Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

MEK tərəfindən Qazaxıstan Mərkəzi Elmi Kitabxanasına dəyərli nəşrlər göndərilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) beynəlxalq aləmə inteqrasiyasını sürətləndirir, xarici dövlətlərlə elmi və mədəni əlaqələrini inkişaf etdirir. Bu istiqamətdə uğurlu tərəfdaşlıq əlaqələri həyata keçirilən ölkələrdən biri də Qazaxıstandır.

Bu barədə "tehsilmedia.info"a AMEA-dan bildirilib.

Beynəlxalq tərəfdaşlıq çərçivəsində MEK tərəfindən Qazaxıstan Respublikası Elm və Təhsil Nazirliyinin Elm Komitəsinin "Qılım Ordası” təsərrüfat idarəetmə hüququ üzrə respublika dövlət müəssisəsinin Mərkəzi Elmi Kitabxanasına müxtəlif mövzuları əhatə edən dəyərli nəşrlər göndərilib. Onların sırasında Azərbaycan xalqının tarixinə, coğrafi ərazilərinə dair apardığı tədqiqatlarla həm Azərbaycan tarixinin, həm də Azərbaycan ədəbiyyatı tarixinin zənginləşməsinə ədəbiyyatşünaslıq elminin mükəmməl tədqiqatçısı olan AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin töhfələrindən bəhs edən S.Əhmədlinin "İsa Həbibbəyli: Milli İdeologiya Azərbaycançılıq” V.Xuluflunun "Koroğlu” əsəri, İ.İsmayılovun "Azərbaycan Ziyalıları XX əsrdə”, "Литературно-художественные истоки азербайджанского мультикультурализма” ("Azərbaycan multikulturalizminin ədəbi-bədii mənşəyi”), "Историческая география Западного Азербайджана” ("Qərbi Azərbaycanın tarixi coğrafiyası”), A.Feyzullayevanın "Азербайджанские писатели в России: Роль контактных связей в историческом развитии национальной литературы” ("Rusiyada Azərbaycan yazıçıları: milli ədəbiyyatın tarixi inkişafında əlaqələrin rolu”), А.Balayevin "Азербайджанцы. Основные этапы становления нации в XIX-XX веках” ("Azərbaycanlılar. XIX-XX əsrlərdə xalqın formalaşmasının əsas mərhələləri”), A.Rüstəmova, B.Nəbiyev və Y.Qarayevin "Азербайджанская литература” ("Azərbaycan ədəbiyyatı”) və digərləri var.

Nəşrlər 2021-ci ilin noyabr ayında MEK ilə Qazaxıstan Mərkəzi Elmi Kitabxanası arasında imzalanan müqavilə çərçivəsində hər iki kitabxananın fondlarının zənginləşdirilməsi, müvafiq ədəbiyyatların əldə edilməsi istiqamətində təqdim edilib.

Qeyd edək ki, qarşılıqlı əməkdaşlıq nəticəsində MEK fondlarında Qazaxıstana aid 250 nüsxəyə qədər müxtəlif dillərdə dəyərli nəşrlər mühafizə olunur. Onların sırasına Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyinin Mərkəzi Elmi Kitabxanaya hədiyyə etdiyi müasir qazax poeziyası və nəsr antologiyalarını rus dilində ikicildliyi, Qazaxıstan dövləti, onun coğrafiyası, müasir şəhər arxitekturası, tarixini əks etdirən nəşrlər, eləcə də qazax xalqının mədəniyyəti, adət-ənənələri və milli dəyərləri haqqında məlumat verilən dəyərli kitablar var.

TƏHSİL MEDİA

Oxşar xəbərlər

Bütün xəbərlər