpha” və “Rublya manat” komandası qarşı-qarşıya gəlib. Azərbaycan bölməsi üzrə forumun çempion komandası “Əl-Qərəz”, Rus bölməsi üzrə isə “Rublya Manat” komandası seçilib.Forumun hər iki bölməsi üzrə natiqliyi ilə seçilən ümumilikdə ən yaxşı 21 natiq də müəyyən olub. Azərbaycan bölməsi üzrə Debat Forumun ən yaxşı birinci natiqi Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi Ülkər Quluzadə, Rus bölməsi üzrə Bakı Dövlət Universitetinin tələbəsi Mikayıl İsmayılov olub.

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan Debat Forumunun əsas məqsədi gənclər arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsi ilə gənclərin ictimai məsələlərdə fəallığını artırmaq, dövlət-gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etmək, enerji mənbələri, onların yaratdığı iqtisadi və ekoloji təsirlərlə bağlı məlumatlılığı artırmaqdır.

“Bakı Gənclər Debat Forumu: Qış 2, 2024” layihəsinin əsasnaməsinə uyğun olaraq, oktyabr-dekabr ayları ərzində ali təhsil müəssisələrində debat klubların təqdimatları, təlimləri, görüşləri və seçim turnirləri olmaqla, ümumilikdə, 100-dən artıq fəaliyyət həyata keçirilib. Bu mərhələləri uğurla keçən komandalar əsas forumda iştirak haqqı qazanıb.

Oxşar xəbərlər

Bütün xəbərlər