Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Milli Müdafiə Universitetinin tərkibində yaradılan İntellektual qabiliyyətli bölmələrin şəxsi heyəti ilə görüş keçirilib

Milli Müdafiə Universitetinin tərkibində yaradılan İntellektual qabiliyyətli bölmələrin şəxsi heyəti ilə görüş keçirilib

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan islahatlar çərçivəsində Azərbaycan Ordusunda yeni yaradılan İntellektual qabiliyyətli bölmələrdə xidmət edən yüksək intellektə malik istedadlı gənc əsgərlərlə görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdən əvvəl Heydər Əliyev Muzeyində Ümummilli Liderin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri qoyulub, ruhuna dərin hörmət və ehtiram nümayiş etdirilib.

Müdafiə Nazirliyinin və Milli Müdafiə Universitetinin rəhbər heyəti, İntellektual qabiliyyətli bölmələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və onların valideynlərinin iştirak etdiyi tədbirdə çıxış edənlər hərbi xidmətkeçmə ilə bağlı tətbiq olunan yeni konsepsiya ilə bağlı ətraflı məlumat verib. Qeyd olunub ki, yeni yaradılan konsepsiyaya əsasən təhsildə fərqlənən istedadlı gənclərin bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə, hərbi xidmətdə olan istedadlı çağırışçılar gənc əsgərlərin hazırlığı proqramını başa çatdırdıqdan sonra Milli Müdafiə Universitetinin tərkibində yaradılan İntellektual qabiliyyətli bölmələrin tərkibində öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunmaqla hərbi xidmətlərini davam etdirəcəklər.

Milli Müdafiə Universitetinin tərkibində yaradılan İntellektual qabiliyyətli bölmələrin şəxsi heyəti adından çıxış edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu bu bölmələrdə xidmət etməklə öz peşə sahələri üzrə faydalı iş təcrübəsi qazanacaqlarını əminliklə qeyd edib. Ali təhsil müəssisələrində öyrəndikləri bilikləri xidmət müddətində praktiki icra etməklə daha da təkmilləşdirəcəklərinə və Vətənə faydalı olacaqlarına söz verib.

Hərbi qulluqçuların ailə üzvləri çıxışlarında ordu quruculuğu sahəsində aparılan islahatlar çərçivəsində gənclərin fərdi inkişafı naminə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.Azərbaycan Ordusunda yeni yaradılan İntellektual qabiliyyətli bölmələrdə Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə qəbul imtahanından bütün ixtisaslar üzrə 600 və yuxarı bal toplamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın şərtlərinə uyğun olan qaliblər, həmçinin cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi (“Times Higher Education (THE) World University Rankings” və ya “Academic Ranking of World Universities” (Shanghai)) 500-cü yerdən aşağı olmayan sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçılar xidmət edəcəklər.

Oxşar xəbərlər

Bütün xəbərlər