Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

AMEA-da dünya elminin prioritetlərinə dair məruzə dinlənilib

AMEA-da dünya elminin prioritetlərinə dair məruzə dinlənilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında “2024-cü ilin Nobel mükafatı və laureatları: dünya elminin prioritetləri və Azərbaycan elminin vəzifələri” mövzusu müzakirə olunub.

AMEA-dan AZƏRTAC-a verilən məlumata görə, məsələ ilə bağlı çıxış edən akademiyanın prezidenti akademik İsa Həbibbəyli xatırladıb ki, ötən ilin noyabr ayında AMEA-da “Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar” mövzusunda konfrans keçirilib. Konfransın keçirilməsində əsas məqsəd Nobel mükafatı almaq üçün keçilmiş yolun dərslərini, təcrübəsini, bu sahədə baş vermiş ziddiyyətləri, təsadüfləri Azərbaycan elmi ictimaiyyətinə çatdırmaqla ölkəmizdə Nobel mükafatına iddiaçılarda özünəinam hissini aşılamaqdan ibarət olub. Həmçinin Azərbaycan elmini, o cümlədən AMEA-da aparılan elmi-tədqiqat işlərini prioritet elmi istiqamətlərə və problemlərə doğru yönləndirmək əsas məqsədlərdən birini təşkil edib.

Akademik İsa Həbibbəyli, eyni zamanda, bu istiqamətdə görülmüş işlərin davamı olaraq AMEA-da Nobel mükafatı laureatları Əziz Səncər və Məhəmməd Yunusla görüşlərin keçirildiyini söyləyib.

Sonra AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyevin “2024-cü ilin Nobel mükafatı və laureatları: dünya elminin prioritetləri və Azərbaycan elminin vəzifələri” mövzusunda məruzəsi dinlənilib.Akademik məruzəsində Nobel mükafatına layiq görülmüş alimlərin hər birinin tədqiqatı barədə geniş məlumat verib. O, məruzəsinin sonunda Nobel mükafatına layiq görülən işlərin əhəmiyyətini nəzərə alaraq, mövcud tədqiqat planlarında və gələcək plan işlərində müvafiq elmi istiqamətlərin prioritetliyinin nəzərə alınmasının, müvafiq elmi istiqamətlər üzrə seminarların, dəyirmi masaların keçirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Sonra akademiklər Arif Həşimov, Rasim Əliquliyev və İradə Hüseynova rəhbərlik etdikləri elmi-tədqiqat institutlarında Nobel mükafatına layiq görülmüş elmi istiqamətlərə dair aparılan tədqiqatlar barədə məlumat veriblər.

Akademik İsa Həbibbəyli Nobel mükafatına gedən yolda mifləri qırmaq üçün bu istiqamətdə fəaliyyətin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb

Oxşar xəbərlər

Bütün xəbərlər