Xəbər lentiwidget-title-icon

Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI
98 balla yenidən ölkə BİRİNCİSİ OLDU
Azərbaycanda Məhərrəm ayı başlayıb
Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə 2 milyard dollar ayrılıb

Polis Akademiyasına I qruplar da qəbul OLUNACAQ

Polis Akademiyasına I qruplar da qəbul OLUNACAQ

“Növbəti ildən Polis Akademiyasına qəbul planında 500 nəfər hüquqşünaslıq, 25 nəfər informasiya təhlükəsizliyi ixtisasları üzrə kursant qəbulu aparılacaq”.

Bu sözləri Ramin Nurəliyev qeyd edib.

O, söyləyib ki, Polis Akademiyası Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən ali təhsil ocağıdır:

“Hər il Polis Akademiyasına tələbə qəbulu həyata keçirilir. Bir neçə ildir bu akademiyaya qəbul yalnız III ixtisas qrupuna, hüquqşünaslıq ixtisası üzrə aparılır.

Akademiyaya yalnız oğlan abituriyentlər müraciət edə bilər. Lakin bu il qızların da qəbulunun aparılıb-aparılmayacağı barədə rəsmi məlumat verilməyib. Həmin məlumat qeydiyyat prosesi başlayanda məlum olacaq”.

Ekspert bildirib ki, Daxili İşlər Nazirliyi tərəfindən verilən məlumata əsasən bu il I ixtisas qrupunu seçən abituriyentlər də Polis Akademiyasına qəbul oluna biləcək:
“Artıq bu tədris ilində I ixtisas qrupunun Rİ altqrupuna aid olan informasiya təhlükəsizliyi ixtisası üzrə də Polis Akademiyasına tələbə qəbulu mümkün olacaq. Onu da qeyd edim ki, sonuncu qəbul ilində plan yeri 300-dən 500-ə qədər artırılmışdır.Bu da əsasən işğaldan azad edilmiş ərazilərdə polis vakant yerlərinə ehtiyacın olunması ilə əlaqələndirilir. Həmin plan yeri dəyişməz olaraq qalır. Yəni 500 plan yeri bu ildə III ixtisas qrupunun hüquqşünaslıq ixtisası üzrə həyata keçiriləcək. Bununla yanaşı 25 yer I ixtisas qrupunun informasiya təhlükəsizliyi ixtisası üzrə müəyyənləşəcək”.

Həmsöhbətimiz vurğulayıb ki, hər il yanvar-mart aylarında Polis Akademiyasına qəbul həyata keçirilir:

“Abituriyent qeydiyyatda polis idarəsinə yaxınlaşaraq müvafiq sənədləri təqdim edir. Onlar yoxlanıldıqdan sonra abituriyent idman sahəsi üzrə müvafiq qabiliyyət imtahanı verir. Abituriyentlər müxtəlif normativlər tələb edilir. Əsasən bu normativ 4 istiqamət üzrə aparılır”.

R.Nurəliyev bildirib ki, qabiliyyət imtahanında müsbət nəticə alan abituriyentlər Daxili İşlər Nazirliyin təşkil etdiyi xüsusi komissiya tərəfindən tibbi yoxlanışdan keçirilir:

“Tibbi yoxlanışdan və qabiliyyət imtahanından müsbət nəticə alanlar mandat mərhələsinə buraxılır. Daha sonra müsahibə mərhələsinə keçid edirlər. Bütün bu mərhələlərin hər birini müvəffəqiyyətlə başa vuran abituriyentlər artıq Dövlət İmtahan Mərkəzinin qəbul imtahanına buraxılır. Qəbul imtahanında topladığı bala əsasən Polis Akademiyasına yerləşdirilir. Məsələn, əgər, müsahibəyə 1000 nəfər buraxılırsa, burada ən yaxşı bal toplayan 500 nəfər seçilərək qəbul olunur.

Bu akademiyaya qəbul olan hər kəslə müqavilə bağlanılır. Abituriyent 18 yaşından aşağıdırsa, müqaviləni həmin tələbənin valideyni bağlayır”.Qeyd edək ki, Polis Akademiyasına tələbə qəbulu əsasən bu normativlər əsasında aparılır:

Abituriyentlər fiziki hazırlıq imtahanı (fiziki hazırlıq üzrə minimal normativlər: turnikdə dartınma – çəkisi 80 kiloqramadək olanlar üçün – 10 dəfə, 80 kiloqramdan yuxarı olanlar üçün – 8 dəfə; qaçış 100 metr məsafəyə – 15 saniyə və 1000 metr məsafəyə – 4 dəqiqə; qollar üzərində bədənin döşəmədən qaldırılması – 20 dəfə; arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması – 20 dəfə).

Namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

– şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və surəti);

– təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında DİN-ə təqdim olunması üçün arayış və ya tam orta təhsil haqqında sənəd (attestat);

– yaşayış yeri üzrə tibb müəssisəsindən DİN-ə təqdim olunması üçün sağlamlıq haqqında arayış;

– ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və surəti);

– oxuduğu təhsil müəssisəsi tərəfindən DİN-ə təqdim olunması üçün verilmiş xasiyyətnamə;

– 9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd fotoşəkil.

Oxşar xəbərlər

Bütün xəbərlər