Xəbər lentiwidget-title-icon

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır

Gələcəyin perspektivli ixtisasları BƏLLİ OLDU

Gələcəyin perspektivli ixtisasları BƏLLİ OLDU

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP29 keçirilir. Tədbir çərçivəsində “Yaşıl təhsil”-ə keçid, ixtisaslara “Yaşıl bacarıqlar”-ın əlavə edilməsi mövzuları müzakirə edilir.

Bəs görəsən,“Yaşıl dünya”-nın tələblərinə cavab verən sahələr hansılar olacaq? Hansı ixtisaslar məhz gələcəyin ixtisasıdır?

Mövzu ilə bağlı Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini, təhsil mütəxəssisi Elçin Süleymanov açıqlama verib. Gələcək illərdə alternativ və bərpaolunan enerji mühəndisliyi ixtisasına böyük tələbat olacaq:

“Dünyanın ən mötəbər tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP29-un Azərbaycanda keçirilməsi kifayət qədər tarixi hadisədir. 100-dən çox ölkədən, 70-80 minə qədər iştirakçı iqlim dəyişiklikləri problemlərini müzakirə etmək üçün ölkəmizə gəliblər. Yüksək səviyyədə təşkil olunan 10 günlük konfrans ekologiya problemlərini Bakıdan bütün dünyaya çatdırır

Müzakirə olunan mövzular iqlim dəyişikliyinə qarşı ölkələrin atacağı addımları əhatə edir. COP29-da Azərbaycan çox böyük strategiya ilə - 2030-cu ilə qədər alternativ və bərpa olunan enerjinin ümumi enerji istehlakı içərisində 30%, 2050-ci ildə isə 50% olmasını bəyan etdi. Bu bəyanatın arxasında ölkəmizin iqtisadi gücü, potensialı, eyni zamanda Qarabağdakı quruculuq və abadlıq işlərində yaşıl texnologiyalardan istifadə və bununla bağlı anlaşmalar dayanır. Bu faktlar strategiyanın real olacağından xəbər verir. Azərbaycan coğrafi cəhətdən kifayət qədər günəşli və küləkli ölkədir. Təsadüfi deyil ki, Bakıya “küləklər şəhəri”deyirlər.

Azərbaycan il ərzində günəşli günlərinin sayı 300-dən çox olan nadir ölkələrdən biridir. Dolayısı ilə həm külək, həm də günəş enerjisi potensialımız kifayət qədər yüksəkdir. Bəhs edilən hədəfə çatmaq Azərbaycanın coğrafi quruluşuyla yanaşı, maliyyə potensialı və yetişmiş kadrları ilə mümkündür. Bununla əlaqəli bir neçə ildir bəzi universitetlərdə magistr səviyyəsində alternativ və bərpaolunan enerji mühəndisliyi ixtisası açılıb. Hətta bu ixtisasa yiyələnmək üçün Dövlət Proqramı ilə bir neçə gəncimiz xaricə də üz tutub. Düşünürəm ki, yaxın illərdə həm ali, həm də peşə və kollec təhsili olaraq bu sahənin mütəxəssislərinə, xüsusən də texniki heyətin yetişməsinə ciddi ehtiyac olacaq. Bu Azərbaycan üçün yeni bir sahədir. Bizim ənənəvi elektroenergetika, energetika, neft-qaz mühəndislərimiz var, amma alternativ və bərpaolunan enerjinin günəş paneli, eləcə də külək turbini istehsalı və təmiri, enerjinin saxlanması və transferi üzrə mütəxəssislərimiz yoxdur.Son illərdə enerji dostu avtomobillər ölkəyə kifayət qədər gəlir. Bu həmin avtomobillərə gömrük rüsumunun tətbiq edilməməsindən qaynaqlanır. Nəzərə alsaq ki, bu kimi hibrit avtomobillərə ehtiyac duyulduğundan artıq elektriklə, hibritlə işləyən avtomobillərin təmiri mütəxəssisi, avtomobillərin təchizatı ilə bağlı infranstruktur mühəndislərinə tələb yaranır. Ona görə də universitetlər sürətli şəkildə bu istiqamətlərdə kadr yetişdirməyə başlayacaq”.

“İşğaldan azad edilmiş ərazilərdə “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyasına əsasən günəş panellərindən istifadə ilə elektrik təchizatı formalaşdırılır”,- deyə müsahibimiz qeyd edib.

“Qarabağda mütəxəssislərə ehtiyac var. İşğaldan azad edilmiş ərazilərdə dünyanın ən böyük şirkətləri ilə birlikdə günəş və külək turbinlərindən istifadə edilərək enerji istehsalı nəzərdə tutulur. Bunun bir hissəsi həmin ərazilərə, bir hissəsi isə Avropaya nəql ediləcək. Böyük layihə Ərəb sərmayəsi və BP-nin dəstəyi ilə reallaşacaq və peşəkar kadrlara ehtiyac yaranacaq”.

Oxşar xəbərlər

Bütün xəbərlər