Xəbər lentiwidget-title-icon

SOCAR və “Uzbekneftegaz” rəhbərləri BANM tələbələri ilə görüşüblər
Azərbaycanda mühəndislik və texnologiya üzrə YENİ universitet yaradılacaq
Səfir: TDT çərçivəsində əməkdaşlıq daha da gücləndirilməlidir
Türkoloji Qurultayın yubileyi münasibətilə 100 tələbə TƏQAÜDƏ layiq görüləcək - Firudin Qurbanov
"Yaxşı müəllim də səhv edə bilər"- Məleykə Abbaszadə
175 nömrəli məktəbin X sinif şagirdi pəncərədən yıxılıb
Folklor İnstitutunda “Ğaib dünya” və “Dağ-insan arxetipi” mövzularında məruzələr dinlənilib
“Bilim Quba” mərkəzi - 1 il
AZCON Mühəndislik və Texnologiya Məktəbi Münxen Texniki Universitetinin akademik bazası üzərində formalaşdırılır
İxtisasların tədris proqramları YENİLƏNİB
Rektor: “Tələbələr auditoriyalarda müəllim qismində çıxış edirlər”
Həsən Həsənli: Ən müasir təhsil məzmunu tətbiq olunacaq
Rəşad Nəbiyev: Universitetdən iş mühitinə qədər bütün mərhələləri əhatə edən proqram hazırlanıb
Ucar rayon təhsil sektoruna YENİ müdir təyin olunub
Füzulidə direktor NİYƏ CƏZALANDI? - İTTİHAM VAR...
“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb

Universitetlərdə elmi tədqiqat və elmi-metodiki işlərin təşkili qaydaları təsdiqlənib

Universitetlərdə elmi tədqiqat və elmi-metodiki işlərin təşkili qaydaları təsdiqlənib

Ali təhsil müəssisələrində elmi tədqiqat və elmi-metodiki işlərin təşkili qaydaları təsdiqlənib.

Bununla bağlı Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib.

Bu qaydalar “Təhsil haqqında” qanunun müvafiq maddəsinə uyğun olaraq hazırlanıb və ali təhsil müəssisələrində (o cümlədən onların nəzdində fəaliyyət göstərən elmi tədqiqat institutlarında, elmi tədqiqat mərkəzlərində, təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələrində, sahə və elmi tədqiqat laboratoriyalarında, hesablama mərkəzlərində, rəsədxanalarda, təcrübə stansiyalarında, muzeylərdə, elmi kitabxanalarda və s.) elmi tədqiqat və elmi-metodiki işlərin təşkilini tənzimləyir.

Ali təhsil müəssisələrində aparılan elmi tədqiqat işlərinin nəticələri professor-müəllim heyətinin müvafiq vəzifələrə seçkisi və təyin olunması zamanı nəzərə alınacaq.

Elmi tədqiqat işlərinin təşkilinə gəlincə, mövzular və plan üzrə icra müddəti tədris ilinin əvvəlində ali təhsil müəssisəsinin Elmi Şurası tərəfindən təsdiq olunur.

Elmi tədqiqat işlərinin səmərəliliyinin artırılması, elmi-texniki yeniliklərin əldə olunması və tətbiq edilməsi məqsədilə ali təhsil müəssisəsi elmi fəaliyyəti tənzimləyən struktur bölmələrinin tabeliyində (nəzdində) tələbə elmi cəmiyyətləri, layihə, konstruktor büro və mərkəzləri, laboratoriyalar, elmi istehsalat birlikləri, kooperativlər, biznes inkubatorları, texnoparklar, startaplar və digər müəssisələr yarada bilər.Ali təhsil müəssisələrinin nəzdində elmi müəssisə və təşkilatların, eləcə də onların tabeliyində qurumların yaradılması, yenidən təşkili və texniki təminatı ali təhsil müəssisəsinə dövlət büdcəsindən ayrılan vəsait (ayrıldığı halda), fəaliyyətindən əldə olunmuş gəlir, o cümlədən ödənişli təhsildən əldə edilən vəsait, ianələr, qrantlar, cəlb edilən investisiyalar və qanunla qadağan olunmayan digər maliyyə mənbələri hesabına həyata keçirilir.

Ali təhsil müəssisələrində elmi tədqiqat işləri aşağıdakı şəxslər tərəfindən yerinə yetirilə bilər:

- professor-müəllim heyəti;

- elmi işçilər;

- mühəndis-texniki işçilər;

- ali təhsil müəssisələrinin nəzdində olan klinik xəstəxanaların mütəxəssisləri;

- doktorantlar (fərdi iş planlarına müvafiq);

- tədqiqatçılar (saathesabı qaydada dərs deyən professor-müəllim heyəti, ştatdankənar, müqavilə əsasında çalışan əməkdaşlar və s.);

- stajor müəllimlər;

- tələbələr (kurs işi, buraxılış işi, magistrlik dissertasiyası, tədris planlarında nəzərdə tutulmuş digər tədqiqat işlərinin yerinə yetirilməsi gedişində, tələbə elmi cəmiyyətlərində, həmçinin ali təhsil müəssisələrinin kafedra, elmi müəssisə və təşkilatlarında).

Ali təhsil müəssisəsinin rəhbəri elmi tədqiqat işlərinin yerinə yetirilməsində yalnız mövzunun elmi rəhbəri kimi iştirak edə bilər. Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq ali təhsil müəssisələri hər təqvim ili üzrə dekabrın 15-dək elmi tədqiqat işlərinin yerinə yetirilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə müəyyən edilmiş formada hesabat təqdim etməlidir.Bundan başqa, elmi-metodiki işin əsas hissəsi kafedralarda həyata keçirilir. Kafedralarda aparılan elmi-metodiki işlərin ümumiləşdirilməsi fakültələr üzrə, fakültələrdə aparılan işlərin ümumiləşdirilməsi isə ali təhsil müəssisəsi üzrə aparılır. Kafedralarda və digər struktur bölmələrdə aparılan elmi-metodiki işlərin nəticələri müntəzəm olaraq ali təhsil müəssisəsinin Elmi Şurasında müzakirə olunur və qiymətləndirilir. Kafedralarda aparılan elmi-metodiki işin məqsədi kafedranın professor-müəllim heyəti tərəfindən tədris olunan fənlər üzrə tədrisin keyfiyyətinin yüksəldilməsi, fənlər üzrə tədris-metodiki sənədlərlə təminatın yaxşılaşdırılması, professor-müəllim heyətinin pedaqoji kvalifikasiyasının artırılmasıdır.

Oxşar xəbərlər

Bütün xəbərlər