Xəbər lentiwidget-title-icon

Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Paytaxt məktəbliləri zona birinciliyində QALİB olublar
Əlavə təhsil üzrə sənəd qəbulu başlayır

Bəzi repetitorları cəzalar gözləyir - Müəllimlərə XƏBƏRDARLIQ

Bəzi repetitorları cəzalar gözləyir - Müəllimlərə XƏBƏRDARLIQ

Bəzi müəllimləri verilən əməkhaqqı qane etmədiyinə görə repetitorluq fəaliyyətinə üz tuturlar. Lakin bir qisim müəllimlər bu fəaliyyətlə məşğul olmaqla yanaşı, həm də vergidən yayınırlar.

Ümumiyyətlə, həmin müəllimlər üçün nəzərdə tutulmuş cəza növü tətbiq olunmur.

Bəs görəsən, həmin müəllimlərə cəza tədbiri görülməlidirmi?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü Babək Umudovun sözlərinə görə, repetitor fəaliyyəti ilə məşğul olan şəxslər gəlir əldə etdikləri üçün Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən vergi ödəyicisi kimi uçota alınmalıdırlar:“İlk növbədə repetitor anlayışının mənasına aydınlıq gətirək. Repetitor dedikdə, haqqı valideynin və ya tələbənin/şagirdin hesabına ödənmək şərtilə tələbəyə/şagirdə tək və ya qrup halında dərs verən müəllim başa düşülür. Göründüyü kimi repetitor şəxslərə ödənişli şəkildə müəyyən bir xidmət göstərir. Bu halda repetitorun gəliri yaranmış olur. Bu gəlirin yaranması halında repetitorun vergi öhdəliyi meydana çıxır.

Beləliklə, repetitor fəaliyyəti ilə məşğul olan şəxslər gəlir əldə etdikləri üçün Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən vergi ödəyicisi kimi uçota alınmalıdırlar. Bundan sonra onlar hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs, daha sadə dillə desək, fərdi sahibkar statusuna malik olurlar.

Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir”.Həmsöhbətimiz qeyd edib ki, repetitorlar əsasən gəlir vergisi ödəyicisi hesab olunurlar:

“Gəlir vergisi isə əldə olunmuş gəlirlərlə gəlirin əldə olunmasına çəkilən xərclərin fərqinin 14%-nə (aylıq 2500₼-dək gəlirdən 14%, 2500₼-dan yuxarı gəlirdən isə 350₼ + 2500₼-dan yuxarı hissənin 25%-i) bərabər bir məbləğdir. Bununla belə, Vergi Məcəlləsinin 218.5.10-cu maddəsində göstərilib ki, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) xidmət göstərən vergi ödəyiciləri sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər.

Əməliyyatların rəsmiləşdirilməsinə gəlincə, repetitorlar şagirdlərdən ödəniş aldıqda hər bir şagird üzrə ciddi hesabat blankı olan mədaxil qəbzi yazıb verməli və cəmi qəbzləri toplayıb ciddi hesabat blankını kassa mədaxil orderində qeyd etməli, kassa kitabında qeydiyyat aparmalıdır.

Təəssüf ki, repetitorların böyük hissəsi VÖEN və mədaxil orderinə malik deyillər. VÖEN-lə işləmədiklərindən də məhz onların dövriyyəsi qeydiyyata alınmır. Qeydiyyata alınmadığından vergi də ödəmirlər. Burada problemli məsələ həmin fəaliyyətlə məşğul olan repetitorların vergidən yayınmaq istəyilə bağlı deyil. Problem əsasən repetitorların vergi ödəməklə bağlı məlumatlarının olmaması ilə bağlıdır. Ona görə də onların vergiyə cəlb olunmaq istiqamətində ciddi şəkildə məlumatlandırılmasına ehtiyac var”.

B.Umudov bildirib ki, qanun hər kəs üçün eyni zamanda tətbiq olunmalıdır:

“Bununla yanaşı, vergidən qəsdən və ya məlumatlı olmadığı üçün yayınan şəxsləri fərqləndirib, ikinciləri məsuliyyətdən azad edə bilmərik. Odur ki, vergidən yayınan hər kəs kimi repetitorlar da məsuliyyətə cəlb edilməlidir.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi (Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma), 460-cı maddəsi (Vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınma), habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi (Qanunsuz sahibkarlıq) və 213-cü maddəsində (Vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınma) əməlin ağırlığından və ictimai əhəmiyyətindən asılı olaraq fərqli cəzalar müəyyənləşdirilmişdir.

Sonda qeyd edim ki, qanun hər kəs üçün eyni zamanda tətbiq olunmalıdır, repetitor üçün də, vəkil üçün də, biznesmen üçün də. Ona görə də, müəllimlərin orta aylıq qazancının azlığı, qeyri-adekvatlığı, peşənin çətinliyi və s. bunun kimi ictimaiyyətdə səsləndirilən fikirləri kənara qoyub hər kəsə eyni yanaşılmalıdır”.

Oxşar xəbərlər

Bütün xəbərlər