Xəbər lentiwidget-title-icon

Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI
98 balla yenidən ölkə BİRİNCİSİ OLDU
Azərbaycanda Məhərrəm ayı başlayıb
Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə 2 milyard dollar ayrılıb
UNEC 30 ölkədən 128 universitetlə tərəfdaşdır - Rektor
Rezidentura üzrə qəbul imtahanı keçiriləcək
"ADPU tələbələri NARAZIDIR: 'Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər' iddiası"
Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Məktəblərdə mədəniyyətin tədrisi nələri dəyişəcək? - MÖVQE
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına - Müraciət ünvanladı

Tələbələr xaricə axın edir – “Magistraturada qiyabi təhsil olsun!”

Tələbələr xaricə axın edir – “Magistraturada qiyabi təhsil olsun!”

Ölkəmizdə bakalavr təhsili üzrə qiyabi və əyani olmaqla iki növ təhsil pilləsi var. Lakin magistratura pilləsi üzrə qiyabi təhsil forması mövcud deyil. Bu səbəbdən də bir çox işləyən insanlar magistratura təhsilini xaricdə qiyabi davam etdirir. Bu da özlüyündə tam ali təhsili hər kəs üçün əlçatan etmir.

Azərbaycanda qiyabi magistratura pilləsinin olmasına ehtiyac varmı?

Sabiq deputat, təhsil eksperti Sona Əliyeva mövzu ilə bağlı açıqlama verib.

S.Əliyeva qeyd edib ki, xaricə təhsil axının qarşısını almaq üçün təhsil sistemində dəyişikliklər nəzərdə tutulmalıdır: “Həddindən artıq vətəndaş xaricə təhsil almaq üçün üz tutur. Bu situasiyaya 2 cür yanaşmaq olar. Birincisi, tələbə axını, ikincisi isə beyin axınıdır. İstər bakalavr, istərsə də magistratura pilləsi üzrə azərbaycanlı tələbələr 2 halda xaricdə təhsilə üz tutur. Ya tələbə qəbulda çox aşağı nəticə göstərir, ya da çox yüksək. Azərbaycanda IQ-su yüksək səviyyəli tələbələrin demək olar ki, böyük əksəriyyəti xaricdə təhsil alır. Buna görə də bu məsələ iki məqam üzrə həll edilməlidir.Ölkədən davamlı xaricə yönələn tələbələr həm də böyük miqdarda valyuta axını deməkdir. Buna görə də Azərbaycanda təmin olunmayan, həyata keçirilməyən təhsil pillələri üzrə proqramlar, eləcə də qiyabi magistratura səviyyəsinin reallaşdırılması üzrə düşünülməlidir”.

Müsahibimiz təklif edir ki, ixtisaslaşmış sahə üzrə qiyabi magistratura təhsil pilləsi açılmalıdır: “Bəzən insanlar hər hansısa bir sahə üzrə təhsil alsalar da, fərqli istiqamətdə çalışaraq ixtisaslaşır. Necə ki, peşə təhsilində informal təhsil, imtahanlar və sertifikasiyalarla rəsmiləşir, eləcə də bu cür ixtisaslaşmış insanlar üçün qiyabi magistratura təhsili təmin olunmalıdır".

Ekspert qeyd edib ki, hər şeydən əvvəl bu sahədə dövlət qayda-qanunlar tətbiq etməlidir: “Qiyabi, yaxud uzaqdan magistratura təhsili təmin olunaraq, onların diplomlarının tanınması məsələsi həyata keçirilsin. Eyni zamanda, belə bir addım atmaq üçün universitetlərin özlərinin təklifləri olmalıdır. Düşünürəm ki, özəl şirkətlər də buna dəstək verə bilər. Hansı ki, onların peşəkar işçiləri var. Ən əsas məsələlərdən biri də təhsil strukturları bu istiqamətdə adaptiv olmalıdır. Ali təhsilin keyfiyyətini artırmaq, həmçinin beynəlxalq təcrübədən istifadə etməklə, qiyabi təhsil proqramlarını həyata keçirmək olar. Bu kimi proqramlar insanlara öz vaxtını düzgün idarə edərək təhsil almalarına imkan verir. Bu da onlar üçün çox böyük fayda vermiş olar”.

Oxşar xəbərlər

Bütün xəbərlər